19 
Mar
2019
10:42
350
38
10221
Virtual karabakh

Polkovnik: Erməni tərəfi Azərbaycanın zərbəsinə tab gətirə bilməz

19 Mar, 2019
10:42
10221

Polkovnik: Erməni tərəfi Azərbaycanın zərbəsinə tab gətirə bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Bakı və Yerevan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında mümkün görüşə hazırlaşır.

Bunun Əliyev-Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ilk rəsmi səviyyəli görüş olacağından, danışıqlar prosesinin irəliləyəcəyinə müəyyən ümidlər var .

Habelə, digər yandan, N.Paşinyan ümumiyyətlə aydın olmayan addımlar atır ki, bu da onun  böyük ehtimalla 2016-cı il aprel hadisələrindən düzgün nəticə çıxardığını deməyə əsas verir.

Azərbaycan Silahlı Qüvvələri polkovniki, hərbi ekspert Şair Ramaldanov Oxu.Az-a verdiyi müsahibədə, Azərbaycan ordusunun döyüşə hazırlıq  səviyyəsi və potensial hərbi əməliyyatlar haqda danışıb.


Polkovnik Ramaldanov

- Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş gözlənilir. Danışıqlar prosesi uğurla nəticələnməsə, Azərbaycan məsələni hərbi yolla çözə bilər?

- Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağ münaqişəsi dinc yolla həllini tapmasa, Azərbaycanın istənilən, o cümlədən hərbi yolla məsələni həll etməyə haqqı var. Ona görə bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində görülən bütün işlər bizim ordunun hərbi hazırlıq səviyyəsini artırmaq və işğal altında olan torpaqlarımızın qəsbkarlardan azad edilməsi üçün anti-terror əməliyyatının keçirilməsi ilə bağlı Ali Baş Komandanın hər an verə biləcəyi - əsas döyüş tapşırığını yerinə yetirmək məqsədi daşıyır.

Azərbaycan ən yeni hərbi texnikalar alır, Azərbaycan Silahlı Qüvvələri vaxtaşırı hərbi təlimlər keçirir, silahlar mükəmməlləşdirilir, hərbi hazırlıq üzrə taktiki-əməli tapşırıqlar təkmilləşdirilir.

- Azərbaycan ordusunun hərbi hazırlıq səviyyəsini necə qiymətləndirərdiniz?

- Hazırda Azərbaycanın yarımpeşəkar ordusu var.  Demək istədiyim odur ki, əvvəllər serjantların və sıravi əsgərlərin tutduğu bütün əsas mövqelərdə bu gün müqavilə əsasında xidmət göstərən müddətdən artıq hərbi qulluqçular yer alır.  Belə hərbçilər arasında seçimlər son dərəcə diqqətlə aparılır.

Son zamanlar müqavilə bağlamaq arzulayanların sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da bizə daha diqqətli seçimlər keçirməyə imkan verir. Bu mütəxəssislər müvafiq kurslardan keçir və yalnız imtahanda uğurlu nəticə göstərən namizədlər sertifikat alır, onunla müqavilə bağlanır  və onlar Azərbaycan Silahlı Qüvvələrində xidməti davam etdirirlər.

Son hərbi paradlarda Azərbaycan ordusunun nə cür texnikalara malik olduğunu gördük. Bu ələlxüsus Ermənistanda böyük rezonans doğurdu. 

Ermənistan hər zaman narahatdır, görən, Azərbaycanın hansı silahları var. Azərbaycan ildə bir neçə dəfə irimiqyaslı hərbi təlimlər keçirir. Belə təlimlərdə iştirak edən şəxsi heyətin sayı 20-24 min nəfərə çatır. 

Son təlimlərdə 10 min hərbi qulluqçu, 500 tank, 300 artilleriya və raket qurğusu, 20 təyyarə iştirak edib. 

Yəni Azərbaycan  işğal altında olan torpaqların azad edilməsinə hazırlaşır və bu tapşırığı yerinə yetirməyə hazırdır.

Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev ölkənin Silahlı Qüvvələrinə böyük diqqət ayırır. Prezident hərbi təlimləri dəfələrlə izləyib. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan və Ermənistan orduları təkbətək qalsa, Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənin işğalçı birləşmələrini məhv etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

- Azərbaycan çox silah alır. Bizim ordunun qüdrətini necə qiymətləndirərdiz?

- Son məlumatlara görə,  ən nüfuzlu beynəlxalq təşkilatlar dünyanın ən güclü orduları sırasında Azərbaycanı 53-cü yerdə göstərir. Həmin reytinqdə 130 ölkənin hərbi göstəriciləri 50 parametr əsasında müqayisə olunub. Başqa cür desək, Azərbaycan ən qüdrətli ordusu olan 53 ölkədən biridir.

Azərbaycan Türkiyə və Gürcüstanda beynəlxalq hərbi təlimlərdə iştirak edir. Bizim hərbçilər beynəlxalq turnirlərdə yaxşı nəticələr göstərir. Məsələn, Türkiyədə keçirilən son yarışların birində bizim xüsusi təyinatlılar birinci yeri tutub.  Bütün bunları ona görə deyirəm ki, bu gün Azərbaycan silahlı qüvvələri kəmiyyət və keyfiyyət baxımından qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir.

Analitiklərin, xüsusilə rusiyalı hərbi ekspertlərin son çıxışlarına diqqət yetirsək, onlar Azərbaycan ordusunu yüksək qiymətləndirir və erməni tərəfini danışıqlar masası arxasına əyləşməyə səsləyirlər, çünki erməni tərəfi Azərbaycan Respublikasının zərbəsi və bu gün malik olduğu gücə qarşılıq vermək iqtidarında deyil.

Ona görə ki, Ermənistan Azərbaycan Respublikası ordusunun bu gün sahib olduğu qüdrət qarşısında tab gətirməyə qadir deyil. Ona görə bunu əminliklə demək olar ki, Azərbaycan ordusu işğal altında olan torpaqların azad edilməsi üçün genişmiqyaslı əməliyyat aparmağa tam hazırdır. Bunun üçün lazım olan bütün işlər görülüb və görülür.

Nazirlər Kabinetinin sonuncu iclasında etdiyi çıxışda prezident İlham Əliyev, ölkənin yeni texnikalar almağa və Silahlı qüvvələri ən müasir silahlarla təchiz etməyə davam edəcəyini bəyan edib.

Bu gün Azərbaycanın hərbi sənayesi də ildırımsürətli şəkildə inkişaf edir. Silahların əksər komponentləri yerli hərbi sənaye komplekslərində istehsal olunur.  

Bəli ağır texnikada alınır, bundan başqa  pilotsuz uçan aparatların o cümlədən, zərbəçi dronların  yaradılması ilə bağlı geniş proqram ərsəyə gətirilib. Ermənistan danışıqlar masasına əyləşməsə, konstruktiv mövqe tutmasa, günü sabah Ali Baş Komandan əmrini verəcək və Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri