13 
Noy
2018
15:15
127
28
7180
Virtual karabakh

“Neftçi”nin hücumçusu: Milliyə düşməyimə ən çox sevinən qardaşım oldu

13 Noy, 2018
15:15
7180

“Neftçi”nin hücumçusu: Milliyə düşməyimə ən çox sevinən qardaşım oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun Oxu.Az saytına müsahibəsi

– İlk dəfə milliyə çağırıldınız. Bu barədə nə deyə bilərsiniz? Bu çağırışı gözləyirdinizmi?

– Buna çox sevindim. Hər bir futbolçunun arzusu millidə oynamaqdır. Milliyə çağırılacağımı gözləyirdim. Çünki əvvəl saytlar bu barədə yazırdı. Amma çağırılacağımı dəqiq bilmirdim. Dünən dəqiqləşdi.

– Azərbaycan Premyer Liqasında beş qol vurmusunuz. Əvvəlki oyunlardan öncə Qurban Qurbanovdan çağırış gözləyib, amma adınızın siyahıda olmamasına görə təəssüflənmisinizmi?

– Yox, buna təəssüflənməmişəm. Əksinə, bu mənə hər dəfə böyük motivasiya olub. Çalışmışam ki, oyunumu yaxşılaşdırıb milliyə düşüm.

– Millidə ilk oyununuz Farer Adalarına qarşı ola bilər. Bu oyunla bağlı düşüncələriniz necədir?

– Turnir cədvəli baxımından qələbə bizə lazımdır. Komandamızın qələbə qazanacaq gücdə olduğunu düşünürəm. İnşallah, qələbə qazanarıq.

– Farer Adaları ilə heç-heçə artıq Kosovo ilə matçı əhəmiyyətsizə çevirə bilər...

– Malta – Kosovo oyunundan da çox şey asılı olacaq. Heç nəyi bilmək olmaz. Əsas odur ki, biz öz oyunlarımıza köklənə bilək.

– Qardaşınız Mirsahib Abbasovun milliyə düşməsi üçün nə etməsi lazımdır?

– Milliyə düşməyimə ən çox sevinən elə o oldu. Bu, onun üçün də motivasiya olacaq. Yığmaya düşməsi üçün ilk növbədə oynadığı “Zirə”də əsas heyətə düşməyi bacarmalıdır. Belə olarsa, milli məşqçilərinin diqqətini cəlb edə biləcək. İnanıram ki, o da nə vaxtsa millidən dəvət alacaq.

– Bombardirlər cədvəlində komanda yoldaşınız Baqaliy Dabodan bir qol az vurub ikinci yerdəsiniz. Cari mövsüm ən çox qol vuran futbolçu kimi tarixə düşmək istəyirsiniz?

– Hər oyuna çıxanda bir hücumçu kimi qol vurmaq istəyirəm. Amma həmişə dediyim kimi, əsas məsələ komandanın qol vurmasıdır. Mənim qol vurmağım elə də vacib deyil. Qol vursam, daha yaxşı olar.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri