Mar
2016
22:11
121
24
15895
Virtual karabakh

Fövqi Əfəndiyev: O kreslo ki var, o, mənlik deyil – MÜSAHİBƏ

3 Mar, 2016
22:11
15895

Fövqi Əfəndiyev: O kreslo ki var, o, mənlik deyil – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İdman hər bir oğlan üçün uşaqlıqdan maraq kəsb edir”.

Oxu.Az məşqçi Fövqi Əfəndiyevlə müsahibəni təqdim edir.

- Son vaxtlar sizi əksəriyyət məşqçi kimi tanıyır! Əslində Fövqi kimdir, necə ailədə böyüyüb? Niyə məhz idman sahəsində tanınmaq istəyirsiz?

- Mən 1991-ci ildə Bakıda anadan olmuşam. Əhmədli qəsəbəsində böyümüşəm, uşaqlığım orda keçib. Türk liseyində təhsil almışam. Ailədə 5 nəfərik - anam, atam, bacım, qardaşım və mən. Ailəmizdə idmanla əlaqəsi olan tək mənəm. Atam şəxsi biznesi ilə məşğuldu. Uşaqlıqdan güləşlə məşğul olmuşam və Türkiyədə Ankara Orta Doğu Teknik Universitetində qida mütəxəssisi bölümündə təhsil almışam və elə ilk olaraq da məşqçi kimi orda başlamışam.

- Kim maraq yaradıb, yoxsa sadəcə idmana sağlamlıqdır düşüncəsi ilə getmisən?

- Əslində, idman hər bir oğlan üçün uşaqlıqdan maraq kəsb edir. Necə ki, hər oğlanın həyatında futbol özəl yer tutduğu kimi, mənim də eləcə idmana marağım vardır. İdmana güləşlə başladım və sonra bədən formasını düzəltmək üçün özüm fərdi məşğul oldum.

Türkiyədə altı il qaldım, orada həm bu sahədə məşqçi kimi təcrübə qazandım, həm də öz bölümümə uyğun hansısa təcrübə əldə etdim. Amma düşünürəm ki, yenidən öz ixtisasımı daha da inkişaf etdirim, bunun üçün Avropaya təhsilimi və təcrübəmi artırmaq üçün getmək fikrindəyəm.

Hazırda isə Amerikadan sertifikat almağı düşünürəm, bu da mənim ixtisasımla əlaqədardır, görək, necə olacaq.

- İndi Azərbaycanda çoxlu sayda məşqçi var - bilən də məşqçidi, bilməyən də. Sən özünü harada görürsən, bu işi bilirsən, ya öyrənirsən? Çünki məşqçi adi bir şeyi bilməsə, hansısa fəsadlara yol aça bilər.

- Düzdü, bu dəqiqə çoxdu məşqçi, işini bilən də, bilməyən də var. Amma mən az da olsa nələrsə öyrənmişəm, öyrənirəm. Bunu təkcə hansısa zalda düşünmürəm ki, özümü göstərim. Bunun elmini öyrənirəm, qida bölümü haqqında biləcəyim çox şey var. Həm də məşqçi kimi, ilk məşqə başlamağa kim gəlirsə, ondan ilkin olaraq xəstəliyinin olub-olmaması barədə soruşuram.

Bunlara diqqət etməliyik ki, sonradan hansısa fəsadlar yaranmasın. Mən də çalışıram ki, təcrübəmdə bu biliklərə geniş yer verim. İnsanın qidasından tutmuş adi bir hərəkətinə kimi diqqət edirəm.

- Hansı xəstəliyi olan üçün məşq etmək olmaz?

-.Əslində, hər insan üçün normasında idman vacibdir. Bu, o demək deyil ki, gəlib ağırlıq qaldırıb nəsə edəcək. Həmin adam xəstəliyini bilib, bizə deməlidir və biz ona uyğun məşq keçməliyik. İdman bədən formasının fəal şəkildə hərəkət etməsidir, adi tənəffüs sistemi yaxşılaşır və s.

- Təcrübəndə şahidi olmusan ki, hansısa xəstəliyi olan sonradan səhhətində problem yaransın?

- Öz təcrübəmdə olmayıb, amma məşqçi bu məsuliyyəti dərk etməlidir. Elə xəstəliyi olan adam məşq keçə bilər ki, o yaxşılaşmaq əvəzinə, pis günə düşə bilər. Yenə də deyirəm, mütləq şəkildə belə şeylərə diqqət yetirilməlidir.

- Hazırda işini Azərbaycanda davam etdirirsən. Burada insanlar üçün idman nədir, maraq daha çox hansı yöndədir?

- Müxtəlif fikirlər var. Fərqlidir, kimisi üçün bədən formasını yaxşılaşdırmaq, kimisi üçün sağlamlıq. 

- Məsələn, qızlar daha çox nə üçün idmana gəlir? Məşqçini bəyəndiyi üçün, yoxsa məşq eləmək üçün?

- (Gülür). Olur belə şeylər, kimisə məşqçini bəyənir, həvəsi olur, kimisə idmana arıqlamaq üçün gəlir.

- Səni bəyənib gələnlər olur da, yəqin ki?

- Var çoxdu, amma məşqçi münasibətində məsafə olmalıdır.

- Buna diqqət edirsən bir məşqçi kimi?

- Əlbəttə, onlar məşqə gəlir, məndə onlara məşq keçirəm. Bu, mənim işimdir və buna məsafə qoymalıyam.

Elə olub ki, qız gəlib söyləyib ki, flan məşqçinin yanına gedirdim, məndən xoşu gəlirdi deyə, məşq edə bilmirdim. Yəni, bundan narahat olanlar da var, belə şeylər olur.

- İş rejimi sizdə necədir?

- Mən fərdi olaraq məşq keçdiyim tələbələr olduğu üçün hər gün zalda oluram.

- Təkcə fərdi olaraq keçirsən, yoxsa?

- Yox, mən həm də VİTR fitnesin məşqçiyəm, fərdi olaraq məşq keçirəm.

- Başqa sahəyə marağın var, yoxsa işini bu sahədə davam etməyi düşünürsən?

- Bu sahədə biliklərimi, təcrübəmi artıracam.

- Bədən formasını yaxşılaşdırmaq, gözəlləşdirmək üçün mütləq preparat qəbul edilməlidir?

- Düzünü desəm, mən qəbul etməmişəm və buna inanmırlar. Sevinirəm inanmayanda, deməli, yaxşı göstəricidir. Amma qəbul edənlər az deyil. Məşq istənilən halda sağlam qidalanma ilə öz bəhrəsini verir.

- Səni illər sonra kreslo arxasında görə bilərik?

- İnanmıram (Gülür). Düzdür, rahat işi sevirəm. Amma bütün bunlarda özümü görmürəm. O kreslo ki var, o, mənlik deyil (Gülür).


 
Nərmin Kazimova
Foto- Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri