19 
Fev
2018
15:04
221
21
3117
Virtual karabakh

Ekspert: Xocalı soyqırımına görə Sarkisyan məsuldur – MÜSAHİBƏ

19 Fev, 2018
15:04
3117

Ekspert: Xocalı soyqırımına görə Sarkisyan məsuldur – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımını törədənlərin nə üçün indiyədək mühakimə olunmaması barədə Oxu.Az-a rusiyalı tarixçi, “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı kitabın müəllifi Oleq Kuznetsov danışıb.   

– Xocalı hadisələrindən 26 il ötür. Bu hadisəni necə qiymətləndirirsiniz? Sizcə, bu cinayətdə əli olanlar niyə indiyədək mühakimə olunmayıb?

– Bütövlükdə Yaxın Şərq ölkələrindən olan erməni əsilli beynəlxalq terrorçular, Dağlıq Qarabağın erməni separatçıları, onları dəstəkləyən, komandanlığa qarşı qiyam qaldırmış və hərbi andı pozmuş, MDB birləşmiş silahlı qüvvələrinin 336-cı motoatıcı diviziyasından olan Sovet Ordusunun keçmiş hərbi qulluqçuları bu cinayətə cavabdehlik daşıyır.

Bu cinayətin hüquqi baxımdan müddəti yoxdur. Beynəlxaq humanitar normalara əsasən, bu soyqırıma görə şəxsən başda Xocalının azərbaycanlılardan və məhsəti türklərindən “təmizlənməsinə” göstəriş verən prezident Serj Sarkisyan olmaqla, Ermənistan Respublikasının  hazırkı siyasi rəhbərliyi məsuldur.

Beynəlxalq hüquq normalarda belə cinayətlər törədənlərə qarşı fərdi qaydada məsuliyyət nəzərdə tutulub. Təəssüflər olsun ki, onların çoxu, məsələn, Serj Sarkisyan dövlət başçısı statusu və ya digər hüququ meyarlara əsasən beynəlxalq hüquqi toxunulmazlığa malikdir.

– Xocalı soyqırımını necə xarakterizə etmək olar? Belə təcavüzə nə vəsilə oldu?

– Son illər ərzində dəfələrlə bu suala cavab verməli olmuşam və bu vaxtda qədər bununla bağlı mövqeyimdə heç bir dəyişiklik olmayıb.

Ona görə növbəti dəfə təkrarlamalı olacam. Xocalı şəhərində müsəlman əhalinin kütləvi qətliamı sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı törədilmiş cinayətdir.

Hal-hazırda qətliam səbəbkarlarının Xocalıda  sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı törətdiyi əməllərə görə cinayət məsuliyyətində cəlb olunması mümkünsüz sayılır. Azərbaycan hər hansı yolla adları hamıya məlum olan bu cinayəkarları öz ərazisinə gətirib çıxara bilsə, onları müstəqil şəkildə mühakimə etmək hüququna malik olacaq.

Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyəcək və BMT-dən 1988-1994-cü illərdə Qarabağ müharibəsi ərzində törədilmiş hərbi cinayətlər üzrə xüsusi tribunalın yaradılmasını tələb etmək məcburiyyətində qalmayacaq.

R.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri