21 
Dek
2018
12:31
158
43
6684
Virtual karabakh

Qurban Qurbanov: Almeydanı azərbaycanlı hesab edirik

21 Dek, 2018
12:31
6684

Qurban Qurbanov: Almeydanı azərbaycanlı hesab edirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Keşlə” – “Qarabağ” (1:1) matçından sonra təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

– Çətin oldu. Kubok oyunu fərqlənir. Futbolçuların motivasiyası tam başqa olur. Bir komandanı keçib, yarımfinala düşmək komandanı stimullaşdırır. Futbolçulara təşəkkür edirəm ki, çətin oyunların öhdəsindən gəldilər. İlk hissədə çoxlu top itkilərimiz oldu. Fasilədən sonra futbolçular meydanda daha düzgün yerləşdi.

Hiss olunur ki, Tərlan Əhmədov yaxşı sistem qurub. Bir neçə oyun beşli müdafiədə oynasalar da, sonradan dörd müdafiəçi ilə çıxış etməyə başladılar. “Keşlə”yə də uğur arzulayıram. İstirahət etməyə vaxtımız azdır. Futbolçular fürsətdən istifadə etməlidir. Yanvarın 6-da yığışıb, hazırlığa başlayacağıq.

– Komandadan gedənlər olacaqmı?

– Açığı, hələlik bu barədə məlumat verə bilməyəcəyəm. Hər bir futbolçunun müqaviləsi var. Bəzi oyunçular daha çox oynamaq istəyirlər. Qışdan sonra oyun sayı da azalacaq. Ola bilər ki, hansısa futbolçu özü yaxınlaşıb getmək istədiyini desin. Bütün danışıqlar Antalyada başlayacaq.

– Riçard Almeydanın qayıdışı məsələsi gündəmdədir?

– Hər hansı danışıq olmayıb.

– Onu yenidən komandanızda görmək istərdiniz?

– Riçard gedəndə ona demişdik ki, qapılar həmişə üzünə açıqdır. Onu azərbaycanlı hesab edirik, vətəndaşlığı da var.

– Oyunun sonlarında İnqilab Məmmədovla nəsə müzakirə edirdiniz...

– Etiraz bildirmədim. İnqilab hörmət etdiyim hakimlərdəndir. Az vaxtda inkişaf etdi. Bir az fikirlərim oldu. Həddən artıq sarı vərəqə göstərdi. Bəlkə də, mövsümdə rekord oldu ki, bir komanda bu qədər vərəqə görsün.

“Sabah”la matçda da çox olmuşdu. Onda da İnqilab idi hakim. Qərarlar gözlənilməz oldu. Gülə-gülə fikirlərimi bildirdim. Yakub Jezniçakın epizodlarının heç birində “sarı” görmədim. Diqqətli olmaq lazımdır ki, səhvə görə hansısa komanda əziyyət çəkməsin. Bu, “Qarabağ”a da, “Keşlə”yə də, digərlərinə də aiddir.

– 2018-ci il sizin üçün dolu keçdi. Millidə işlədiniz, komanda çempion oldu və s. Bu ili on ballıq şkala ilə özünüz üçün neçə balla qiymətləndirə bilərsiniz?

– Siz neçə bal versəniz, o qədər (gülür). Nəsə demək düzgün olmaz. Çox çətindir. Komandada dəyişikliklər çox oldu. Belə olan halda istədiyini düzəltmək çətin olur. Ələlxüsus da qrafik ağır olanda. Etirazlar olur ki, bəzi futbolçuları buraxmamaq lazım idi. Biz heç kimi göndərmək istəmirik. Hər birinə də yeni, yaxşı müqavilə təklifləri etmişdik. Amma Çempionlar Liqasında oynayan oyunçulara ciddi təkliflər olur.

Biz də büdcəmizə uyğun davranmalıyıq. Hər halda, təkliflər əvvəlkilərdən yüksək olurdu. Bu baxımdan çətin oldu. Amma biz komanda olaraq ayaq üstə dayana bilirik. Uğursuzluq olduğu ona görə deyilir ki, keçən il ÇL-də çıxış etmişdik, bu il AL-də oynadıq. Amma ardıcıl beşinci il qrupda çıxış etdik. Bunu uğur saya bilərəm.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri