19 
İyl
2017
11:00
75
32
11283
Virtual karabakh

Ramil Həsənli: “Grace Terrace” möhtəşəm məkan, ürəkaçan xidmət deməkdir – FOTO

19 İyl, 2017
11:00
11283

Ramil Həsənli: “Grace Terrace” möhtəşəm məkan, ürəkaçan xidmət deməkdir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısa vaxt ərzində şəhər sakinləri, eləcə də, əcnəbi qonaqlar arasında böyük populyarlıq qazanan, Dövlət Bayrağı Meydanı yaxınlığında yerləşən “Qreys Terras” (“Grace Terrace”) restoranının icraçı direktoru Ramil Həsənli Oxu.Az-a müsahibə verib.

- Müştərilərin sevimli məkanına çevrilmiş “Grace Terrace” restoranında eyni terrasda fərqli dizaynda üç ayrı məkanın olması diqqətimizi cəlb etdi...

- İlk növbədə qeyd edim ki, restoran bir ildən artıqdır ki, fəaliyyət göstərir. Ötən il mayın 28-də təşkil olunan təntənəli açılış mərasimində KİV nümayəndələri, ziyalılar, məşhur simalar iştirak ediblər.

Restoranımız üç mərtəbədən ibarətdir. Girişdə qonaqları qarşılayan gülərüz personal çalışır. İkinci mərtəbədə 110-130 nəfərlik “Qış zalı” yerləşir. Burada şəxsi tədbir, konfrans, brifinq, xınayaxdı, nişan mərasimlərini rahat şəkildə həyata keçirmək mümkündür. İnteryer və məkan genişliyi buna tam şərait yaradır. Həmçinin göz oxşayan işıq effektləri və qulağa yatan səs akustikası ilə də fərqlənir.

İkinci mərtəbədə həm də “Karaoke zalı” vardır. Burada qapalı ailə tədbirləri, 25-30 nəfərlik mərasimləri təşkil etmək olar. Məkanın dizaynı elə qurulub ki, müştəri burada ev şəraitində və zövqlü istirahət edir.

Üçüncü mərtəbədə 140 nəfərlik geniş terras yerləşir. Bura özü-özlüyündə üç ayrı məkana bölünür: dəniz mənzərəli zal, tədbirlər zalı, kabinet- məkan. Açıq havada canlı musiqi dinləmək şansı var. Bu məkan sözün hər mənasında möhtəşəmdir. Yeri gəlmişkən, deyim ki, adımızı da buradan götürmüşük - “Möhtəşəm Terras”. Xüsusilə yay fəslində məkanın tavanının açıla bilməsi burada keçirilən tədbirləri daha da canlı və maraqlı edir.

İlk vaxtlarda, sadəcə, çay və ya kofe içməyə təşrif buyuran müştərilərimiz buradakı ab-hava, dizayn, yüksək keyfiyyətli xidmətdən razı qalaraq artıq öz şəxsi tədbirlərini “Grace Terrace”da keçirməyə üstünlük verirlər.

- Müştərilərə Azərbaycan və dünya mətbəxindən hansı menyu təklif olunur?

- Biz menyunu tərtib etməzdən əvvəl monitorinq apardıq və qərara gəldik ki, həm turist, həm də yerli sakinlərin ağız dadına uyğun xüsusi menyu hazırlayaq. Beləliklə, milli və Avropa mətbəxini bir menyuda cəmləşdirməyi bacardıq. Mətbəxin genişliyi, tərtibatı və orada olan cihazlar da buna tam imkan verir.

Restoranda Azərbaycan, İtaliya, Fransa və digər ölkələrin mətbəxindən olan yeməkləri dadmaq olar. Burada qonaqlara bağ həyatı, kənd ab-havasını yaşatmaq üçün təndir, qazan, manqal yeməkləri də təklif olunur.

- Məsələn, 4 nəfərlik ailə üzvü üçün menyu neçə manat təşkil edir?

- Əgər menyudan əsas yemək, şorba, salat, içki seçmək istəyirsinizsə, bu sizə 15-22 manata başa gələcək.

Burada 32 manatdan başlayan banket menyuları və uşaqlar üçün də 25 manatlıq fiks menyular mövcuddur.

- Restoranın özünəməxsus menyusu varmı?

- Əsas menyudan kənar, mövsümi yeməklərimiz də olur. Məsələn, hazırda yay fəsli ilə əlaqədar tərkibində tərəvəzlər və müxtəlif ədviyyatlar olan xüsusi soyuq qəlyanaltı var.

- Müştəriləri sevindirmək və onların diqqətini cəlb etmək üçün restoran hansı aksiyalar və ya sürprizlər təklif edir?

- Canlı musiqi, geniş monitorlarda slaydların təqdim olunması ilə yanaşı, qəlyan və çay süfrəsini münasib qiymətə təklif edirik. Burada Misir qəlyanı, təbii  kömür və ən keyfiyyətli tütünlərdən istifadə olunur. 20 manatlıq qəlyan və çay aksiyamız hələ də davam edir.

Sentyabr ayına qədər isə restoranın “Qış zalı”nda tədbir keçirən qonaqlara 10% endirim tətbiq olunur.

- Müştəriləri narahat edən məsələlərdən bir də parkinqdir...

- Burada sağ və sol qurşaqda 20 və daha artıq sayda avtomobil saxlamaq imkanı var.

Ünvan: Bakı, Bayıl qəsəbəsi, Qurban Abbasov 3/4 (“Dünyagöz” klinikasının yaxınlığı)

Telefon: (012) 491 38 71, (050) 291 10 70

“Facebook”: https://www.facebook.com/Grace-Terrace-1742460382662322/

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri