20 
Dek
2018
14:12
17
247
9019
Virtual karabakh

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxır – Kiyevdən RƏY

20 Dek, 2018
14:12
9019

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxır – Kiyevdən RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrin Ukrayna seqmentində bir məsələ qızğın müzakirələrə səbəb olub (bu müzakirələr hələ də davam edir). Rezonansa BMT Baş Assambleyasının Krım və Sevastopolun, xüsusilə Qara dəniz və Azov dənizinin bir hissəsinin militarizasiyası haqqında qətnamə səbəb olub.

Oxu.Az xəbər verir ki, Ukraynanın təqdim etdiyi sənəd, onlarla üzv dövlət tərəfindən dəstəklənərək, qəbul olunub. 

Qətnamənin lehinə 66, əleyhinə 19 dövlət səs verib, 72 ölkə bitərəf qalmağa üstünlük verib.

Ukraynalıları qıcıqlandıran Ermənistanın mövqeyi olub. Belə ki, “məxməri inqilabdan” sonra Ukraynada çoxları “qərbyönümlü Nikol Paşinyanın” öz “silahdaşlarını” dəstəkləyəcəyini güman edirdi. Ancaq bu baş vermədi. Ukrayna qətnaməsinin əleyhinə səsverənlər arasında Ermənistan da yer alırdı. Gürcüstan lehinə səs verib, Azərbaycan isə bitərəf qalıb.

Ukraynanın əksər siyasətçiləri, ictimai xadimləri öz hiddətlərini “bəlağətli ifadələrlə” çatdırıb. Məsələn, tanınmış jurnalist Ayder Mujdabayev öz bloqunda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın ünvanında təhqirlər yağdırmaqdan çəkinməyib.

Oxu.Az-la söhbətində ukraynalı politoloq Nataliya Belous Ukrayna ictimaiyyətinin belə reaksiyasının anlaşılan olduğunu bildirib.

“Həqiqətən, çoxları Ermənistanda baş verən “məxməri inqilabdan” sonra Yerevanın beynəlxalq strukturlardan əvvəlki hakimiyyətdən fərqli şəkildə səs verməyə başlayacağını gözləyirdi.  Ancaq belə gümanda deyildim. İndi də belə düşünmürəm. İstənilən dövlətin ərazi bütövlüyü məsələsində, Ermənistan prinsipial mövqe tutacaq – Yerevan hər zaman əleyhinə səs verəcək.

Təsadüfi deyil ki, Ermənistan gürcüstanlı qaçqınların Abxaziyaya qaytarılmasına qarşı çıxmış və Krımın Rusiyaya ilhaq edilməsini dəstəkləmişdi. Ona görə də, Yerevanın bu məsələlərdə birdən-birə mövqeyini dəyişəcəyini sananlar yanılırdılar”.

N.Belousun sözlərinə görə, ümumilikdə beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan, Ukrayna və Rusiya arasında münasibətlərə aydınlıq gətirməkdən cana gəlib.

“Qərb tərəfdaşlarının mövqeyi ilə bağlı da məyusluq ifadə etmək olar, çünki görünən odur ki, heç kim Rusiya ilə münaqişə etmək istəmir. RF-yə qarşı tətbiq olunan və ya vaxtı uzadılan sanksiyalar isə hər hansı əhəmiyyət kəsb etmir”.

N.Belous qeyd edir ki, təcavüz qurbanına çevrilmiş ölkələr çox vaxt beynəlxalq arenada təkbaşına qalır.

“Halbuki onlar problemləri həll etməyə borcludurlar. Məsələn, maraqlar əsasında yeni ittifaqlar yaratmaqla. Burada yalnız bir maraq olmalıdır - ərazi bütövlüyünün qorunması. Çünki indiki şəraitdə nə BMT, nə GUAM, nə MDB, nə də digər beynəlxalq təşkilat insanları öz evlərinə qaytarmağa qadir deyil.”

Ermənistana qayıdaq. Həmsöhbətimiz onun tam asılı dövlət hesab edir.

“Məxməri inqilabdan sonra hər hansı “möcüzəyə” inanmaq lazım deyildi. Ermənistan təcavüzkardır və təhlükəsizlik məsələlərində hələ da Moskvadan asılı vəziyyətdədir. Ona görə də BMT səsverməsində başqa nəticəni gözləmək, sadəcə, sadəlövhlük olardı. Bir daha qeyd edirəm ki, bunun əksini düşünənlər yanılırdı. Ermənistan başqa dövlətin ərazilərini zəbt etmiş ölkədir. O, Ukrayna qətnamələrinin əleyhinə səs verməyə bilməzdi”.

Nair Əliyev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri