12 
Apr
2019
10:41
317
84
18319
Virtual karabakh

21 yaşlı bloqer: Həyat mənə şillə vurdu ki, ayıl, daha səni qoruyan yoxdur

12 Apr, 2019
10:41
18319

21 yaşlı bloqer: Həyat mənə şillə vurdu ki, ayıl, daha səni qoruyan yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşlı dəb bloqeri, “Instagram”da “İconmekh” adı ilə 154 min izləyici toplamış Mehin Oqtaylının Oxu.Az-a müsahibəsi:

- Bloqerliyə necə başladınız?

- Dörd il əvvəl “Instagram”da səhifə açmağa pis baxılırdı, risk etdim, ilk bloqerlərdən biri oldum. Məndən sonra bloq səhifələri çoxaldı, əvvəllər deyirdilər ki, qorxmursan, şəkillərini açıq profildə paylaşırsan? Amma sonra gördülər ki, heç kim şəkilləri pis niyyətlə istifadə etmir.

Həyatımın ağır vaxtları idi, başımı qatmaq üçün rəfiqələrim səhifə açmağı, geyimlərimin şəkillərini paylaşmağı tövsiyə etdilər. Ağlımda yüzlərlə izləyiciyə sahib olmaq yox idi, sonradan gördüm ki, bunu heç kim etmir deyə marağa səbəb oldu.

Heç kimi örnək götürməmişdim, hazırda da götürmürəm. Xəyal qurub, onları real imiş kimi canlandırıram, bu, mənə motivasiya verir. Qızların məni rəfiqələri kimi görüb küçədə yaxınlaşmaları bloqerliyin sevdiyim tərəflərindəndir.

- Azərbaycan qızlarında bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər nələrdir?

- Azərbaycan qızlarını bəyənirəm, amma bəzilərində paxıllıq, kin, mühakimə etmək var. Əksəriyyəti yaxşıdır, mənə kimsə mənfi rəy yazanda gözəl ürəkli qızlar məndən əvvəl rəy yazıb müdafiə edirlər. Həmişə izləyicilərimi arxamda hiss edirəm. Bəziləri məni tanımasalar da, pis şeylər yazırlar.

- Dəb, yoxsa yaraşanı geyinmək?

- Dəblə özünə yaraşanı geyinmək vacibdir. Məsələn, bu il neon rənglər dəbdədir, əgər o neon rəng mənə yaraşmırsa, sırf dəbdədir deyə geyinmərəm. Özümü tapdığım, rahat olduğum, məni mən edən geyimlər geyinirəm. “Bu dəbdədir, geyinib” yox, “nə qəşəng yaraşıb” sözünü eşitmək istəyirəm. Bloqerlərin sayı çoxdur, qızlar da hamının özünə yaraşanı geyindiyini görür və buna əməl edir. 

Yoldan zövqlü qız keçəndə ona yaxınlaşıb gözəl geyindiyini deyirəm. Rəngli geyinmək istəyib rəngləri hədsiz dərəcədə bir-birinə qatanlar var. Amma o, bununla xoşbəxtdirsə, heç nə deyə bilmərəm.

- İzləyiciləriniz həmişə bloqerlər içində ən güclü xasiyyətli biri olduğunuzu deyirlər. Buna necə nail olmusunuz?

- Qardaşım yoxdur, atam məni oğlan kimi böyüdüb. Qız kimi incə, nazlı deyiləm. 17 yaşımda atamı itirəndən sonra həyat mənə şillə vurdu ki, ayıl, daha səni qoruyan yoxdur, arxanda atan yoxdur, ayaqüstdə durub güclü olmalısan. Özümü motivasiya edə-edə gülürəm.

Qızların zəif olmasının səbəbi özlərinə inamın olmamasıdır. Onlar həmişə başqaları tərəfindən “əzilir”. Qadınsız dünya heçdir, biz qadınlar güclü olmağa məcburuq.

- Azərbaycanda bloqerliyə peşə kimi baxmaq olar?

- Xeyr, çünki “Instagram” bağlansa, uzağı bir il yadda qalarıq. Azərbaycanda bloqerlik yavaş-yavaş inkişaf edir. Avropada buna çox büdcə ayrılır, həm də əhalinin çox olması səbəbindən auditoriyaya tez sahib olurlar. Bizdə isə kimsə nişanlananda, evlənəndə bu, insanlara daha maraqlı olur. 

- Gələcək üçün planlarınız nələrdir?

- Sevmədiyim ixtisasda nənəmə görə təhsil alıram. V sinifdən rəssamlıqla məşğulam, ikinci təhsil üçün dəbin mərkəzi - Parisdə moda üzrə oxumaq istəyirəm. Ayaqlarımın üstündə tam dayanana qədər irəliləməyi planlaşdırıram.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri