Fev
2016
18:20
105
35
7966
Virtual karabakh

Rəsminə Qürbətova: İnanmadığın bir işi yaxşı yerinə yetirə bilməzsən

3 Fev, 2016
18:20
7966

Rəsminə Qürbətova: İnanmadığın bir işi yaxşı yerinə yetirə bilməzsən

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pul yaxınlarını qurban vermək üçün əsas dəyər deyil”

Oxu.Az “Business Time” layihəsi çərçivəsində Azərbaycanın “Rəsm” zərgərlik brendinin rəhbəri Rəsminə Qürbətova ilə müsahibəni təqdim edir.

- Rəsminə, maraqlıdır, necə oldu ki siz bank sahəsindən tamamilə fərqli bir sahədə - zərgərlik biznesinə başladınız?

- Həmin anda dəyişikliklər istədim və hər şeydən öncə bu işə aid idi. Yaradıcılığa ömür boyu həvəsim olub, oxumağı, rəsm çəkməyi sevmişəm. Bu bir hobbi idi, amma mənim əsas fəaliyyətim deyildi. Həyatımda belə əsaslı dəyişikliklərə ukraynalı həmkarımın sadə sualı təkan oldu. O, Bakıdan vətəninə suvenir kimi nə apara biləcəyini soruşdu. Onu milli ornamentlərin olduğu geyim maraqlı gəldi.

Mən milli geyim istehsalına dair biznes plan üzərində düşündüm, bir həftə ərzində isə mənim ağlıma başqa bir ideya: milli/tarixi ornamentlərlə bəzədilmiş zinət əşyalarının hazırlanması və satışı ilə məşğul olmaq gəldi. Bu rəsmlər vasitəsilə bizim mədəniyyəti, tarixi, həyatı göstərmək arzusu idi. Zinət əşyaları geyimlərdən fərqli olaraq daha uzunömürlüdür –  dəyərini itirmədən nəsildən-nəslə ötrülə bilər.

- “Rəsm” zərgərlik brendinin adı necə yarandı?

- Rəsm tərcümədə təsvir, şəkil deməkdir. Brendin konsepsiyası ornamentlərin rəsm vasitəsilə interpretasiyasıdır. Ad özlüyündə yarandı, uzun düşünmək lazım gəlmədi.

- Təhsiliniz və Dünya Bankında işiniz biznesdə köməyinizə gəldimi?

- Gözəçarpacaq dərəcədə. Dünya Bankında 10 illik iş təcrübəm var. Fərqli sahələrdə, müxtəlif layihələrdə müxtəlif insanlarla böyük iş təcrübəm var. Maraqlıdır ki, DB əsasən kommunikasiya sahəsində çalışırdım və bu sahəni özüm “Rəsm”də inkişaf etdirmək elə də alınmır.

- Uzun müddət bu bazarda olduqdan sonra geriyə baxarkən uğurun sirlərini, necə deyərlər, uğurun düsturunu izah edə bilərsinizmi?

- Əsas səmimi və məhsuldar arzudadır. Və burada söhbət adi arzudan deyil, əsl daxildən gələn arzudan gedir. Burada uzunmüddətli daxili dialoqlardan və ya özünün gələcək addımlar üçün məcbur etməkdən, silkələməkdən söhbət getmir. Bu arzu ya var, ya da ki yoxdur. Başqa cür də deyə bilərəm, istedadı inkişaf etdirmək olar, amma təəssüf ki, arzu bu qəbildən deyil.

Hər şeyin ardında yaratmaq, nə isə etmək, nail olmaq arzusu durur. Əgər sənin məşğuliyyətin səni hərəkət etməyə məcbur edirsə, o zaman əksər hallarda yüksək nəticələr əldə edirsən.   

Mənim hansı işi yüksək səviyyədə və sadəcə yüksək səviyyədə deyil, həm də böyük məmnuniyyətlə edəcəyimə dair dəqiq anlayışlarım olub və var. Əgər zərgərlik işi ürəyimcə olmasaydı, onu məcburi halda yürüdə bilməzdim. İnanmadığın bir işi yaxşı yerinə yetirə bilməzsən, inanın ki, bu iş layiqli nəticələr verməz.

- Bu arzu ilə təcrübədə məğlubiyyət olub?

- Təbii ki, olub. Hər şey bir dəfədən alınmır. Çətinlik olmadan alınmaz. Bu adi uğursuzluq, elementar təcrübəsizlik ola bilər. Təcrübə əldə etdikcə işlərin öhdəsindən daha yaxşı gəlirsən.

- Şəxsi biznes sizin ailəyə, həyata, pula münasibətinizi dəyişdi?

- Şəxsi biznesin inam yaratdığını desəm yanılmaram. Həm də əmtəə dövriyyəsinin bütün incəliklərini və tərkibini daha yaxşı anlamaq imkanı yaradır.

Ailə, doğma insanlar yaşa dolduqca daha çox dəyərli olurlar. Pul - əgər müsbət emosiyalara konvertasiya olunursa gözəldir, onlar öz növbəsində həyat enerjisini yaradır. Hər şey sizi nəyin xoşbəxt etməsindən asılıdır. Məni inkişaf xoşbəxt edir.

- Sizin fikrinizcə, zinət əşyalarına yatırılan sərmayə, şəxsi kapitalı böhrandan qoruya bilərmi? Bu özəl investisiya növü iqtisadi cəhətdən nə dərəcədə əsaslandırılıb?  

- Bu gün yetərincə qeyri-müəyyən şərait yaranıb, indi nəyisə öncədən görmək, demək mümkün deyil. Amma zərgərlik məmulatlarına sərmayəni, əgər uzun müddətə nəzərdə tutulubsa, müsbət qiymətləndirmək olar.

- Azərbaycanda öz işini qurmaq istəyən xanımlara nə məsləhət görərdiniz?

- İşə istək olmadan başlamayın. Əsas olan məhsulun özüdür. Əgər məhsul keyfiyyətli və gözəl, lazımlı olacaqsa, o zaman işlər alınacaq. Risk etməkdən qorxmayın, amma onları götür-qoy edin. Əgər özünüzə inanırsınızsa, o zaman işə başlayın, uğur qazanacaqsınız.  

- Necə düşünürsünüz franşiza, sıfırdan başlanılmış biznesdən yaxşı işləyir?

- Hər şey biznesin özünəməxsusluğundan asılıdır, franşiza əldə etdikdə, siz hazır biznes, hazır iş təcrübəsi əldə edirsiniz. Sizdə biznesin aparılmasına dair bütün rəhbərlik var, bura hətta mağazaların necə olması, dizaynın necə olması da daxildir. Malın variyasiyasını edə bilərsiniz, bu isə daha çox tələb olunur. Amma öz işinizi sıfırdan başladığınız zaman bu biznesin qarşılaşa biləcəyi bütün riskləri göz altına almalısnız.

- Kollektiv ilə necə münasibət qurmaq lazımdır, “müdir-işçi” versiyasını tətbiq etmək lazımdırmı?

- Bütün bunlar fərdidir. Hər bir insanın öz xarakteri var, müvafiq olaraq yanaşma da fərdi olmalıdır. Digər müdir və müdirələrin mövqelərini şərh etmək istəmirəm, nəyin doğru, nəyin yanlış olduğunu da demək istəmirəm. Öz təcrübəmdən deyə bilərəm: kollektivdə əsas olan hörmət, inam, kimin nəyə cavabdeh olması barədə dəqiq təsəvvür və işin vicdanla yerinə yetirilməsidir.

- Söbətə görə təşəkkür edirik

Zarina Oruc
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri