11 
Fev
2018
12:55
238
66
3090
Virtual karabakh

Politoloq: Həmsədrlər ermənilərin başına ağıl qoymalıdırlar

11 Fev, 2018
12:55
3090

Politoloq: Həmsədrlər ermənilərin başına ağıl qoymalıdırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yazında həm Azərbaycanda, həm Ermənistanda, o cümlədən də Rusiyada prezident seçkiləri gözlənilir. Bu siyasi hadisələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı danışıqlar prosesinə necə təsir göstərəcək və ümumilikdə 2018-ci ildə Qarabağ münaqişəsindən nə gözləmək lazımdır? Bu barədə Oxu.Az-ın suallarını Milli Məclisin deputatı Rasim Musabəyov cavablandırır.
 
- Bildiyimiz kimi, bu yazda Ermənistanda, Rusiyada və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Necə düşünürsüz, seçki ili, həmçinin seçkiqabağı vəziyyət Qarabağ nizamlanması üzrə danışıqlar prosesinə necə təsir edəcək?

- Prezident seçkiləri münaqişənin nizamlanmasına birbaşa təsir göstərmir, lakin bizdə seçkilərin aprelə keçirilməsi danışıqlar aparmaq üçün daha əlverişli şərait yaradır. Əks halda Ermənistanda seçkiləri, sonra orada hökumətin formalaşmasını, yay tətilləri, Azərbaycandakı seçkiləri gözləmək lazım gələr və beləliklə, 2018-ci il itə bilərdi. İndi isə bütün seçki prosesinin aprel ayında başa çatmasına görə danışıqlar prosesinin yubadılması üçün səbəb olmayacaq. Ona görə, bu, nizamlamada müsbət məqamı tutmaq üçün yaxşı imkandır.

- Hazırda danışıqlar prosesi hansı mərhələdədir?

- Azərbaycan XİN başçısının dediyi kimi, indi predmetli danışıqlar aparılır. Lakin onların nə ilə nəticələnəcəyini qabaqcadan söyləmək çətindir.

- Bildiyimiz kimi, Ermənistanda parlament hakimiyyəti qurulacaq və artıq baş nazir əsas rol oynayacaq. Yeni baş nazir danışıqlarda yeni sima olacaq və artıq Azərbaycan prezidenti Serj Sarkisyanla deyil, yeni baş nazirlə görüşəcək. Yeni insan öz ölkəsində yeni vəzifədən danışıqlar prosesinə necə təsir göstərəcək?

- Dövlət başçısı onsuz da prezident olacaq, sadəcə əsas hakimiyyət səlahiyyətləri hökumətin və onun başçısının əlində cəmləşəcək. Danışıqları isə xarici işlər nazirləri aparırlar və Edvard Nalbandyanın qalıb-qalmayacağını söyləmək çətindir, lakin düşünürəm ki, o vəzifəsini itirməyəcək. Ümumiyyətlə, mənə elə gəlir ermənilərin danışıqlar tərəfi ciddi dəyişməyəcək.  

- 2018-ci illə bağlı hansı ümidləriniz var və bu il dəyişikliklərə gətirə bilərmi?

- Mən düşünürəm ki, bu il nəticəli ola bilər, çünki alternativ hər kəsə aydındır. Əgər danışıqlar prosesində irəli çıxmaq hesabı ilə ciddi danışıqlar olmasa, onların alternativi kimi hərbi əməliyyatların bərpası və ən azı təmas xəttində vəziyyətin gərginləşməsi olacaq.  

Düşünmürəm ki, bu, yaxşı variantdır, bu faktın dərk olunması ənənəvi olaraq ermənilərə hamilik edən və Minsk qrupunun həmsədrləri olan ölkələri – Fransa, Rusiya və ABŞ-ı tərpətməlidir. Onlar ermənilərə ağıl verməli, onların ərazi iddialarını məhdudlaşdırmalıdırlar və bu baş versə, nizamlamada inkişaf olacaq. Əks halda mən istisna etmirəm ki, yayda və ya payızda təmas xəttində neqativ proseslər başlaya bilər.

R.Q. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri