19 
Mar
2019
15:25
354
125
3468
Virtual karabakh

Politoloq: Heç kim və heç nə Bakını mövqeyini dəyişməyə məcbur edə bilməz

19 Mar, 2019
15:25
3468

Politoloq: Heç kim və heç nə Bakını mövqeyini dəyişməyə məcbur edə bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın mümkün görüşü bir sıra suallara və mübahisələrə yol açır. Əsas sual  - dövlət başçıları arasında hansı tezislərin müzakirə olunacağıdır.

Nikol Paşinyanın danışıqlar formatını dəyişdirmək arzusu puç olub. Üstəlik belə bir formatda danışıqlara nə ATƏT Minsk qrupu həmsədrləri, nə də Azərbaycan tərəfi razı idi. Danışıqlar ətrafında hansı proseslərin getdiyi, Ermənistan tərəfinin formatı dəyişmək arzusu və ABŞ-ın bu prosesdə  oynadığı rol haqda Oxu.Az-a verdiyi müsahibədə Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun  baş eksperti Aleksey Sinitsın  danışıb.

- Sizcə niyə ilin əvvəlindən etibarən  ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin siyasi xadimləri  və ictimaiyyətinin, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini, o cümlədən Azərbaycan-Ermənistan dövlət başçılarının görüşünün təşkilini  əhəmiyyətli dərəcədə aktivləşdirməyə qərar verdi? Bunun regional və beynəlxalq KİV-də geniş işıqlandırılan “Bolton planı” ilə əlaqəsi var?

- Hesab edirəm ki, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət beynəlxalq ictimaiyyət üçün qeyri-məqbul hal alıb. Özünüz qərar verin, Dağlıq Qarabağ hüdudları kənarında işğal olunmuş torpaqlar (7634 km2)  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən (4400 km2) daha böyükdür.  Bircə bu fakt Azərbaycanın günü-gündən artan hərbi qüdrəti və siyasi əlaqələrini genişləndirməsi fonunda absurd görünür. Üstəlik indi regionda elə bir vəziyyət yaranıb ki, xırda qığılcım “partlayışa” səbəb ola bilər.

Ancaq nədənsə “təhlükəsizlik kəməri”, “təhlükəsiz zona”, “bufer zonası”  terminləri erməni siyasətçilərin leksikonundan çıxıb. İndi onların dilindən  “vahid və bölünməz Arsax”, “Ermənistan prezidenti onun bir qarışını belə geri qaytarmayacaq” kimi ifadələr düşmür. Yerevanın bu absurd mövqeyini öz vaxtında  keçmiş ABŞ dövlət katibi Reks Tillerson da dəstəkləyirdi.

Görünür Tillerson  məhz Konqresin təzyiqi altında, “Qarabağ” probleminin mərhələli şəkildə nizamlanması ilə bağlı öz təsəvvürlərini ictimailəşdirmişdi. Onun təsəvvüründə, “İlkin  mərhələdə “atəşkəs rejimini pozanların müəyyən edilməsi ilə bağlı müşahidə mexanizmlərinin qurulması nəzərdə tutulurdu. 

Qarabağın status-kvosunun konservasiyası ilə bağlı bu proqram “etibar tədbirləri” deyə abstrakt adını qazanıb. Məhz sadalananlar “ilkin şərtlərin” özəyini təşkil edirdi. Yerevan onlar gerçəkləşdirilməyincə, faktiki olaraq real danışıqlar prosesini bərpa etməkdən imtina edirdi.

İndi isə ABŞ-ın xarici siyasəti ilə başqa adamlar məşğul olur. Prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri - Con Bolton böyük ehtimalla Qarabağ prosesinin nizamlanması prosesinin daşa dirəndiyini  anlayıb. 

Onun fikrinə görə, erməni qoşunları  Dağlıq Qarabağ ətrafı yeddi Azərbaycan rayonundan altısından çıxarılmalıdır. Laçın Ermənistan və Dağlıq Qarabağ arasında quru dəhlizin yaradılması üçün erməni qoşunların nəzarətində qalmalıdır.

Münaqişənin uzunmüddətli nizamlanması üçün həmçinin bütün məcburi köçkünlərin öz daimi yaşayır yerlərinə qaytarılmaları təklif olunur.

- Bu təkliflər məlum Minsk prinsiplərinin konteksti ilə ziddiyyət təşkil etmir. Belə götürəndə, onları Rusiya da dəstəkləyir. Bəs Ermənistanda bu təkliflər necə qarşılandı?

- Rusiyanın da bu layihəni dəstəklədiyini  “Renessans Moskva Monarx Sentr” hotelinin Andreyevsk zalında “Lazaryov klubunun” ikinci toplantısının keçirilməsi  faktına görə demək olar. Toplantıda Rusiyanın erməni diasporu və Rusiyanın rəsmi nümayəndələri iştirak edib. Orada söhbət işğal altında olan ərazilərin boşaldılmasının vacibliyindən gedirdi.

Ancaq erməni KİV-də bu Rusiya aksiyası qıcıq doğurdu, hətta deyərdim hiddətlə qarşılandı. ATƏT həmsədrlərinin mövqeyi ilə üst-üstə düşən, real və xəyali “Bolton planına” qarşı çıxmağa Yerevanın cürəti çatmırdı. Bununla belə Paşinyan dərhal öz köhnə mövqeyinə qayıtdı, Qarabağ ermənilərinin Ermənistan parlament seçkilərində iştirak etmədiyi xatırladaraq, onları təmsil edə bilməyəcəyini bəyan etdi.

Bunun üçün heç kimin tanımadığı “respublikanın paytaxtında” “Ermənistan Təhlükəsizlik  və Qarabağ təhlükəsizlik şuralarının birgə toplantısı” adı altında şou keçirildi. Toplantıda Paşinyan sakramental bəyanatını səsləndirdi:

“Ermənistan baş naziri Qarabağ xalqını təmsil etmək hüququ olan şəxslərin dairəsinə daxil deyil. Bu kapriz, ilkin şərt məsələsi deyil, bir legitimlik məsələsidir. Müasir münasibətlərdə legitimlik təkcə daxili siyasi yox, eyni zamanda dövlətlərarası və beynəlxalq münasibətlərdə əsas faktordur”.

-  Paşinyanın Xankəndidə verdiyi bəyanatı hüquqi nəzərdən necə qiymətləndirirsiniz.  Ümumiyyətlə danışıqlar formatında fərz olunan dəyişiklikləri beynəlxalq hüquq aspektində nə cür qiymətləndirmək olar?

- ATƏT-in hazırki sədri Miroslav Layçak Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatında mümkün dəyişikliklərin  gerçəkləşdirilməsinin  yalnız tərəflərin razılığı ilə  mümkün olduğunu bildirib. Bakı danışıqlar masasında Qarabağ separatçılarını görmək istəmirsə, dünyada heç kim və heç nə onu bu mövqeyindən daşınmağa vadar edə bilməz.  Bu mövqe tam olaraq beynəlxalq hüquqa uyğundur. Üstəlik heç kimin ATƏT Minsk Qrupu formatının dəyişdirilməsini tələb etməyə ixtiyarı yoxdur, qaldı ki, ermənistanlı separatçıların.

Paşinyan isə, istəmək nədir, Qarabağ ermənilərini danışıqlar prosesində  təmsil etməyə borcludur. Məlum olduğu kimi heç Ermənistan özü də, işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki psevdo-dövlət quruluşunun “müstəqilliyini” tanımayıb. “Təhlükəsizlik şuralarının toplantısında” erməni baş nazir deyib:

“Ermənistan Respublikası DQR-in qarantı olub, qarantıdır və bundan sonra da qarantı olacaq. Hər hansı şübhə qalmasın deyə, bunu qeyd etməyi özümə vacib bildim”.

Onun sözündən elə çıxır ki, Ermənistan Qarabağ ermənilərinin “Təhlükəsizlik qarantıdırsa, onun ordusu Qarabağda yerləşirsə, o zaman onların maraqlarını yalnız Ermənistan lideri təmsil edə bilər. Dırnaqarası “DQR” siyasi subyektliyə malik deyil.  Belə ki, bu gün məhz Ermənistan dövləti - erməni işğalı altında olan zonada hakimiyyətin institutlaşdırılmış təcəssümü kimi – Qarabağ erməni icmasında əsas nizamlayıcı rol oynayır.

Ona görə də Nikol Paşinyanın Azərbaycan tərəfi ilə danışıqlarda iştirakı üçün Qarabağ separatçılarının mandatını almadığı kimi cəfəng və absurd söz-söhbətlər, danışıqlar prosesini mahiyyətini korlamaq və ya ümumiyyətlə onları alt-üst etmək məqsədi güdən taktiki hiylələrdir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri