13 
Yan
2014
15:55
118
30
18524
Virtual karabakh

Kamil Şərifov: O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim - FOTO

13 Yan, 2014
15:55
18524

Kamil Şərifov: O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atam demişdi ki, uduzsan evə gəlmə”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının yeddinci qonağı 10 dəfə azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifovdur.

- Prins, yoxsa Kamil? Necə müraciət edək?

- Hər ikisi. Məni Kamil Şərifov kimi tanıyırlar, prins isə sonradan dedikləri ləqəbdi. 2004-cü ildə Dünya çempionatı zamanı Afinada ispan idmançılar vardı və onlar məni o yarışda prins deyə  çağırmağa başladılar. Elə o vaxtdan mənə prins dedilər və o vaxtdan bəri prinsəm (gülür).

- Bildiyimə görə, kikboksinq təhlükəli və çətin idman növü sayılır. Necə oldu ki, Kamil bu idman növünü seçdi və kikboksinqdə qalıb inkişaf etdi?

- Bir işlə məşğul olursansa, onu mütləq sevərək etməlisən, yəni yola verməməlisən. İdman da çox məsuliyyət tələb edir. 10 yaşında ilk dəfə getdiyim idman növü karate olub. İdman mənə həmişə maraqlı idi. Deməli, karateyə başladım, müəllimimiz də Vahid müəllim idi. Onun Vüsalə adlı qız tələbəsi vardı. O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim (gülür).

1998-ci il idi. 12 yaşım vardı. Qardaşım Xəqani məni Neftçi bazaya apardı və mən məşqlərə başladım. Kikboksinq, əlbəttə, təhlükəlidir. Bu idman növü ilə məşğul olursansa, hər zədəyə hazır olmalısan.

- Zədə, əməliyyat idmançı üçün gözlənilən bir şeydir. Sən karyeran boyunca neçə dəfə əməliyyat keçirmisən və yaxud zədələrinin sayını bilirsən?

- Əməliyyat keçirməmişəm, amma zədələrin sayı hesabı yoxdur. Bədənimdə, demək olar ki, qırılmamış, sınmamış yer yoxdu, amma üzümü qoruyuram həmişə.

- Döyüşlərində ən çox marağıma səbəb olan məqam erməni hakimin səni uduzdurmamağa çalışması olub. Belə bir döyüş baş vermişdi, ümumiyyətlə?

- Bəli, olub. Döyüşü udmuşdum, sonuncu isə rus idmançısı idi. Onunla döyüşürdüm  və  belə oldu ki, son sözü hakim deməli idi və o da yalan, hiylə işlətmədi, döyüşü mənə verdi. Təbii ki, o hiylə işlədib xalı rusa versəydi, o zaman haqqım yeyilmiş olardı. İdmanda hər şey baş verə bilər, haqsızlıq və s. Ona görə də hər şeyə özünü hazırlamalısan.

- Son vaxtlar səni az görürük. Əslində, çox adam deyir ki, Kamilin başı biznesə qarışıb. Doğrudur?

- Desinlər mən də bilim hardadı o biznes, gedim heç olmasa məşğul olum, bir az da inkişaf etdirim (gülür).

Döyüşlərə gəldikdə isə nə döyüş olur çıxıram və planım var ki, bu ilki bütün döyüşlərə hazırlaşım çıxım.

- Səni indiyənə kimi nə təəccübləndirib?

- Döyüşlərdən birində hamını udmuşdum, axıra erməni idmançı qalmışdı və çox da güclü idi. Amma mən ona qalib gəldim. Həm sevinirdim, həm də təəccüblənmişdim. Çünki həddindən artıq güclü biri idi və bizim idmançıların hamısını udmuşdu. Atam demişdi ki, uduzsan evə gəlmə, hara gedirsən get, amma evə gəlmə (gülür).

- İdmanda olan mütləq sistem işində olmalıdır, yoxsa sistem işində olan mütləq idmanda olan birisi olmalıdır?

- Mən idmançıyam, idmanla məşğulam. Həm də DİN-in Nərimanov rayon polis idarəsinin polis leytenantıyam. Özümdən deyərdim ki, sistem işində olan birisinin idmanla məşğul olmağı yaxşıdır. Sən sistem işində hər tip insanla qarşılaşırsan. Bütün tədbirlərə hazır olmalısan.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri