Noy
2017
14:48
277
77
18746
Virtual karabakh

Xalq artisti sükutu POZDU: Hamını öldürə-öldürə gedirsiniz - VİDEO

1 Noy, 2017
14:48
18746

Xalq artisti sükutu POZDU: Hamını öldürə-öldürə gedirsiniz - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi üçün çox sevindim. Mübarək olsun! Mənim Prezidentim ağıllı Prezidentdir. O, bilir nə edir. Biz Prezidentimizin yolu ilə gedirik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri "APA TV" və “Modern.az” saytına müsahibəsində xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.

 O, 1969-cu ildə Qarsa səfər etdiyini xatırladıb.

“Türkiyədən gələn qonaqlar bizim dostlarımızdır, hətta qardaşlarımızdır. Dünən televizora baxırdım, Qars sözünü eşidəndə bilirsiniz, yadıma nə düşdü? 1969-cu ildə ilk dəfə Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər”.

Millət vəkili siyasətdən danışmaq istəmədiyini deyib və bildirib ki, incəsənətdən danışmaq çoxsaylı tamaşaçısı auditoriyası üçün daha maraqlı olar.

"Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də, özünə hörmətlə, xalqa hörmətlə gündəmdə olmalıdır. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarıdan aparmamalıdırlar. Bəzən deyirlər ki, "toyxana müğənniləri” və sair. Axır bunlar da bir yolla qazanmalıdırlar. Bu toya getməsə, acından öləcək axı. Mən müəllim görmüşəm ki, süpürgəçilik edir”.

Zeynəb Xanlarova bir aydan çoxdur ölkədə olmadığını, bu səbəbdən haqqında çox söz-söhbətlər gəzdiyini deyib: "Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda mənim üçün də çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Bəyəm insan deyiləm? Bir ay burada olmadım. İzmir, Ankara, İstanbulda konsertim olacaq. Mən bu işlərlə məşğul olan adamam.  Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb bir-birinə. Söz-söhbət yayıblar ki, guya Zeynəb Xanlarova xəstədir".

Zeynəb Xanlarova müasir müğənnilərin ifa etdiyi mahnıların qısa müddətdə unudulmasının səbəbini açıqlayıb: “Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, "toyxana mahnıları", nə bilim bayağı mahnılar-filan. Yazan yoxdur, bəstələyən olsa, onlar da oxuyarlar. İndi Qara Qarayevi tapmaq olar? Fikrət Əmirovu tapmaq olar? Bunlar hamısı getdilər. Musiqi əsəri yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər beş saat dayanmadan ifa et, edərəm. Yoxsa danışmaqla aram yoxdur. Əslində, hazırlaşmışdım ki, bu gün plenar iclasda çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə düyməni basırlar, xalqa da xeyri olmur. İnanın ki, heç bir xeyri də yoxdur o danışıqların”.

Zeynəb Xanlarova Türkiyədə üzləşdiyi maraqlı bir faktı açıqlayıb: “Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qanım çəkdi. Hiss elədim ki, o azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl, bundan şabalıd alaq. Çox gözəl uşaq idi. Şabalıd aldım, amma bizdən pul almaq istəmədi. Sadəcə, dedi ki, çox sağ olun, Zeynəb xanım. Yaşı 35-40 yaş arası olardı. Dedi, azərbaycanlıyam. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ki, ali təhsilli müəlliməm. İnstitutu bitirəndə xahiş etdim ki, məni öz rayonumuza müəllimlik etməyə göndərsinlər. Amma pulum olmadı. Mən də məcbur qalıb bura gəldim. Dedi ki, Zeynəb xanım, sabah burdan keçsəniz, görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz buradadır. Atam, anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub, gəlib işləyirəm. Günə bizim pulla 10 manata işləyir. Dedim, qışda da burada dayanırsınız? Təsdiqlədi. Bir də əlavə etdi ki, Zeynəb xanım, mən yaxşıyam. Burada elə həmyerlilərimiz var ki, müəllimdir, süpürgəçilik edirlər, ayaqyolu təmizləyirlər. Axı mənim xalqım niyə bu günə qalsın? Çünki Prezidentə düz informasiya vermirlər. Mən əziz Prezidentimlə görüşəndə deyir ki, ən düz sözü sən deyirsən. Deyirəm ki, mən xalqın içindən çıxmışam. Mən deməyim, sən demə, bəs kim deyəcək?”

Zeynəb Xanlarova Milli Məclisdə qaldırdığı məsələlərin həllini tapmadığını deyib: "Bilirsiniz o məsələlər necə "həllini tapır"? Elə həmən hasardır, həmin evlərdir. Heç kim sökməyib, necə vardı, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər".

Millət vəkili insanların dinə meyillənməsinin sovet dövrü ilə müqayisədə daha səmimi olub-olmadığı barədə sualı belə cavablandırıb: “İndi mənim səndən sənə şikayətim var. Sovetin dövründə kimin nə ixtiyarı vardı ki, boynuna qızıl salsın, sırğa taxsın? İndi heç kəsin vecinə də deyil. Adam da öldürürlər. Avtomobilləri alıb verirlər uşaqlarına, adam vururlar. Hər kəs öz işindədir. Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil. Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər? Dinə gəlsək, indi kim istəyir öz istəyi ilə başını bağlayır, o adama nə demək olar? Çılpaq gəzmir, lüt gəzmir. Başını örtür də”.

Zeynəb Xanlarova son zamanlar bəzi müğənnilərin adlarının kriminal aləmlə hallandığı məsələsinə də münasibət bildirib: "Vallah, xəbərim yoxdur. O qızı deyirsiniz, hə? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf. Ona nə olub? O oxuyanda xoşum gəlir. Özü də, deyəsən, Zəngilandandır. Yox, Laçındandır, yadıma düşdü".

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri