Okt
2018
15:11
160
32
6489
Virtual karabakh

Paşinyanın vaxtı ötür, inqilab öz qəhrəmanlarını udur - MÜSAHİBƏ

4 Okt, 2018
15:11
6489

Paşinyanın vaxtı ötür, inqilab öz qəhrəmanlarını udur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış rusiyalı politoloq Yevgeni Mixaylov Oxu.Az-a müsahibə verib. 

- Daxili siyasi proseslər Ermənistanı silkələməkdə davam edir. Kimin yaxın illərdə respublikanı idarə etməsi isə böyük sualdır. Baş nazir Nikol Paşinyan “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin qovulması vəziyyətində istefaya getməyə hazır olduğunu açıqlayıb. Onun bu ilin dekabrında növbədənkənar parlament seçkilərini keçirmək təklifi Respublika Partiyası tərəfindən etirazla qarşılanıb. Onlar seçkilərin 2019-cu ilin mayında keçirilməsini tələb edirlər. 

Vəziyyətin necə inkişaf edəcəyini düşünürsünüz? Növbədənkənar parlament seçkilərindən sonra ölkəni kim idarə edəcək və bu seçkilər Paşinyanın planlaşdırdığı vaxtda keçiriləcək? Ermənistanı nə gözləyir – siyasi stabillik və ya gələcək mübarizə?

- Fikrimcə, hazırkı böhran onu göstərdi ki, Ermənistanda normal dövlət quruluşunun olmasına uzun müddət lazımdır. Keçmiş hakimiyyət ölkəni məxməri inqilaba gətirib-çıxardı və ölkə rəhbərliyinə populist insanlar gəldi ki, onlar da respublikanı necə idarə edəcəyini bilmirlər. Əvvəlki hakimiyyət özlərini Moskvaya xoş göstərərək, ölkədə stabilliyə nail olurdular. 

Paşinyanın hakimiyyətə gəlməsi xalqa ümid verdi ki, ölkədə hər şey yaxşı olacaq – korrupsionerləri həbs edəcək, onlardan pullar alınıb, xalqa paylanacaq və hər kəs xoşbəxt yaşayacaq. Ancaq bir müddət sonra reallıq göründü.

Qarabağ ətrafında gərgin vəziyyət, Azərbaycana müharibə elan edilməsi və s. Bundan başqa, yeni hökumət sələflərinin əldə etdiyi razılaşmalara əməl etmədi. Və bu, onsuz da pis olan həyat səviyyəsini daha da pisləşdirdi. 

Nikol Paşinyan idarəçiliyinin zəiflədiyini gördükdə manevr edərək, növbədənkənar seçkilər məsələsini gündəmə gətirdi. O ümid edir ki, yeni parlament onun tərəfində olacaq. 

Ancaq onun siyasi rəqibləri çox güclüdür. Paşinyan sabiq prezident Robert Koçaryanı və Serj Sarqsyan klanının üzvlərini həbsə atmağa çalışmaqla böyük səhvə yol verdi. Bu şəxslər isə birbaşa Rusiyanın regiondakı maraqlarını dəstəkləyir. 

Hesab edirəm ki, əgər nəsə qəfil dəyişməsə, Paşinyanın vaxtı ötür. İnqilab öz qəhrəmanlarını udur. Fikrimcə, Qarabağ klanının yenidən hakimiyyətə qayıtması tamamilə mümkündür, indiki siyasi şəraitdə bundan qorxmağa dəyməz, belə ki, Qarabağ məsələsinin həlli, prinsipcə, Moskvanın səlahiyyətindədir. Azərbaycanla stabil dostluq münasibətləri fonunda Rusiya münaqişənin nizamlanma prosesini hər iki tərəfi təmin edəcək formatda edəcək. 

- Son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşin intensivliyinin azalması müşahidə edilib. Bu, nəyə xidmət edir? Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazirin Düşənbədəki söhbətini nəzərə alaraq, bunu Qarabağ münaqişəsində irəliləyiş kimi qiymətləndirmək olar?

- Görünür, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşin intensivliyinin azalması Ermənistandakı növbədənkənar parlament seçkiləri və nazirlərin qovulması ilə bağlıdır. Yerevanın onsuz da problemləri çoxdur. Bununla yanaşı, Moskvanın mövqeyini də nəzərə almaq lazımdır.

- Demək olar ki, Yerevanla Moskva arasında gərginliyin pik nöqtəsi geridə qaldı? Vladimir Putinlə Nikol Paşinyan arasındakı görüş Kremlə Ermənistanın xarici siyasi kursunun hansı istiqamətə yönəldiyini müəyyən etməyə imkan verdi? Sentyabr-oktyabr aylarında Rusiya prezidentinin Yerevana səfəri gözlənilirdi. Səfər çərçivəsində Putin sabiq prezidentlər Serj Sarqsyan və Robert Koçaryanla görüşməli idi. Bu günlərdə isə Paşinyan bəyan etdi ki, Putinin Ermənistana səfəri 2019-cu ildə baş tuta bilər. 

- Xaricdən, əlbəttə ki, Moskvanın Yerevana qarşı siyasətini yumşaltdığını düşünmək olar. Ancaq başa düşmək lazımdır ki, Rusiya böyük qüvvədir və öz siyasi addımlarına nəzarət edə bilir. Putinə Ermənistanda xaos və vətəndaş müharibəsinin olması lazım deyil. Bu, vəziyyəti daha da pisləşdirəcək. Ən yaxşısı, hazırda hakimiyyətdə olan şəxslə danışıqlar aparmaqdır. Bu, vəziyyəti tamamilə nəzarətdən kənar saxlamaqdan yaxşıdır.

Q.D.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri