Avq
2016
17:50
131
43
9076
Virtual karabakh

Niyazi Göycəyev: Biz sağlam rəqabət istəyirik

8 Avq, 2016
17:50
9076

Niyazi Göycəyev: Biz sağlam rəqabət istəyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əldə etdiyimiz bütün uğurlar peşəkar memar və dizaynerlərimizin əməyinin və zövqlü müştərilərimizin dəstəyinin nəticəsidir.

Oxu.Az “Platek House” MMC-nin baş direktoru Niyazi Göycəyevlə müsahibəni təqdim edir. 

- Niyazi bəy, 2014-cü ildə yaradılan “Platek House” şirkətinin əsas fəaliyyət istiqamətləri və iş prinsipləri barədə ətraflı danışardınız.

- “Platek House” MMC memarlıq və dizayn şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Ölkədə quruculuq işlərinin fasiləsiz və yüksələn templə davam etməsi dizayn və memarlıq sahəsində rəqabəti, ən əsası isə orijinal yanaşma cəhdlərini meydana çıxarır. Biz də “Platek House” MMC-ni yaratmaqla, bu sağlam rəqabətə qoşulmaq istədik. Bu qərarın nə qədər düzgün və vaxtında verilməsinin öz təsdiqini tapması üçün elə də uzun zamana ehtiyacımız olmadı. 

Azərbaycanın müasir inkişaf tələblərinə tam cavab verən, yerli tikinti sənayesində xarici inşaat şirkətlərinə rəqib olacaq şirkət səviyyəsinə yüksəlmək qarşıya qoyduğumuz əsas məqsəddir.

Bununla yanaşı, sosial təminata fəal töhfə verməklə lider mövqeyə malik olmaq, davamlı inkişafla bütün istiqamətlərdə yüksək nəticələr əldə etmək, ölkəmizin inşaat sektorunun xarici şirkətlərdən asılılğını azaltmaq və müasir mütəxəssislərdən ibarət yerli kadr bazası formalaşdırmaq, eləcə də təhlükəsiz və innovativ xidmət, o cümlədən yüksək keyfiyyətli məhsulların tətbiqinə əsaslanan müasir memarlıq və inşaat layihələri ilə Azərbaycanın sürətli inkişafını dəstəkləmək hədəflərimiz sırasına daxildir.  

Qarşımıza qoyduğumuz məqsədlərimizə doğru irəliləyərkən işimizdə yüksək keyfiyyət və innovasiyaların tətbiqi ilə yanaşı, ətraf mühitin, insanların qayğısına qalmaq kimi mühüm məqamlar, təbii ki, diqqət mərkəzimizdədir.  

- Fəaliyyətə başlayarkən qarşınıza qoyuğunuz əsas məqsədiniz nədən ibarət idi?

- Fəaliyyət istiqamətlərində bir çox uğurlu layihələrə imza atmış şirkətimiz üçün ilk gündə olduğu kimi, bu gün də müştəri məmnuniyyəti mühüm amildir. Bir sözlə, ilk gündə qarşımıza qoyduğumuz məqsəd və hədəflərimiz dəyişməyib. Çünki əldə etdiyimiz bütün uğurlar peşəkar memar və dizaynerlərimizin əməyinin və zövqlü müştərilərimizin dəstəyinin nəticəsidir.

Məqsədimiz memarlıq və dizayn sahəsində yüksək ixtisaslı mütəxəssislərimizin yeni iş üslubuna və zəngin təcrübəsinə əsaslanaraq bu sahəyə yeniliklərin gətirilməsidir. Layihələrin hazırlanmasında müştərilərə kömək etmək, onların yaşadıqları mühiti dəyişərək həyatlarına rəng qatmaqdır. 



- Şirkətiniz tərəfdən hansı xidmətlər göstərilir?

- Hazırda şirkətimiz tərəfindən göstərilən xidmətlər sırasına memarlıq-planlaşdırma, interyer, ekteryer və landşaft dizaynı, bina və qurğuların konstruktiv həlləri daxildir. 

“Platek House” MMC-nin fəaliyyətinin əsas prioritet istiqaməti binaların və tikililərin memarlıq planlaşdırmasıdır. Açıqlayım, memarlıq-planlaşdırma gələcək binanın ətraflı təsvir sənədlərinin tam paketinin yaradılması prosesidir. Belə ki, düzgün hazırlanmış layihə tikintinin müvəffəqiyyətinin əsas müəyyənedici amilidir. 

Şirkətin göstərdiyi növbəti prioritet xidmət interyer dizayndır. Bu zaman ölçülər hesablanır, fotoşəkillər çəkilir, detallı təhlil aparılır, planın elektron variantı hazırlanır, bununla yanaşı, mebelin yerləşmə planının 2-3 variantı, eləcə də gələcək dizayn eskizləri çəkilir. Şirkətimizin mütəxəssisləri Bakıda, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında interyer-dizayn layihələrini uğurla həyata keçirirlər.

Növbəti xidmət növü bədii yanaşma və peşəkar dəqiqlik tələb edən eksteryer dizayn işidir. Evin və ya tikilinin eksteryer dizaynının yaradılması isə müştəri ilə memarın (dizaynerin) birgə təxəyyülünün məhsuludur. Variantlar müzakirə edilir və nəhayət, gələcək evin 3D modeli yaradılır. Şirkətimizdə 3D modeller ən müasir proqram təminatlarından faydalanmaqla yüksək səviyyədə hazırlanır.

Şəhər mühitində yaşadığı ərazini və evi dəyişmək istəyən şəxs, ilk növbədə rahatlıq axtarır. Buna görə də müştərini cəlb etməyin əsas meyarı məhz uğurlu landşaft həllidir. Memarlarımız tərəfindən landşaft dizaynının eskiz layihəsi hazırlanarkən tikilinin mövcud təbii mühitlə qarşılıqlı əlaqələrini, eləcə də abadlıq və yaşıllaşdırma üzrə təbii-iqlim, ekoloji, torpaq və estetik amilləri nəzərə alınır.

Bina və qurğuların konstruktiv həllərinə gəldikdə isə, bu mərhələdə tikintinin sabitliyi, istismar vaxtı, rahatlığı və təhlükəsizliyi təyin edildiyini bildirmək istərdim. Konstruksiyaların layihələndirilməsi prosesi davamlı olaraq keyfiyyət nəzarəti altında aparılır və bu da işlərin keyfiyyətlə və yüksək standartlara uyğun təhvil verilməsinə imkan yaradır.


- Layihələrinizdə ənənəvi, yoxsa daha çox modern üslub üstünlük təşkil edir? 

- Azərbaycan memarlıq sənəti qədim tarixə malik olduğu danılmaz faktdır. Bu sahədə zəngin təcrübəyə malik olduğumuz sirr deyil. Şirkətimiz tərəfindən reallaşdırılan layihələrdə, ilk növbədə Azərbaycanın tarixi-memarlıq ənənələri, bununla yanaşı, modern və xüsusən, postmodern dizayn üslubları nəzərə alnır və ölkəmizin yerləşdiyi ərazi, landşaft xüsusiyyətlərinin sintezi mükəmməl şəkildə həyata keçirilir. Bir sözlə, “Platek House” MMC müasir dünyada mövcud olan dizayn və memarlıq üslublarını yerli şəraitə uyğun şəkildə öz fəaliyyətində tətbiq edir.

- Çox zaman Azərbaycanda biznes fəaliyyətinin çətin olduğunu eşidirik. Bununla nə dərəcədə razısınız?

- Məkanın fərqi yoxdur. İstənilən sahənin mürəkkəb məqamları, çətin anları var. Hər bir iş zəhmət, diqqət və məqsədə doğru addımlamaq üçün əzm tələb edir. Konkret hədəfin varsa, dürüst olmaq, işinə məsuliyyətlə yanaşaraq uğur əldə etmək mümkündür. Son dövrdə ölkəmizdə sahibkarlar üçün yaradılan şərait, qanunverici aktlar isə buna imkan verir.  

- Biznes fəaliyyətinə yeni başlayan iş adamlarına nə tövsiyə edərdiniz?

- Onlara ilk olaraq başladıqları işi yarıda qoymamağı məsləhət görərdim. İstər memarlıq, istər ticarət, istər xidmət sektoru olsun, fərqi yoxdur, əsas olan bu sahəyə gətirəcəyiniz yeniliklər, sağlam rəqabət mühitinin olmasına yardım etməkdir.    

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri