Apr
2018
17:15
33
173
13107
Virtual karabakh

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

5 Apr, 2018
17:15
13107

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Natavan Həbibi atasız olmasından danışıb.

Oxu.Az-ın suallarına cavab verən müğənni atasına ehtiyacı olduğunu bildirib:

– Hər övlad hər iki valideynə möhtacdır. Mən atamdan ayrı böyümüşəm. Anam atasızlığı bizə hiss etdirməməyə çalışıb, onun varlığı çox güclüdür.

– Bu gün yanımda, çox şükür, anam var. Amma elə saatlar olub ki, bir kişiyə qarşı tək qalmışam, o zaman atam olmasını istəmişəm. İstəyərdim ki, gedib atama deyim ki, o kişi məni təkləyib, kömək elə. Ata sevgisi o anlarda lazımdır.

Heç bir atanın övladını tək qoymağa haqqı yoxdur. Qadınla kişi arasında problem ola bilər, amma bu uşaqlara əziyyət verməməlidir. Mən övladını tək qoyan ataları qınayıram.

– Atanızı bağışlamısınız?

– O, mənim atamdır. Bağışlamamaqdan söhbət gedə bilməz. Onu qəlbimdə sevmişəm, sevirəm.

– Natavanın ana olmaq istədiyini bilirik. Qız və ya oğlan övladının fərqi varmı?

– Ayrıseçkilik haqqında düşünməmişəm. Evimizdə bacımın qızı böyüyüb. Qızın necə böyüdülməsini bilirəm, təcrübəm var.

– Qız övladını necə, qadağalı və ya qadağasız böyütmək lazımdır?

– Qadağalı, anlayışlı və şəxsiyyət kimi. Uşağa doğulandan böyük kimi davranmalıyıq. Anam mənə “sənə qurban” deyib, uşaq kimi əzizləməyib.  Şəxsiyyət kimi yetişmişəm, düz edib. O zaman uşaq həyata qədəmlərini möhkəm qoyur.

– Son günlər  arıqlamağınızla diqqət çəkirsiniz. Bəziləri deyir, xəstəlik tapıb, bəziləri deyir, dərddən arıqlayır.

– İştahım olanda yeyirəm, olmayanda yemirəm.  Mən əsəbləşəndə yemək yeyə bilmirəm. Ancaq su içirəm. Xəstəlikdən söhbət gedə bilməz.

– Həmkarınız  Xatun dedi ki, siz özünüzü anakonda kimi aparırsınız. Amma onun açıqlamasına cavab vermədiniz...

– Bu haqda danışmayacağam. Ona cavab verməyəcəyəm, vaxtım yoxdur. Deyirlər, Natavan özündən razıdır, “mən-mən” deyir. Fərqimiz də burdadır. Mən özümdən, onlar məndən danışır.

İşlərimdən, özümdən danışırlar. Onlar bacardığı qədər məndən danışsınlar, illərdir gündəmimi saxlayırlar. Mən heç nə etmirəm, gündəmə gətirirlər. 

– Son zamanlar cazibədar pozlar verirsiniz...

– Evlilikdən əvvəl qapalı idim. İndi bu imicdə olmaq xoşuma gəlir.

– Dado ilə münasibətləriniz qarışıqdır. Siz ayrıldığınızı demişdiniz, o, bayramlarda sizinlə fotosunu paylaşdı. İnsanlar bunu reklam olaraq anlayır.

– Mən həyatımı yaşayıram. Heç bir reklamdan söhbət gedə bilməz. Mən heç kimin həyatına qarışmıram, kimsə də mənə qarışmasın. Şəxsi həyatımdan artıq danışmayacağam.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri