31 
Yan
2018
18:44
229
52
3373
Virtual karabakh

Politoloq: Sanksiyalar Moskvanın Azərbaycana silah satmasına əngəl olmayacaq

31 Yan, 2018
18:44
3373

Politoloq: Sanksiyalar Moskvanın Azərbaycana silah satmasına əngəl olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir və bu dəfə Vaşinqtonun sanksiyalar siyahısına azərbaycanlı olan bir sıra rəsmi şəxslər, iri sahibkarlar da düşdü. Ancaq ən vacibi odur ki, Rusiya üçün həssas olan sahə – müdafiə sahəsi də sanksiyalara düçar olub. 

Məlum olduğu kimi, Azərbaycan Rusiya silahlarının ən iri  idxalçılarından hesab olunur. Bu baxımdan, unutmaq lazım deyil ki, silahları almaqla iş bitmir, onun üçün texniki dəstək də lazım gəlir. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinin hansı nəticələrə gətirəcəyi və bunun Rusiya istehsalı olan silahların Azərbaycana idxalına təsir edib-etməyəcəyi ilə bağlı sualları Oxu.Az-a verdiyi müsahibədə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev cavablandırıb.

– ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiyanın bəzi ekspertləri bu qərarı təcavüz aktı kimi qiymətləndirib. Sizcə, hadisələr hansı şəkildə inkişaf edəcək?

– ABŞ bu sanksiyaları kortəbii şəkildə qəbul etmir, əksinə, anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı mövcud qrafikə uyğun qəbul edir. Belə bir qrafikin  hədəfi – birinci növbədə, Amerika və Rusiya siyasi elitaları arasında əlaqələri kəsməkdir. İkincisi, Rusiyanın iqtisadi inkişaf tempini və qlobal iqtisadi aləmdə iştirakını zəiflətməkdir. Üçüncüsü, Rusiya Federasiyasının öncül Qərb texnologiyalarından yararlanma imkanlarını məhdudlaşdırmaqdır. Dördüncüsü, Rusiyanın timsalında  rəsmi Vaşinqtonun “tövsiyələrini” yerinə yetirmək istəməyən, beynəlxalq arenada böyük iradə ortaya qoymağa, daha sərbəst olmağa çalışan ölkələrə dərs vermək, ona dünya siyasi aləmində davranış qaydalarını “öyrətmək”dir.

Ancaq işdə anti-Rusiya sanksiyaları ilk növbədə müasir Rusiya siyasi elitasının labüd milliləşdirilməsi və deofşorlaşdırılmasına gətirib-çıxaracaq. İkincisi, effektivliyin artırılması məqsədilə dövlət idarəetmə sistemlərinin modernizasiyası ilə nəticələnəcək. Məsələn, artıq layihə xarakterli dövlət  idarəetmə sistemi formalaşdırılır, ölkənin idarə olunmasında, siyasi və dövlət qərarlarının hazırlanması, qəbulu və gerçəkləşdirilməsində fəal şəkildə autsorsinq və kraudsorsinq təcrübələrindən istifadə olunur. Rusiyada son zamanlar parlament və ictimai nəzarət sistemi təkmilləşdirilir.

Üçüncüsü, anti-Rusiya sanksiyaları, istər ixtiyari, istər sə qeyri-ixtiyarı olsun, RF ali hakimiyyətini dövlət və bələdiyyə qurumlarında əməkdaşlar, o cümlədən iqtisadi sferadakı menecerlər arasında peşəkarlıq səviyyəsini artırmağa vadar edir. Bu səbəbdəndir ki, yaxın günlərdə bizim ölkəmizdə  “Mən peşəkaram” tələbə konkursunun finalı keçiriləcək. Şübhəsiz ki, Rusiyanın dövlət kadr siyasəti bundan sonra da məqsədyönlü şəkildə yenilənəcək və təkmilləşdiriləcək. ABŞ-ın anti-Rusiya sanksiyaları buna az təsir etməyəcək.

Dördüncüsü, sanksiya təzyiqi altında rəsmi Moskva aktiv şəkildə “idxalın” yerli istehsalat və xidmətlərlə əvəzlənməsi siyasini yürüdür, öz daxili sənaye istehsalının stimullaşdırılmasına vasitəçilik edir, iqtisadiyyata ən müasir texnologiyaları gətirməyə çalışır, reindustrializasiya və rəqəmsal iqtisadiyyata keçidi reallaşdırır.

Beşincisi, sanksiyalar ali Rusiya hakimiyyətini elm və təhsilin inkişafına, həmçinin ekspert cəmiyyətinin inkişafına xüsusi diqqət ayırmağa vadar edib.

Əlbəttə ki, sadalanan bütün proseslər mürəkkəb şəraitdə keçir və necə ki, hakimiyyət strukturlarında, eləcə də, cəmiyyətdə müəyyən zidiyyətlərə və ixtilaflara yol açır. Lakin Rusiyanın başqa yolu yoxdur.

– ABŞ-ın sanksiya siyahısına Rusiyanın Hərbi Sənaye Kompleksi də düşüb. Bildiyiniz kimi, Azərbaycan Rusiyadan silah alır. Sizcə, bu sanksiyalar Rusiya silahlarının Azərbaycana satılmasına hər hansı problem yarada bilərmi? Ümumilikdə, belə şəraitdə müdafiə sənayesi hansı şəkildə inkişaf edəcək?

– Sanksiyalar rəsmi Moskvanın Azərbaycana silah və hərbi texnika satmasına əngəl olmur və olmayacaq da. Sualı başqa cür qoymaq lazımdır.  Onlar, görəsən, rəsmi Bakının Rusiya hərbi məhsullarını almasına mane olacaqmı? Hesab edirəm ki, potensial risklər mövcuddur, ona görə də hər şey onların nəzərə alınması, təhlil edilməsi və uğurlu şəkildə öhdəsindən gəlinməsi baxımından Azərbaycan ali rəhbərliyinin siyasi iradəsi və psixoloji hazırlıq səviyyəsindən asılı olacaq.

Rusiyanın müdafiə sənayesi bundan sonra da effektiv şəkildə inkişaf edəcək. Artıq Ukraynanın müdafiə sənayesi müəssisələrindən asılılıq tam aradan qaldırılıb. Suriyadakı hərbi əməliyyatlarda silahların və hərbi texnikanın daha da mükəmməlləşdirilməsi üçün böyük praktiki material toplamağa imkan verib. Ordunun 2027-ci ilə kimi yenidən silahlandırılması üzrə dövlət proqramı qəbul olunub.

– ABŞ-ın Rusiyanı məqsədyönlü şəkildə təcavüzə təhrik etdiyini deyə bilərikmi?

– Rusiya təcavüzü haqqında bütün bəyanatlar fitnə-fəsad salmaq məqsədi güdür. Heç şübhəsiz, Rusiya siyasi elitasının milliləşdirilməsi və deofşorlaşdırılması onun bəzi nümayəndələrində qıcıq doğurur. Ona görə də ara-sıra KİV-də əliəyri məmurların maraqlarından çıxış edən bəzi ekspertlərin Rusiya təcavüzü haqqında bəyanatlarını eşidirik. Səbəbsiz deyil ki, hal-hazırda bizim ölkədə korrupsiya və “kölgə” iqtisadiyyatına qarşı mübarizə kəskinləşib. Yeri gəlmişkən, nə qədər qəribə səslənsə də, əslində, elə Rusiya məmurları və biznesmenlərinə qarşı şəxsi sanskiyalar buna şərait yaradıb.

Ona görə də təyin olunmuş qrafiklərə uyğun olaraq anti-Rusiya sanksiyalarının bundan sonra da qəbul olunacağı, bunun dəfələrlə təkrarlanacağı gözləniləndir. Onlar bundan sonra da ölkənin ali hakimiyyətini və Rusiya ictimaiyyətini onlara qarşı effektiv şəkildə mübarizə aparmağa, daxili iqtisadiyyatı inkişaf etdirməyə, innovasiyalar tətbiq etməyə, dövlət və cəmiyyətin bütün sferalarını müasirləşdirməyə vadar edəcək. Müəyyən müddətdən sonra Rusiyaya qarşı sanksiyalar öz mahiyyətini itirəcək. Ancaq həmin vaxt artıq Rusiya özü ABŞ-a qarşı sanskiyalar qəbul edə biləcək. Ancaq “Sledstviye veli” proqramının aparıcısı Leonid Kanevski demişkən, bu, artıq başqa bir tarixdir”.

R.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri