20 
Noy
2018
14:11
303
132
20865
Virtual karabakh

Elməddin Cəfərov: Oğlumun aktyor yox, siyasətçi olmasını istəyirəm

20 Noy, 2018
14:11
20865

Elməddin Cəfərov: Oğlumun aktyor yox, siyasətçi olmasını istəyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Elməddin Cəfərovun Oxu.Az-a müsahibəsi:

– “Bacanaqlar” serialı Azərbaycanın ən uzunömürlü ekran işidir. Tamaşaçılarınızı indi hansı yeniliklər gözləyir?

– Mövsümdə iki dəfə yeni obrazlar daxil edirik. Yeni ildən də tamaşaçılarımız serialımda yeni obrazlar görəcəklər.

– İllərdir serial yayımlanır, ancaq reytinqində dəyişiklik olmur. Bunun sirri nədədir?

– Reytinq öz günündə liderdir, hətta elə məqamlar olub ki, həftənin və ayın lideri olub. Baxılır və bu da bizi sevindirir. Uğurumuz isə mehribançılıqdır. Kollektivimizdə ailə ortamı var. İşə tək işimiz kimi yox, evimiz kimi yanaşırıq. Sirri buradadır.

– Bu gün oğlunuz Nihat da yanınızdadır. İllər öncə sizinlə elə “Bacanaqlar”da rol alırdı. Yenidən onu ekran işinə qaytarmaq fikriniz var?

– Oğlumun aktyor olmasını istəmirəm. Başqa sahəyə hazırlaşır. 10-cu sinifdə oxuyur, inşallah, universitetə qəbul olmaq qismət olar.

– Hansı sahə üzrə ixtisaslaşmağını istəyirsiniz?

– İstəyirəm ki, oğlum diplomat olsun. İngilis dilini əla bilir. Digər fənlərdən də qiymətləri yaxşıdır.

– Oğlunuzu siyasətə siz yönləndirmisiniz, ya öz seçimidir?

– İlk başda mən yönləndirdim, indi isə özü həvəslə çalışır.

– Hər zaman simalarda gülüş yaradırsınız, bəs evdə necə, zəhmlisiniz?

– Yox, sərt deyiləm. Oğlumla dostam. Əgər övladlarım mənə lazım olan hörməti qoyursa, niyə sərt olmalıyam? Aramızdakı pərdəni saxlayırıq. Çalışıram ki, onlara dost münasibəti bəsləyib, problemlərini dinləyim və həll yolu tapım. Digər valideynlərə də belə olmağı məsləhət görürəm. Əgər övladınız sizə sırf valideyn kimi yox, dost kimi yanaşsa, o zaman digər yarana biləcək problemlərin də qarşısını ala bilərsiniz.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri