11 
Mar
2014
16:20
139
14
9040
Virtual karabakh

Ceyhun Vəliyev: Əsl idmançı nə siqaret çəkməli, nə də içki içməlidir – MÜSAHİBƏ + FOTO

11 Mar, 2014
16:20
9040

Ceyhun Vəliyev: Əsl idmançı nə siqaret çəkməli, nə də içki içməlidir – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sistem işini sevmirəm”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyevdir.

- Ceyhun, poverliftinq heç də asan idman növü deyil. Niyə məhz bu idman? Bu idmana marağı kim yaratdı səndə?

- 16-17 yaşlı oğlanların çoxu trenajora gedir ki, bədənləri yaxşı görsənsin. Mən də məşğul oldum ki, bədənim istədiyim kimi olsun. 3 il məşq etdikdən sonra 2008-ci ildə Təbriz Əlizadənin səyi nəticəsində bu  idmana gəldim. Həm yaxşı idmançı, həm də yaxşı məşqçi olmaq üçün. Bu idmana özümün marağı vardı və özüm istəyərək bu idmanı seçmişəm.

- Adətən idmançıların əksəriyyəti sistem işində olur, amma sən müəllim kimi çalışırsan.

- Mən sistem işini sevmirəm. Məşqçi kimi çalışmaq istəyirdim, bunu da elədim. Hal-hazırda məşqçi kimi fəaliyyət göstərirəm.

- İdmana hansı yaşda başlayıb, hansı yaşda bitirmisən? Yəni böyük idmandan nə vaxt uzaqlaşmısan və nailiyyətlərin?

- 7-8 yaşımda Beyləqanda karateyə başlamışam. Bir az məşğul olduqdan sonra 2005-ci ildə idmana Təbriz müəllimin yanında başladım və davamlı məşğul oldum. Professional idmana isə 2008-ci ildə başlamışam.

Şamaxıda keçirilən Azərbaycan çempionatında  mükafatçılar sırasında oldum. 2010-cu ildə ABŞ-da yerləşən  Aydaho ştatında dünya çempionatının WPC versiyası üzrə 1-ci yerə çıxmışam. 2011-ci ildə Pensilvaniya ştatında İPA versiyası üzrə dünya çempionatında 1-ci yeri qazanmışam. 2012-ci ildə Hollandiyanın Kampen şəhərində keçirilən dünya çempionatında çempion oldum.

Sonra zədəli idim və həkim dioqnoz qoydu ki, idmandan kənarlaşmalısan. Odur ki, professional idmandan uzaqlaşdım. Sonra başqa yerdə yoxlandım və bildim ki, həkim səhv diaqnoz qoyub. (gülür) Amma idmandan uzaqlaşmamışam. Həm özüm məşq edirəm, həm də məşqçi kimi fəaliyyət göstərirəm.

- Məşqçi kimi xanımlarla işləmək çətindi, ya kişilərlə?

- Xanımlarla çətindi. Xanımlara nəyisə başa salırsan tez-tez yadından çıxır, amma kişilərdə əksinədir.

- İstirahətin necə keçir?

- Tennis, futbol oynayaraq.

- Onsuz da idmanla məşğul olursan. Belə darıxdırıcı olmur?

- Mən çox vaxt zalda məşq keçirəm. Özüm isə əksər hallarda edirəm. Amma tennis, futbol oynayaraq istirahət edirəm.

- Hər məşqçi bir məsləhət görür. Kimə inanaq və düzgün necə qidalanaq?

- Mütləq qidamıza fikir verməliyik.

Səhər yeməyi yemək mütləq lazımdı. Sıyıq, yumurta (ağı), kəsmiyə üstünlük verilməlidir. Günorta yeməyində zülalı çox olan yeməklərə üstünlük verməliyik. Düyü, makaron və s. Fast-foodlardan qəti şəkildə uzaq durmaq lazımdır. Axşama isə balıq yeməyə üstünlük versinlər.

- Ceyhun, hansı marka maşınları sevirsən?

- Kupeyə üstünlük verirəm, bu tərz maşınları sevirəm.

- Bəs özün hansı markalı avtomobil idarə edirsən?

- “Camaro” idarə edirəm. Hələlik yenisini almaq fikrim yoxdu.

- Bizim sənətçilərdən kimləri dinləyirsən?

- Aygün Kazımovanı dinləyirəm. İfasını bəyənirəm.

- Dostlarının çoxu hansı peşədəndi?

- İdmançılar da var, dövlət işində olanlar da var. Fərqli peşələrdən olan dostlarım var.

- Bəs yaxşı, xanımlarla dostluq edirsən?

- Bəli, xanım dostlarım var. Xanımlarla dostluq etməyi sevirəm. Amma qızlar tərs olanda yaxın durmaq belə istəmirəm. (gülür)

- Özün iqtisadiyyat fakültəsini bitirmisən, amma idmandasan. Bəlkə ticarətlə məşğulsan, ya da belə bir fikrin varmı?

- Yox, idmanı sevirəm, ona görə də bu peşədəyəm. Əsas odur ki, insan istədiyi, sevdiyi işlə məşğul olsun. Amma idman zalı açmaq fikrim var. İdmanla bağlı olan planlarım var. Gələn ay isə artıq fitneslə bağlı jurnal ərsəyə gələcək. Hal-hazırda bununla bağlı işləri görürük. Dostum Əkbər Kərim ilə bir yerdə hazırlayırıq və onu bütün işindən, gücündən edib sırf bu işlə məşğul olmasını istəmişəm. Sağ olsun, o da edir.

- İdmançılar üçün artıq içki, siqaret adi hal alıb. Bəs sənin üçün?

- Fikrimcə, professional idmançı nə siqaret çəkər, nə də içki qəbul edər. Bir insan ki, idmanla məşğuldu və o sağlamlıqdan danışırsa, həm də ətrafa örnəkdirsə deməli, bütün bunlara diqqət etməlidi. Bunu adi hal kimi qəbul edən idmançılara isə artıq sözüm yoxdu.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri