27 
Sen
2017
14:27
20
46
4835
Virtual karabakh

Əmanətlər, ya investisiyalar? – Budur günün sualı

27 Sen, 2017
14:27
4835

Əmanətlər, ya investisiyalar? – Budur günün sualı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alta İnternational İnvestment and Finance Consulting” şirkətinin icraçı direktoru Kamilla Əliyeva bank sektorunda baş verən dəyişikliklər və irəliləyişlər barədə fikirlərini bölüşüb.

“Alta İnternational İnvestment and Finance Consulting” şirkətinin icraçı direktoru Kamilla Əliyeva bank sektorunda baş verən dəyişikliklər və irəliləyişlər barədə fikirlərini bölüşüb.

– Kamilla xanım, iyul ayındakı müsahibənizdə ölkənin bank sektorunda müşahidə olunan durumu kəskin  tənqid etmisiniz və bu müsahibəni 100 mindən artıq insan izləyib. Maraqlıdır, hal-hazırda bu sahədə hansı irəliləyişlər müşahidə olunur? Siz bu suala necə cavab verərdiniz? Buyurun.

– İlk növbədə qeyd etmək lazımdır ki, qısa vaxt ərzində durumun  əsaslı şəkildə dəyişməsi qeyri-mümkündür. Lakin vurğulamaq lazımdır ki,  ölkənin maliyyə sektoru artıq bir neçə addımda dəyişikliklərə yaxınlaşdı. Xüsusilə, avqust-sentyabr  aylarında, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən  Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru təyin edilməsi və Kredit Zəmanət Fondunun yaradılması ölkə iqtisadiyyatı üçün və sahibkarlar üçün olduqca mühüm qərarlardır. Qeyd etmək istərdim ki, ümumiyyətlə, bank sahəsində müşahidə olunan problemlərin həlli mümkündür və müəyyən ölçülərin götürülməsi dövlətə bank sektorundakı durğunluğu (staqnasiya) aradan qaldırmaqla yanaşı, bütövlükdə iqtisadiyyat sahəsində xeyli canlanmaya nail olmağa kömək edə bilər.

– Söhbətin məhz hansı problemlərdən getdiyini oxucularımıza açıqlaya bilərsinizmi?

– Mən, iki acınacaqlı, hətta, deyərdim, gərgin problemi qeyd etmək istərdim.  Birincisi, şəxsən  mən əhalinin “aşırı kreditləndirilməsi”ni və kreditlər üzrə həddindən artıq yüksəldilmiş faiz dərəcələrini günümüzdəki başlıca problemlərdən biri hesab edirəm. Nəticədə, biz qaytarılmayan kreditlərin artmasını və həm bankların, həm də bankın kreditor müştərilərinin maliyyə durumunun pisləşməsini müşahidə edirik. Kreditorların əksəriyyətini fərdi sahibkarlar təşkil etdiyi üçün həddindən artıq yüksək kredit dərəcələri və olduqca mürəkkəbləşdirilmiş kreditləşmə prosedurları ölkədə işgüzar mühitin sağlam inkişafına imkan vermir. Təbii ki, dövlət ölkənin qeyri-neft sektorunun inkişafına səy göstərərkən, bankların kredit siyasəti bu sahədəki vəziyyəti daha da qəlizləşdirir.      

Digər tərəfdən, mühüm bir faktı da qeyd etmək lazımdır ki, banklar əmanətçilərə yüksək faiz dərəcəsi ilə gəlir ödəyərək, onların həddindən artıq “bahalı” pullarını yığır ki, bu da kredit pullarının “bahalı” olmasına gətirib-çıxarır. Yeri gəlmişkən, bildiyiniz kimi, Avropa ölkələrində depozit qoyuluşları üzrə faiz gəlirlərinin ödənilməsi keçmişdə qalmış bir mərhələdir. Avropa bankları əmanətçilərin öz vəsaitlərinin hesablarda yerləşdirilməsinə görə cüzi faizlər ödəyir. İsveçrədə əmanətçilərdən,  onların öz pul vəsaitlərini bankın hesablarında saxlamaq imkanına görə komissiya haqqı  tutulur. Əslində, belə çıxır ki, bank əmanətçiyə pul ödəmir, əksinə, əmanətçi banka pul ödəyir. Buna görə xarici banklarda kreditlər ucuzdur.

– Kamilla xanım, təklif etdiyiniz kimi, banklar depozit qoyuluşları üzrə faiz dərəcələrini endirsələr, insanlar necə qazana bilər?

– İzah edə bilərəm. Reallıqda vəziyyət belədir ki,  banklara əmanət qoyan insanların sayı tədricən azalır. Valyuta əmanətləri üzrə dərəcələrin azalması, bankların bağlanması və maliyyə ortamına güvənsizlik  insanları öz əmanətlərini “yastıq altında” saxlamağa və ya onları daşınmaz əmlaka sərmayə etməyə vadar edən amillərdir. Pul vəsaitlərini hələ də depozit hesablarında saxlayan əhali böhranaqədərki banklarda olan əmanətçilərin çox  cüzi hissəsidir. Təəssüf ki, hazırkı mərhələdə Azərbaycanda alternativ məhsul mövcud deyil. İnsanlar seçim edə bilmirlər, çünki seçim yoxdur.  Dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda maliyyə investisiya fondları, trastlar yoxdur, praktiki olaraq, heç bir lisenziyalı investisiya şirkəti mövcud deyil. İnvestisiya şirkətlərinə lisenziyaların verilməsi təcrübəsi də, demək olar ki, yox səviyyəsindədir. Sözsüz ki, bu amillər respublikadakı pul vəsaitlərinə ciddi təsir göstərir.

– Kamilla xanım, iyul müsahibənizdəki sözlərlə desək, yaranmış vəziyyətdən çıxmaq üçün “tunel” hansı istiqamətdə qazılmalıdır?  

– Nə qədər qəribə səslənsə də, bəzən çətin problemlərin kifayət qədər sadə həlli olur. Birinci növbədə, xarici investisiya təcrübəsində artıq sınaqdan keçirilmiş uğurlu modellər tətbiq olunmalıdır. Mənim rəhbərlik etdiyim şirkətin beynəlxalq  yönümlülüyünə görə, bizə tez-tez xaricdə maraqları olan biznes nümayəndələri və fiziki şəxslər məsləhət üçün müraciət edir və hər dəfə əmin oluram ki, onların bir çox problemlərinin həlli beynəlxalq investisiya texnologiyalarının tətbiqi müstəvisində mümkündür. Diqqət yetirin ki, mən “pullar” deyil, maliyyə vəsaitləri haqqında danışıram. Necə deyərlər, bu, böyük fərqdir.

– Bununla nə demək istəyirsiniz? Açıqlamasını verə bilərsinizmi?

– Çalışaram. Hal-hazırda maliyyə sahəsində yaranmış vəziyyətin yenidən formatlanması üçün tamamilə yeni, hətta deyərdim ki, radikal yanaşma tələb olunur. Bir tərəfdən, qeyd edildiyi kimi, əvvəlki sxem “depozit – kredit” artıq işləmir, o, səmərəsizdir. Digər tərəfdən isə, ölkə əhalisinin əlində, bu gün “işləməyən” və əslində, maliyyə dövriyyəsindən çıxarılmış “artıq kapital” mövcuddur.  Dünya təcrübəsində belə vəziyyətdən çıxış yolu investisiya bankinqində görülürdü. Lakin təəssüflər olsun ki, bəzi banklar lazım olan səviyyədə investisiyalarla məşğul olmur. Yalnız bir neçə bankda broker xidmətlərinə bənzər,  ən azı, investisiya xarakterli müəyyən xidmətlər  təklif edən  bölmələr mövcuddur. Buna görə də mən yalnız bir çıxış yolu görürəm: beynəlxalq təcrübədə sınaqdan keçmiş elə maliyyə mexanizmlərini və məhsullarını işə salmaq lazımdır ki,  onlar insanlara cüzi passiv gəlir əldə etməyi deyil, maliyyə bazarının iştirakçısı olub, onun aktiv dövriyyəsindən mötəbər gəlirlərə malik olmağa imkan versin.

– Başqa sözlə, Siz düşünürsünüz ki, insanlar kütləvi şəkildə investisiyalara sərmayə qoyuluşları ilə məşğul olmalıdır?

– Əlbəttə ki,  yox. Heç bir kütləvilik təklif etmirəm. Bu təkliflər yalnız, əhalinin iqtisadi cəhətdən  aktiv olan hissəsi üçün maraqlı ola bilər, çünki əhalinin bu hissəsi anlayır ki, depozitlərdən əldə edilən faizlər reallıqda yalnız gəlirin illüziyasıdır, çünki çox vaxt onlar heç illik inflyasiyanın əvəzini ödəmir. Özünüz fikirləşin. Sığortalanmış manat depoziti üzrə maksimal faiz dərəcəsi 15% təşkil edir. Eyni  zamanda, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda ancaq 2017-ci ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri illik hesablamada 13,5%-ə qədər artıb. Özünüz hesablayın, öz şəxsi pullarınızla  siz nə qədər “qazanmısınız”? Əgər  banklarda  illik maksimum 3% olmaqla, qoyuluşların dollarizasiya miqyasını nəzərə alsaq, real mənzərənin nə olduğunu təsəvvür edə bilərsiniz.

Bundan əlavə, normal bir biznes orta hesabla ildə 15-25% təmiz gəlir əldə edərkən, iş adamları yüksək faiz dərəcəli bank kreditləri ilə iş qurmalı olurlar. Belə bir biznesin mənası nədir? Mövcud durumda  banklarla işləmək, qazanmaq üçün biznesə az fürsət verir. Alternativ yollar axtarılmalıdır.

– Sizin alternativ təklifləriniz konkret olaraq nədən ibarətdir?

– Konkret qeyd etsək, mən öz təkliflərimi iki yerə bölərdim: dövlət strukturları üçün və biznes üçün. Hal-hazırda bizim şirkətin innovativ inkişaf şöbəsinin analitikləri investisiyaların dövlət sektoruna cəlb edilməsi məqsədi ilə dövlət şirkətlərinə xidmət təklifləri paketini işləyib-hazırlayırlar. Məsələn, yaranmış vəziyyətdə, investisiyaların idarə olunması üzrə vahid dövlət strukturunun təsis edilməsi məqsədəuyğun olardı. Bu müəssisə fiziki və hüquqi şəxslərə dövlət investisiya layihələri təklif edə bilər. İnsanlar öz əmanətlərini  real  layihələrə  qoymaq imkanına malik ola bilərlər. Nəticədə, əmanətçi həmin layihələrin payçısı statusunu alır.  Passiv gəlirlə  yanaşı, insanlar iş adamları olmaq və yalnız bank hesabından daha mənalı bir paya sahib olmaq imkanı əldə edəcəklər.

Göstərilən tədbirlər, Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusən də qeyri-neft sektoruna pul vəsaitlərinin axınını əhəmiyyətli dərəcədə artıra bilər.  Azərbaycanın,  yerli və xarici investorları cəlb etmək üçün əlavə imkanları yarana bilər. Yeni iş yerlərinin açılması da bu çətin  dövrdə  respublikamızın iqtisadi inkişafı üçün olduqca müsbət amil ola bilər. Digər maraqlı təkliflər də mövcuddur.

– Siz biznes üçün müəyyən cəlbedici təkliflər barədə də söz açdınız.

– Qeyd edim ki, bu təkliflərin cazibədarlığı ondan ibarətdir ki, bizim “Alta” konsaltinq və investisiya şirkətimiz innovativ investisiya məhsullarının ölkəmizdə tətbiqi ilə məşğul olur. Maliyyə-konsaltinq və immiqrasiya xidmətləri çeşidlərinin təqdim edilməsindən əlavə, bizim biznesə dair təkliflərimiz üç yeni servis növünün təqdimatı ətrafında cəmləşdirilib.

Birincisi, fərdi kapitalın idarə olunmasına istiqamətləndirilmiş “maliyyə  mühəndisliyi servisi”dir (dünyada geniş yayılmış Private Wealth Services, PWS). Bu xidmət korporativ investisiya menecmenti ilə yanaşı, kapitalın cəlb edilməsi yönümündə Avropa və ABŞ-ın yeni bazarlarına çıxış üçün kompleks həll olaraq, iri kapitala malik fərdi emitentlərə müasir investisiya texnologiyalarından istifadə etmək imkanı verir.

Bizim təqdim etdiyimiz ikinci xidmət – “investisiya platformalarının servisi”dir. Bu xidmət çərçivəsində orta maliyyə imkanlarına malik olan müştərilərə investisiya platformasının işinin peşəkar müşayiəti (post-launch), həmçinin beynəlxalq xidmətlərin əldə edilməsi üçün əlaqələrin qurulması, xüsusi biznesin dəstəklənməsi və s. təmin edilir.

Nəhayət, üçüncü xidmət – məhdud pul vəsaitlərinə malik olan müştərilərin investisiya birliyində birləşməsi üçün nəzərdə tutulmuş “maliyyə kondominiumu”dur. Bu, investorların hər birində, sabit  və gəlirli biznesin yaradılması üçün kifayət qədər vəsaitin olmamasıdır. Lakin kondominium texnologiyaları onlara lazımi miqdarda  və konkret investisiya layihəsi üçün bir araya gəlməyə imkan verir. Belə investisiya birlikləri pul vəsaitlərinin tədricən yığılması yolu ilə, həmin pul vəsaitlərini inşaat, daşınmaz əmlakın idarə edilməsi, yüksək texnologiyalı “start-up”ların işə salınması ilə bağlı yüksək likvidli aktivlərə sərmayə yatırmağa imkan verir.

Fikrimizcə, bu üç xidmət kompleks şəkildə, bir tərəfdən iqtisadi cəhətdən fəal əhalinin müxtəlif seqmentlərini əhatə edir və digər tərəfdən, müştərilərimizə yalnız öz investisiya təkliflərini irəli sürmək üçün deyil, məqsədyönlü şəkildə onlara uyğun investorları tapmaq imkanı verəcəkdir. Təbii ki, bizim köməyimizlə. Sadə sözlə desək, vahid ümumi baza yaradılacaq və biz sxemin hər iki iştirakçısına – həm investorlara, həm də pul vəsaitlərinin – investisiyaların axtarışında olan iş adamlarına kömək edə bilərik.

Bu halda investor öz pullarını hesabda “dondurmur”, əksinə, onları investisiya aktivinə çevirir – həm ölkə daxilində, həm də xaricdə həmin pullar ona “işləyir”. İş adamları isə  banklarda “bahalı” kreditlər haqqında artıq düşünməyəcəklər. Adıçəkilən xidmətlər kompleksi həm investorlara, həm də müxtəlif səviyyəli iş adamlarına  bizə müraciət etməyə imkan verir. Biz isə vəziyyəti, biznesi və onun investisiya şanslarını qiymətləndiririk. İnvestorları və investisiya axtarışında olan insanları tanıyırıq. Biz onların iş birliyi üçün səylər göstərəcəyik. Bizdə bunun üçün təcrübə, bilik və bu sahədə beynəlxalq əlaqələr mövcuddur. Azərbaycanda bu maliyyə xidmətləri növlərinin analoqu yoxdur, amma “investor – investisiya layihəsi” əlaqəsinin  yaradılmasına olan zərurət olduqca böyükdür.

– Bəs risklər necə? Məsələnin bu tərəfi barədə nə deyə bilərsiniz?

– Risklər istənilən sahədə mövcuddur, risksiz mənfəət əldə etmək qeyri-mümkündür. Sizin bankdakı əmanətiniz də riskdir. Lakin fərqlər var. Şirkətimiz investisiya risklərinin minimuma  endirməkdə  maraqlıdır. Bu səbəbdən investisiya portfelini planlaşdırarkən və məhsul seçərkən, müştəri ona uyğun variantı seçə biləcək: minimal, orta və ya yüksək risklər. Təbii ki, mənfəət məbləğinə olan tələblər nə qədər yüksəkdirsə, risklər də bir o qədər yüksək ola bilər. Lakin müştəri hərtərəfli məlumatlandırılacaq və bir reklam seçimi deyil, dərrakəli seçim edə biləcək.

İkinci mərhələdə investisiya texnologiyalarımız müştərilərə  pullarının hara sərmayə edildiyini, onların pul vəsaitlərinin necə və hara hərəkət etdiyini izləməyə imkan verəcək. Bu, bankdan prinsipial şəkildə fərqlidir, çünki banka əmanət qoyduğunuz  halda Siz, pul vəsaitlərinizin  hara getdiyini və hansı an onları itirə biləcəyinizi müəyyənləşdirə bilmirsiniz. Nəhayət, ən mühüm məqam: investorun maliyyə vəsaitlərinin idarə edilməsi, gəlirlərin dinamikası və maliyyə aktivliyinin digər aspektləri ilə bağlı bütün riskləri “Alta” şirkəti öz üzərinə götürür. Bazar iqtisadiyyatı şəraitində isə bu, vacibdir.

– Kamilla xanım, maraqlı söhbətə görə təşəkkür edirəm. Həqiqətən də, maraqlı xidmətlərdir. Əminəm ki, bu xidmətlərə tələbat olacaq.

– Bəli, mən də əminəm ki,  bu gün bizim iqtisadiyyatımızda,  onun tərkibi olan maliyyə sektorunda yeni baxış və innovativ yanaşmalar zəruridir. Bu, ağacların arxasındakı meşəni və qayıqların arxasındakı gəmiləri görmək üçün  bir  yoldur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri