Okt
2018
12:33
199
21
6978
Virtual karabakh

Emil Kadırov: Bakıda şou-biznes “toyxana” ətrafında fırlanır - MÜSAHİBƏ

2 Okt, 2018
12:33
6978

Emil Kadırov: Bakıda şou-biznes “toyxana” ətrafında fırlanır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1993-cü ildə Bakıda oğlan uşağı dünyaya gəlib və 20 il sonra onu bütün MDB məkanında tanıyırlar. Milyonlarla ürəkləri fəth edən gənc azərbaycanlı – Emil Kadırov...

O, Bakıda 145 saylı orta məktəbi bitirib. Anası rusiyalı, atası azərbaycanlıdır. Uşaq Rusiya-Azərbaycan mədəniyyətinin birləşdiyi mühitdə doğulub. Anası ömür boyu Bakıda yaşadığı üçün özünü azərbaycanlı hesab edib.

Uşaq yaşlarından onda musiqiyə maraq meydana çıxıb. Məktəbdən sonra qəhrəmanımız Bakıdakı Rəşid Behbudov adına II nömrəli musiqi məktəbində gitara sinfini uğurla bitirir. 

Məhz bu məktəbdə tanınmış pedaqoq Sergey Saprıqin sayəsində bizim qəhrəmanımızda müğənnilik istedadı ortaya çıxır. 

O, gitarada ifa edir, müxtəlif müsabiqələrdə və tədbirlədə mahnı oxuyur, ancaq əsl istedadını “Qolos” musiqi layihəsində göstərir. 

Artıq beş ildir ki, o və ailəsi Moskvada yaşayır.

Oxu.Az-ın müxbiri Emillə söhbət edib və ona bir sıra suallar verib:

- Emil, uzun müddətdir ki, bu sənətlə məşğulsunuz, ancaq əsas məşhurluğunuzu “Qolos” yarışında qazanmısınız. Sizi Rusiya və Azərbaycanda tanıdılar. Bu layihəyə düşməyiniz barədə danışın və Azərbaycan mediasında özünüz haqqında məqalələr görmək nə dərəcədə xoş oldu?

- Bu, fikrimcə, möhtəşəm layihədir. O, həqiqətən, musiqini sevən və fonoqramma ilə oxumayanları üzə çıxarır. Həqiqətən də, “Qolos” yarışması mənim Rusiyada və doğma Azərbaycanda populyarlıq qazanmağıma səbəb olub. Bu layihəyə təsadüfən qatılmışam. Haqqında bildim və gitara ilə Ostankinoya gəldim. İlk çıxışımdan jüri heyəti zövq aldı. Daha sonra mən “Qolos” layihəsinə qatıldım. 

Ən böyük narahatlığım həmkarlarım qarşısında çıxış edən zaman yarandı. Mən onlardan heç olmasa birinin dönməsini gözləyirdim. 

Heç vaxt bu narahatlığımı və hisslərimi unutmayacam... İlk çıxışımdan sonra Azərbaycan KİV-də mənim haqqında məqalələr yayımlandı. Çox xoş idi.

- Siz tez-tez Müslüm Maqomayevin repertuarından mahnılar ifa edirsiniz. Bu şəxsiyyət yaradıcılığınızda hansı rolu oynayıb?

- Həqiqətən də, tez-tez Maqomayevin repertuarına müraciət edirəm. Onun yaradıcılığı mənim peşəkar karyeramda böyük rol oynayıb. Onun mahnıları, vokal, özünü səhnədə aparması... Mən bütün xırdalıqlarına qədər öyrənmişəm.

Müslüm Maqomayevə aid hər şey mənim üçün müqəddəsdir. Bu, o demək deyil ki, mən ikinci Maqomayev olmaq istəyirəm. Niyə? Çünki ikinci Maqomayev olmayacaq. Mən öz tariximi yazmaq, öz musiqimi yaratmaq istəyirəm. 

- Bakı, Azərbaycan, azərbaycanlı. Bu sözlər sizin üçün nə deməkdir?

- Azərbaycanla bağlı hər şey mənim üçün müqəddəsdir. Bu, mənim vətənimdir. Bakıya hər gəlişim uşaqlığıma ekskursiyadır. Mənzilimizin Moskvada yerləşməsinə baxmayaraq, Bakıda özümü evimdəki kimi hiss edirəm.

Mən Azərbaycanın hər guşəsini, Azərbaycan mətbəxini çox sevirəm. Bakı ilə bağlı hər şeyi sevirəm. Bir müddət öncə “MİR” telekanalında “Vo ves qolos” layihəsi keçirildi. 

Azərbaycana sevgimi Rusiya səhnəsində çıxış etmək istəyən azərbaycanlı uşaqları dəstəkləməklə göstərirəm. Tamaşaçını gözəl efir gözləyir. Bu, MDB ölkələrinin iştirakçıları arasında mahnı yarışı olacaq. Müsabiqənin nəticəsini açıqlamaq olmaz, amma o, Azərbaycan xalqını çox sevindirəcək.

Efir bu ilin oktyabrından keçirilməyə başlanılacaq. Çoxmilyonlu auditoriya Azərbaycan komandamızı görəcək. Bundan sonra azərbaycanlılar yeni gənc istedadları ilə fəxr edəcək. 

- Bakıda solo konsertin keçirilməsi və ya Rusiyada albomun buraxılmasına ümid etmək olar? Siz böyük rəqabət olan meqapolislərdə necə irəliləmək fikrindəsiniz? 

- Haqlısınız. Moskvada nəyəsə müvəffəq olmaq çox çətindir. Əlbəttə ki, burada çox şeyin pul üzərində qurulduğunun gizlətmək olmaz. Estrada, pop-sənayesi – hamısı bu gün biznesdir. Amma Rusiyada istedad və zəhmətsevərlik hələ də qiymətləndirilir.

Məhz bu səbəbdən mən canla-başla işləyirəm. Yeni mahnılar yazır, canlı konsertlər verirəm. 

Bakıda solo konsertə gəlincə isə, bu, hələ alınmır. Burada vəziyyət bir az üzücüdür. Rusiyanın müxtəlif şəhərlərindən və MDB ölkələrindən mənə dəvət gəlir, doğma Bakıdan isə heç vaxt dəvət almamışam. 

Mən Bakıdan dəvət gözləyirəm. Bakıdan gələn bütün dəvətlərə cavab verməyə hazıram. Hazırda albom üzərində işləyirəm və növbəti ildə Moskvada Kreml saray səhnəsində böyük konsertim planlaşdırılır. Bu, mənim üçün çox əlamətdar hadisə olacaq.

- Həyatda haqsızlıqla üzləşdiyiniz hadisə olub?

- Bəli, özü də bir neçə dəfə belə olub. Ancaq mən buna fəlsəfi yanaşıram. Belə olmalı idi. Təbii ki, öz mövqeyimi səsləndirirəm və onun üzərində dayanıram, ancaq hər şey dalana dirənəndə bununla barışıram. İnanıram ki, həmin dəqiqə olmasa da, nə vaxtsa haqq öz yerini tutacaq. 

- Azərbaycan şou-biznesi hansı səviyyədədir? Elnuru “O səs Türkiyə”, Vaqifi “Qolos” yarışmalarından sonra xatırladılar. Azərbaycanlı ifaçılara bu istedadını öz vətənində göstərməyə nə mane olur?

- Mən şəxsən tanıdığım azərbaycanlı ifaçıların adını deyə bilərəm. Zülfiyyə Xanbabayeva, Manana, Tünzalə Ağayeva, Çingiz Mustafayev, Azad Şabanov və daha başqaları... Mən bu insanlara çox hörmət edirəm. Hətta Rusiya səhnəsində həqiqi səsə sahib olan artist tapmaq çox çətindir. 

Təəssüf ki, Rusiya estradasından fərqli olaraq, Azərbaycan şou-biznesi “toyxana” biznesinə meyillidir. O, ancaq “toyxana” ətrafında fırlanır. Azərbaycanda belə bir tendensiya var ki, artistlər ancaq toylarda oxumaq üçün hazırlanır. 

Sizin sualınızın son hissəsinə cavab olaraq demək istəyirəm ki, xaricdə Bakıda tanınmayan çoxlu sayda azərbaycanlı ifaçı var. Bütün bunlar ona görə baş verir ki, Azərbaycanda yaxşı olmayan zövq tərbiyə edilir. 

- Sizin gitaranız – onun ən yaxşı dostunuz olması barədə danışa bilərsiniz?

- Gitara musiqiyə qədəm qoyduğum ilk gündən mənimlədir. Mən bu alətə vurulmuşam. 10 yaşım vardı. Valideynlərimdən doğum günümə gitara alınmasını xahiş etdim. Onlar istəyimi yerinə yetirdilər. Çox xoşbəxt idim. Gitara bu günə qədər mənim üçün bütün çətinliklərdən bir müalicə üsuludur. Bu, mənim yanımda olan dostumdur. Bütün mahnılarımı gitarada bəstələmişəm.

- Azərbaycanca danışırsınız? 

- Bəli, bu, doğma dilimdir. 

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri