17 
Mar
2014
17:15
72
18
8051
Virtual karabakh

Babək Hüseynov: İdman məsuliyyətdir – MÜSAHİBƏ + FOTO

17 Mar, 2014
17:15
8051

Babək Hüseynov: İdman məsuliyyətdir – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən vətənpərvər insanam”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı kunq fu-sanda üzrə dünya çempionu Babək Hüseynovdur.

- Kunq-fu sanda – bu idman növü haqqında eşitmişik, amma çoxunun bu haqda məlumatı yoxdu. İlk olaraq bu idman növü haqqında bizə məlumat verin.

- Kunq fu idman növü kikboksinqə oxşayır, amma ondan da məşhurdur. Sadəcə bu idman növü çox çətindi, hər kəs məşğul ola bilmir.

- Siz niyə məhz kunq fu-sandayla məşğul oldunuz? İdman deyəndə əksəriyyəti daha çox cüdoya, güləşə, boksa üstünlük verir.

- Bu idman növünə özümün marağım olub. Mən Füzulidə böyümüşəm. Uşaqlıqdan belə idman növlərinə marağım vardı, amma o vaxtlar çox məşhur deyildi. İlk dəfə güləşə getmişəm. Mərhum müəllimim Anar Qurbanovun  rəhbərliyi  ilə 1996-cı ildə kunq fu-sanda ilə məşğul olmağa başladım. İlk yarışım 1997-ci ildə olub. Azərbaycan çempionu üzrə 3-cü yerə sahib oldum. Daha sonra 1998-ci ildə böyüklər arasında 3-cü yerə çıxdım.

- İdmanla məşğul olduğunuz illər nə vaxtsa “bu nə işdi məşğulam mən” demisiniz?

- Yox, deməmişəm. Bir işlə məşğul olanda – fərqi yoxdu hansı peşədi, insan özü istəyib, seçib məşğul olmalıdı. Baxmayaraq ki, idman məsuliyyətlidir, çətindi, amma kaş ki sözünü işlətməmişəm. Kimsə məni məcbur etməyib ki, bu idmanla məşğul ol. Ona görə də bu idmanı seçmişəm, məşğul oluram və bu gün idmançı olmağımla fəxr edirəm.

- Xanımın idmanla məşğul olmağına necə baxırsız?

- Normal baxıram. Əslində hər kəsin öz fikridir - kiminsə ailəsi, yaxınları, icazə verir kimisə icazə vermir hər kəsin düşüncəsi fikri var hörmət edirəm.

Fərqli xarakterlərdir, hər kəs eyni düşünə bilməz. Təbii ki, müxtəlif düşüncələr, yanaşmalar fikirlər var.

Çalışıram bəyənmədiyim fikirdə olanda normal qəbul edim. Xanımın idmanla məşğul olmağına gəldikdə isə, mənimdə xanım tələbələrim var. Normal baxıram, hər şey çərçivədə gözəldir. Mən deyərdim ki, bir az çətin inanıram, güvənirəm. İnsanlara amma yanımda yaxşı dostlarım var.

- İdmançı üçün idmanda ilk olaraq çətin gələn nədir?

- Təbii ki, yarışa hazırlaşmaq, çəki salmaq. Bunlar idmançı üçün həm məsuliyyətdir, həm də çətindi. Adam gərgin, əsəbi olur və fikirləşirsən ki, niyyətin bunlara dözüb qalib olmaqdır. Nə qədər çətin olsa da bir o qədər də səbirli olmalısan. Amma çətinlik deyəndə mənim həmişə 2008-ci ildə olan yarışım yadıma düşür. Mən zədəli idim və mənə yarışa çıxmaq olmazdı, amma mən çıxdım və qalib oldum.

Mən vətənpərvər insanam. Vətənimi, dövlətimi hər şeydən üstün tuturam. Tələbələrimə də ilk olaraq vətənpərvər olmağı, bu hissi özlərində yaratmağı başa salıram. Mən peşəkar sandanın prezidentiyəm. Bu yaxınlarda Milli Qəhrəmanımız İbad Hüseynovla tələbələrimizin görüşü olacaq. Bu görüşdə  İbad müəllimi bizim klubun fəxri prezidenti təyin edəcəyik. İbad müəllimin bizimlə, gənclərlə ünsiyyətdə olması bizim üçün fəxr olar. Hər kəs bu gün İbad Hüseynovu tanımalıdı.

- Başqa ölkələrin idmançılarının bizim idmançılarla oxşar və fərqli cəhətləri hansılardır?

- Onlar kontakt idman növlərinə üstünlük verirlər. Bizdə isə olimpiya idman növlərinə üstünlük verirlər. Onlar olimpiya idman növlərindən çox qeyri-olimpiya idman növlərinə üstünlük verirlər. Fərq deyəndə, onların da güclüləri, zəifləri var bizim də. Amma onlar bizim idmançıları sevirlər, bizə pərəstiş edirlər, hətta hardasa yarışda olanda bizlə şəkil çəkdirib sonra da onu auksiona qoyub satırlar. Maraqlı yanaşmaları var.

- Futbola baxırsız? İdmançıların əksəriyyəti futbol oynamağa üstünlük verirlər. Bizim futbolçulardan kimləri tanıyırsız?

- Futbola baxıram, “Barcelona”ya azarkeşlik edirəm. Təəssüf ki, özüm oynaya bilmirəm, ayağım zədəlidi deyə mənə icazə yoxdu. Amma qaldı bizim futbola “Qarabağ”a azarkeşlik edirəm, futbolçularımızdan isə Rəşad Sadıxovu tanıyıram.

- Başqa heç kəsi tanımırsız?

- Yadıma sala bilmirəm. Belə desək çox yaxşı tanımıram.

- Tək işiniz idmandı, yoxsa hansısa başqa işlə məşğulsuz?

- Yox, işim elə idmandı. İdman zalım var, orda həm məşq edirəm, həm də tələbələrim var, onlara dərs keçirəm. Amma uşaqlıqdan polis olmaq istəyirdim, o da vətənpərvər olmağımdan irəli gəlirdi.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az​

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri