Yan
2019
11:21
23
129
8988
Virtual karabakh

Avropa, böhran və Azərbaycan – MÜSAHİBƏ

5 Yan, 2019
11:21
8988

Avropa, böhran və Azərbaycan – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin gəlişi ilə avropalı siyasətçilər arasında Avropada növbəti böhranın yaşanacağı ilə bağlı söz-söhbətlər daha aktiv xarakter alıb. Artıq mart ayında Böyük Britaniya tamamilə Avropa İttifaqından ayrıla bilər. Digər tərəfdən İtaliyada baş verən iqtisadi böhran, Fransadakı etiraz dalğası, Avrozonanın  sabitliyinə ciddi təhdid ola bilər.

Bu yaxınlarda Almaniyanın vitse-kansleri və keçmiş xarici işlər naziri Yoşka Fişerin yazdığına görə,  Avropaya risk yaradan böhranlar bundan sonra mütəmadi olaraq baş verəcək. 

“Ən yaxşı halda 209-cu il müdafiə məqsədli manevr ili olacaq, Avropa yenilənmə ili yox”, - alman dövlət məmuru bildirib.

Bu arada Avropa İnteqrasiyası Problemləri Mərkəzinin direktoru (Minsk), politoloq Yuriy Şevtsov Oxu.Az-la söhbətində, 2019-cu ildə Avropa İttifaqının Avrozona ölkələrindən ibarət güclü nüvəsinin formalaşdırılmasının və formalaşdırma cəhdlərinin şahidi olacağımızı bildirib.

“İlk dəfədir ki, söhbət Avrozonanın real büdcəsinin qəbulunundan və digər zəruri institutların qurulmasından gedir. Böyük Britaniyanın İttifaqdan çıxması və KİV-də barəsində eşitdiyimiz böhran fonundan Avropa İttifaqının daxilində  qurumun idarəedici nüvəsinin yaradılması prosesi gedir”, - deyə Şevtsov bildirib.

Şevtsovun sözlərinə görə, yuxarıda qeyd olunan məqam, 2019-cu ildə Avropa İttifaqında baş verəcək ən maraqlı hadisə olacaq.

- Sizcə Avropa İttifaqı bundan sonra da post-sovet ölkələri üçün “cəzbedici mərkəz” olaraq qalacaq?

- Bəli, əlbəttə ki. Bu Ukraynanın timsalında özünü daha aydın şəkildə büruzə verir. Ona görə ki, mövcud avrointeqrasiya modelinin böhrana uğrayacağı hələ o vaxt bilinsə də (qaldı ki, indi) Avromaydan aksiyaları Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı şüarlar altında davam edirdi. Bununla belə, Avropa hələ də post-sovet ölkələri üçün cəlbedicidir.

- Avropa post-sovet ölkələrinə o cümlədən Azərbaycana “öz qoynunu açmağa” hazırdır?

- Ciddi danışsaq, xeyr, hazır deyil. Avropa İttifaqı genişlənmənin təhlükəsini dərk edir. Lakin Avropanın artıq “yumşaq qüvvə” modeli kifayət qədər püxtələşib və ondan effektiv şəkildə istifadə olunur. Avropa İttifaqı tədricən öz ətrafında müxtəlif ölkələrdən ibarət “pozitiv kəmər” qurur. Ona görə də Brüssel bütün avropayönümlü tendensiyaları dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Yenə də bunu Ukrayna nümunəsində görürük.

- Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdə  bu layihədə iştirakın məqsədyönlü olub-olmadığı  ilə bağlı aktiv müzakirələr gedir...

- Mənə elə gəlir ki, “Şərq tərəfdaşlığını” bir əsatirə çeviriblər. Bu layihəni əvvəlcədən İsveç və Polşa təşviq edib. Proqram bir növ Avrasiya inteqrasiyası kimi qələmə verilib. Əslində bu layihədə əvvəllər böyük pullar olmayıb. Bu isə sadəcə ritorika anlamına gəlir, halbuki bəzi ölkələr üçün bu da vacibdir.

“Şərq tərəfdaşlığının” real faydalarına gəlincə, bu “Şərq Tərəfdaşlığına” daxil olan altı post-sovet ölkələri və Brüsseldə oturan Avropa bürokratiyası arasında birbaşa dialoq meydanının yaranmasıdır.

Bəzi ölkələr üçün, ilk növbədə Belarus üçün Şərq Tərəfdaşlığı çox rahat diplomatik meydana çevrilib.  Digər ölkələr, xüsusilə Moldova, Gürcüstan və müəyyən dərəcədə Azərbaycana bu meydan elə də gərəkli deyil.

- Sözünüzdən elə çıxır ki, ölkələr “Şərq Tərəfdaşlığı”dan çıxacağı təqdirdə bu Avropa İttifaqına hər hansı təsir göstərməyəcək?

- Bəli demək olar ki, heç bir təsir göstərməyəcək. Halbuki müxtəlif ölkələr üçün müxtəlifdir. Tutalım Belarus; “Şərq Tərəfdaşlığı” proqramın rəsmi Minskin Avropa İttifaqı ilə birgə iştirak etdiyi yeganə proqramdır. Ancaq misal üçün Azərbaycanın  “Şərq Tərəfdaşlığı”ndan savayı Avropa İttifaqı ilə başqa əməkdaşlıq kanalları da mövcuddur.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri