10 
Sen
2017
13:02
41
303
38498
Virtual karabakh

Quş təyyarəyə çırpıldı: Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi – VİDEO

10 Sen, 2017
13:02
38498

Quş təyyarəyə çırpıldı: Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri