10 
May
2019
18:13
130
46
6297
Virtual karabakh

Ekspert: İran ssenarisi Ərdoğanla keçməyəcək

10 May, 2019
18:13
6297

Ekspert: İran ssenarisi Ərdoğanla keçməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkovun Oxu.Az-a verdiyi müsahibəni təqdim edirik.

- Son illər Vaşinqtonla Anakara arasında soyuq yellərin əsməsi müşahidə olunur. İyun ayında Donald Trampın Türkiyəyə səfəri gözlənilir. Bu səfərə ABŞ və Türkiyə rəhbərliyi arasında yeni qarşıdurma fonunda hazırlıq gedir. Tramp administrasiyası Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq fikrindən daşındırmağa çalışır. Aprel ayında ABŞ Ankaradan raket komplekslərinin alınmasından imtina etməsini tələb edərək, “F-35” qırıcı-bombardmançılarının Türkiyəyə tədarükünü dayandırıb. ABŞ tərəfi iddia edir ki, ZRK “F-35” qırıcılarına aid informasiya ələ keçirəcək, Ankara isə Ağ Evin bu narahatlığının əsassız olduğunu hesab edir.

- Donald Trampın fərqli cəhətlərindən biri bir sıra ABŞ korporasiyalarının maraqlarını beynəlxalq arenalarda sərt və birbaşa şəkildə təşviq etməsidir. Birbaşa o mənada ki, ABŞ tarixində az qala ilk dəfədir ki, Vaşinqton demokratiyanın aliliyi, diktaturaya qarşı mübarizənin vacibliyi və s. ilə bağlı ikibaşlı ənənəvi bəyanatlardan istifadə etmir. Sərt və birbaşa bildirir: “Siz (yəni Avropa İttifaqı) ABŞ-dan qaz almağa məcbursunuz, siz (yəni Türkiyə)  ABŞ-dan silah almalısınız”.

Bu arada, Tramp administrasiyası tərəfdaşlarının maraqlarına son dərəcə laqeyd yanaşır. Türkiyənin maraqları, əlbəttə ki, Fətullah Gülənin Ankaraya təhvil verilməsi, ABŞ-ın İraq və Suriyada kürdlərə dəstəyi dayandırması, ABŞ-ın müstəqil Kürdüstanın yaradılması planlarından vaz keçməsindən ibarətdir. 

Səudiyyə monarxiyası və respublika “istebleşment”ini uzun illərin möhkəm əlaqələrinin, o cümlədən, iqtisadi əlaqələrinin bağladığını unutmaq lazım deyil. Ona görə məhz respublikaçı Donald Trampın Ağ Evə gəlişi ilə Vaşinqton Tehrana qarşı demokrat Obamanın vaxtında qəbul olunmuş nüvə sazişindən çıxdı və regiondakı ən vacib partnyoru olan Ankaranı öz Qara dəniz müstəmləkəsinə çevirməyə çalışdı.

Səudiyyə Ərəbistanı regionda liderlik baxımından Türkiyə və İranı əsas rəqibləri sayır. Vaşinqtonun əli ilə Ər-Riyad  beynəlxalq sanksiyalar yolu ilə müəyyən dərəcədə Tehranı zəiflətməyə nail olub. Trampın gəlişi ilə isə təzyiqlər daha da gücləndi. O, İranı ABŞ üçün ən böyük təhdidlərdən biri adlandırır, ilk növbədə isə Səudiyyə Ərəbistanı üçün.

Son illər Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında Türkiyənin beynəlxalq nüfuzu və çəkisi əhəmiyyətli dərəcədə artıb, onun təsir coğrafiyası isə Afrika qitəsinə qədər genişlənib. Bu isə Əri-Riyadı çox hiddətləndirir.

Səudiyyə kral ailələri bundan çox narahatdır, onlar Ankaranın nüfuzunun zəifləməsi, hətta Ərdoğanın hakimiyyətdən getməsi üçün əllərindən gələni edirlər. İran ssenarisini təkrarlamaq ona görə mümkün olmayacaq ki, Səudiyyə neftindən gələn dollarlara olan sevgiyə rəğmən, Ağ Ev hələ də NATO üzvü kimi Türkiyə ilə maraqlanır. Türkiyə alyans tərkibində quru qüvvələrinin sayına görə ikinci üzv dövlətdir, öz ərazisində ABŞ hərbi bazasına yer verib.

- Bu yaxınlarda “Amerikanın Səsi”nə verdiyi müsahibədə Gürcüstan prezidenti Salome Zurabişvili ölkə ərazisində ABŞ hərbi bazasının yaradılmasını məqsədəuyğun görmədiyini dilə gətirib. Öz mövqeyini onun əsaslandırıb ki, belə bir addım həm Moskva, həm də regionun terrorçu hərəkatları tərəfindən təxribat kimi qarşılana bilir. Digər yandan, Zurabişvili ABŞ-la münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayır. Gürcüstan liderinin belə bəyanatları Tbilisi-Vaşinqton münasibətlərinə necə təsir göstərə bilər? Kremlin buna reaksiyası necə olar?

- Xanım Zurabişvilinin Kremlə qarşı sevgi bəsləməsindən şübhələnmək çox çətindir. Əksinə, o, dəfələrlə Gürcüstanın şimal qonşusuna qarşı kəskin bəyanatlar verib. Ancaq Gürcüstanın hazırkı prezidenti ilk növbədə təcrübəli və müdrik diplomatdır. Qüdrətli Rusiyanı qıcıqlandırmaq arzusunun hansı risklər daşıdığını çox gözəl bilir və qiymətləndirir. İkincisi, məncə, bu ən vacibidir – Salome Zurabişvili indiki postu təkcə Rusiyada yox, bütün post-sovet məkanında danılmaz nüfuza malik olan, Kremlin nəzarət etdiyi biznes qruplarla yaxın təmasları olan Bidzine İvanişvilinin hesabına gəlib.

Formal olaraq rusiyayönümlü olmayan, qərbyönümlülüyü açıq-aşkar özünü büruzə verən, səlahiyyətlərinin əhəmiyyətli hissəsindən məhrum olmuş və seçkilər şəklində sonuncu dəfə seçilmiş prezident Zurabişvili təkcə “Gürcüstan arzusu” təsisçisi və Tbilisinin qərb partnyorlarını yox, eyni zamanda, nə qədər qəribə səslənsə də, Moskvanı qane edirdi.

Mənə elə gəlir ki, bu gün Gürcüstanın Kremlə bəslədiyi münasibət indiki şəraitdə ən sağlam münasibətlərdəndir. Diplomatik münasibətlər bərpa olunmur, Abxaziya və Cənubi Osetiyanın rəsmi adlarının əvvəlinə “işğal olunmuş” kəlməsi əlavə olunur, Tbilisidən olan qərbyönümlü  deputatlar və məmurlar Moskvanı tənqid atəşinə tuturlar, yaraqlılar isə Pankisiyə sığınmağa davam edir.

Bununla belə, Rusiyadan Gürcüstana turist axını və investisiya ildən-ilə artır. Hazırda Rusiya biznesi Gürcüstan iqtisadiyyatının ən yüksək gəlirli seqmentlərinin mühüm hissəsinə bilavasitə nəzarət edir. Bir növ Qafqaz Kipridir.

Və əlbəttə ki, müəyyən suallar doğur, məsələn, niyə Gürcüstan vətəndaşlarının Rusiyaya səfərləri asanlaşdırılmasın?! Ümid edirəm ki, bu məsələdə atılacaq addımlar Gürcüstan vətəndaşlarına Rusiya pasportlarının paylanılması şəklinə düşməyəcək, halbuki fərqli bucaqdan baxsaq, Gürcüstan vətəndaşlığının qorunub-saxlanılması şərtilə bir çoxları buna razılaşardı. Mən Abxaziya və Cənubi Osetiya ərazilərində yaşayanları nəzərdə tutmuram.

Digər yandan, bu, situasiyanın dəyişilməsinə gətirib çıxara bilər, indiki status-kvo həm Moskva, həm də Tbilisidə çoxlarını qane edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri