24 
Avq
2019
10:18
81
39
3129
Virtual karabakh

Rusiyalı ekspert: ABŞ-Avropa İttifaqı qarşıdurmasının astanasındayıq - MÜSAHİBƏ

24 Avq, 2019
10:18
3129

Rusiyalı ekspert: ABŞ-Avropa İttifaqı qarşıdurmasının astanasındayıq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Proqressiv Siyasət Fondunun direktoru Oleq Bondarenkonun Oxu.Az-a müsahibəsi:

- ABŞ və Fransa prezidentləri Rusiya dövlət başçısının liderlərin “Böyük yeddilik” sammitinə dəvət edilməsi məsələsinə müsbət baxırlar. G7-nin G8-ə çevrilməsi məsələsi aktuallıq qazanır. Bu, nə ilə əlaqədardır? Vaşinqton bir tərəfdən “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilədən çıxır, digər tərəfdən isə Tramp Kremllə sıx iqtisadi əməkaşdaşlığın qurulmasının vacibliyindən danışır.

- Əminəm ki, bu, dünyada baş verən dəyişikliklərlə əlaqədardır. Rusiyanı salmağa çalışdıqları təcrid vəziyyəti artıq səmərə vermir. Hamı başa düşdü ki, bu, mümkün deyil. Buna görə də dünyanın qabaqcıl liderləri, ilk növbədə, ABŞ və Fransa simalarını qorumaq üçün bu vəziyyətdən yaxşı çıxmaq istəyirlər.

Ən əsası odur ki, onlar sanksiyaların işləmədiyini, səmərəsiz olduğunu gördülər. Sanksiyalar bizim üçün yalnız Rusiyada neft hasilatı zamanı tətbiq edilən yeni avadanlıq sahəsində ağrılı oldu. Sanksiyalar yeni enerji resursları yataqlarının işlənməsini ləngidə bilərdi.

Digər tərəfdən, onlar yerli sənayenin inkişafı, praktiki olaraq hər şeyin yerli analoqunun yaradılması üçün çox yaxşı təkan verdi. Əlbəttə ki, Qərbin tətbiq etdiyi sanksiyalardan ən böyük faydanı kənd təsərrüfatı gördü. Bu, hazırda Rusiyada ən gəlirli biznesdir.

Avropa üçün də itkisiz ötüşmədi. Vaşinqtonun Rusiya əleyhinə sanksiyaları nəticəsində avropalı istehsalçıların zərərləri yüz milyonlarla, milyardlarla avro təşkil edib. Moskva bu qarşıdurmada bəlkə də əsas gəlir əldə edən oyunçu olaraq qalır.

Bizi Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) səsvermə hüququndan məhrum etdilər. Rusiya bəyan etdi ki, səsvermə yolu ilə bu və ya digər ölkəni səsvermə hüququndan məhrum etməyin mümkün olduğu normanın ləğv ediləcəyi təqdirdə AŞ PA-ya qayıdacaq.

Gördüyümüz kimi, bu düzəliş artıq dəyişdirilib. Rusiya özünün qayıdışı ilə mahiyyət etibarilə oyunun bizə sərf etməyən əvvəlki qaydalarını dəyişir.

- Qlobal iqtisadi böhranın yeni mərhələsinin başlanğıcında olduğumuza dair fikir mövcuddur. Bunun baş vermə ehtimalı nə qədərdir? Bəlkə də, bu, G8 formatına qayıdış qərarını şərtləndirib?

- Həqiqətən də yeni böhranın astanasında olduğumuza dair qorxu var. Belə böhranları və onun nəticələrini əvvəlcədən bilmək çətindir. Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi və Moskvanın “Böyük səkkizliy”ə qayıdışı zamanı Qərbin gələcək böhranın meyarlarına əsaslandığını demək çətindir. Düşünmürəm ki, onlar böhran barədə Vladimir Putindən daha çox məlumatlıdır.

- ABŞ Çinin sürətli iqtisadi inkişafından narahatdır. Çin dünyada mütləq iqtisadi liderə çevrilə bilər. Bu amil ABŞ-ı Rusiya ilə ticari-iqtisadi sahədə əməkdaşlıq etməyə sövq edə bilərmi?

- Ola bilər, çünki ABŞ üçün Rusiya və Çinlə çəkişmək olduqca ciddi məsələdir. Bu, onlara sərf etmir və ABŞ-ın "parçala və hökm sür" prinsipinə ziddir. Onlar özlərinə qarşı Rusiya-Çin-Asiya cəbhəsinin yaradılmasında maraqlı deyillər. Onu da unutmayaq ki, hazırda Almaniyanın ABŞ-la münasibətləri son onilliklər ərzində ən aşağı səviyyədədir. Belə pis münasibətlər hələ heç vaxt olmayıb. Bu, ilk növbədə, Tramp və Merkel arasında şəxsi münasibətlərlə əlaqədardır.

- Siz demək istəyirsiniz ki, Almaniya Moskvaya qarşı sanskiyalar tətbiq ediləndə Rusiya ilə əməkdaşlıq etməyi 100 faiz dayandırmayıb?

- Bu, sadəcə, ümumi vəziyyətdir. Bu, əlbəttə ki, "Şimal axını"nı da əhatə edir. Lakin təkcə bununla kifayətlənmir. Orada hansısa qlobal, daxili səviyyədə müəyyən anlaşılmazlıq mövcuddur.

- ABŞ və Avropa İttifaqının qarşıdurması...

- Bu qarşıdurma hələ mövcud deyil, lakin biz onun başlanğıcının astanasındayıq.

- Tramp deyir ki, Rusiyanın “Böyük yeddiliy”in tərkibindən çıxarılmasına görə Barak Obama məsuliyyət daşıyır, çünki Putin ona qalib gəlib. Tramp Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri almasında da Obamanı günahlandırıb, belə ki, o, daha əvvəl Ankaraya “Patriot” raketlərini satmaqdan imtina edib. Onun bu cür yanaşmasının səbəbləri nələrdir?

- Bu, normal vəziyyətdir. Tramp demokratlarla sonadək vuruşacaq, çünki tezliklə yeni seçkilər olacaq. Demokratların administrasiyasının Trampa qarşı necə mübarizə apardığını nəzərə alsaq, onun üçün bu cür ifadələr normaldır. Tramp onlardan revanş almağı özünün haqqı hesab edir.

- Trampın Qrenlandiya adasını almaq ideyasına necə baxırsınız? Danimarka buna razı olacaqmı?

- Fikrimcə, bu, aqressiv və beyinə yerləşdirilən reklamdır. O, diqqəti yayındırmaq üçün deyil, insanların bu barədə danışmaları üçün nəzərdə tutulub. Bu, ilk növbədə, jurnalistlərə aiddir. Lakin bunun arxasında ciddi alış niyyəti yoxdur.

- Rusiyanın G7-yə qayıdışı ona nə verəcək?

- İlk növbədə, satisfaksiya, yəni üzr istəmə verəcək. Üzr təcrid etmək cəhdinə görə olacaq.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri