Apr
2019
19:00
30
93
4347
Virtual karabakh

Politoloq: Zelenski faktorundan bir çoxları yararlanmağa çalışır

1 Apr, 2019
19:00
4347

Politoloq: Zelenski faktorundan bir çoxları yararlanmağa çalışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 31-i ukraynalıların həyatında çox vacib bir gün oldu. Belə ki, həmin gün dövlətin siyasi taleyi və qarşıdakı beş il ərzində ölkəni kimin idarə edəcəyi müəyyənləşdi. Pyotr Ukraynanın ilk “postmaydan” prezidenti olub. Onun idarəçiliyinin nə dərəcədə uğurlu olub-olmadığı da elə seçki günü aydınlaşdı. Son ictimai sorğular göstərir ki, Ukrayna xalqının sevimlisi “Xalqın qulu” filmindəki rolu ilə məşhurlaşan aktyor Vladimir Zelenskidir.

Ukraynalı politoloq Aleksey Poltorakov Oxu.Az-a müsahibəsində Ukraynada gedən proseslər və namizədlərin prezident olmağa şansları barədə danışıb.

- Ukraynada prezident seçkiləri keçirildi. Ümumiyyətlə, ölkədə seçkiqabağı vəziyyət necə idi?

- Seçkiqabağı vəziyyəti bu terminlərlə xarakterizə etmək olar: həddən çox namizəd, mediaməkanın izafi şəkildə siyasiləşdirilməsi, çox rəngarəng ideya palitrası. “Sükut günü” haqqında qanunun olmasına rəğmən, Ukraynada elektoral kampaniyanın ilk mərhələsi (ikinci tur ehtimalının son dərəcə yüksək olması nəzərə alınsa) bayağı populizmin “sosial populizm” və “milli populizm” növlərinin rəqabəti formatında keçir. Liderlərin beşliyinə məhz onlardan daha effektiv istifadə etmiş namizədlər daxil olub.

Təəssüflərolsun ki, belə populizmlərin elektoral müharibəsinə istər-istəməz kifayət qədər neytral olan ciddi sosioloji strukturlar da cəlb olundu. Beləcə, “psevdo-sosioloqlar” adlandırılan kəslərə qarşı mübarizə getdikcə rəngarəng şəkil alır. İş ona gətirib ki, seçkiqabağı situasiya “sosiologiya müharibəsi” ilə tamamlanıb və kəskinləşib. Bu vəziyyət onsuz da hələ öz seçimlərini qətiləşdirməmiş seçicilərin qeyri-müəyyənliyini və çaşqınlığını daha da artırmış olub.

- Bütün sosioloji sorğulara görə, aktyor Vladimir Zelenski öz rəqiblərini üstələyib. Onun Ukrayna prezidenti olmaq şansları nə dərəcədə yüksəkdir? Ukrayna xalqı ona nə kimi ümidlər bəsləyir?

- Sosioloji məsələlərə olduqca ciddi və peşəkarcasına yanaşsaq, bilməyik ki, elektoral reallıqların anlaşılması üçün cari reytinqlərin ümumi toplam göstəriciləri ən vacib aspekt deyil. “Kəsimlər” (coğrafiya, yaş, status və respondentlərin buna bənzər digər xüsusiyyətlərinə görə)  xüsusilə uzunmüddətli (ən azı aylıq) dinamikalı kəsimlər daha prinsipial əhəmiyyət kəsb edir.

Belə ölçülər sosioloji tədqiqatlarda daha dəyərli və əhəmiyyətli hesab olunur. Yeri gəlmişkən, məhz belə (adətən, sadələşdirilmiş reytinqlərin kölgəsində qalan) məlumatlara görə, müvafiq siyasi qüvvələr sosioloji mərkəzlərə irimiqyaslı araşdırmaların aparılmasına sifariş verir. Aparıcı analitik-sosioloji tədqiqat mərkəzləri – xüsusilə “Ukrayna siyasəti” fondu və İMKO tədqiqat qrupu daha çox elektoral əhval-ruhiyyənin regional özəlliklərinə diqqət ayırır.

V.Zelenskinin reytinq göstəricilərinin təfsilatlı təhlili, onun elektoratının “içinin boş” olduğunu, yəni məhz “prezidentə” “zəmanətli səsverən” insanların azlıq təşkil etdiyini göstərir. Bu, ilk növbədə ondan irəli gəlir ki, seçki bülletenlərində “hamının əleyhinə” qrafasının olmamasına görə “etirazçı elektorat” Zelenskinin lehinə səs verməkdən çox, kifayət qədər mənfur hesab olunan qalan namizədlərin əleyhinə səs verməyə meyillidir.

Bununla belə, prezidentliyə namizədlərin arasında (40 nəfər) kifayət qədər hörmətli və avtoritetli şəxslərin olduğunu unutmamalıyıq, bu, prinsipial əhəmiyyətli bir faktordur. İlk növbədə ona görə ki, hələ qəti fikrə gəlməmiş seçicilər (azından V.Zelenskinin lehinə səs verməklə problemi olmayan seçicilər) ən son anda - artıq səsvermə kabinəsində öz son seçimlərini edə bilər. Onların məhz V.Zelenskini seçəcəkləri istisna deyil.

- Çoxları onun oliqarx Kolomoyski ilə sıx əlaqələrinin olduğunu iddia edir. Deyilənlər həqiqətə uyğundur? Zelenski Kolomoyskinin “adamıdır”?

-  Ukrayna siyasətində “əlaqələr” kateqoriyası daha nisbi xarakter daşıyır, xüsusilə siyasi-iqtisadi əlaqələrdən söhbət gedəndə. Bəzən qohum-klan əlaqələrinin təzahürü kimi “qohumbazlıq” daha ciddi əhəmiyyət kəsb edir. Bundan savayı, oliqarxların seçkilərə yanaşması bir növ “bütün yumurtaları bir zənbilə qoymayın” prinsipinə əsaslanır. Ona görə V.Zelenski  və İ.Kolomoyskinin əlaqələrini çox şişirtməyə lüzum yoxdur.

Zelenski öz növbəsində kifayət qədər maraqlı və perspektivli oyun aparır. Digər yandan, İ.Kolomoyski və ya deyək ki, Y.Timoşenko kimi nüfuzlu fiqurların Zelenskiyə yaxın olmasından asılı olmayaraq, ciddi siyasi qüvvələr onun faktorundan istifadə etməyə (o cümlədən,  elə Zelenskini debata çağıran həmin o A.Qritesenko) çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri