31 
Avq
2019
10:16
248
24
4795
Virtual karabakh

Gözü ilə maşın dartan pəhləvanımız bu dəfə Fransada: Qardaşımla 9 dəfə rekord qırmışıq - MÜSAHİBƏ

31 Avq, 2019
10:16
4795

Gözü ilə maşın dartan pəhləvanımız bu dəfə Fransada: Qardaşımla 9 dəfə rekord qırmışıq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubalı pəhləvan qardaşlar Fransanın Paris şəhərində, reytinqləri yüksək olan "Talant şou"ya qatılıblar. Şoudan dəvət alan Hüseyn və Laçın qardaşları böyük bir tamaşaçı kütləsini nömrələri ilə heyrətləndiriblər.

Oxu.Az-ın əməkdaşı Laçın Abdulhüseynovla söhbətləşib:

Qeyd edək ki, L.Abdulhüseynov bir müddət əvvəl gözlərinə keçirtdiyi qarmaqlar vasitəsilə avtomobil dartaraq hər kəsi heyrətləndirməyi bacarmışdı.

- Laçın bəy, iki gün öncə ölkəyə böyük bir uğurla qayıtmısınız. Fransa və bir çox ölkələrdən olan tamaşaçıları heyrətləndirmisiniz. Yarışın növbəti mərhələsində iştirak edəcəksinizmi?

- Fransaya "Talant şou" proqramından dəvət məktubu aldıq. "Azeri brothers" komandası olaraq dəvəti qəbul etdik və yarışa qatıldıq. İki gün öncə Vətənə qayıtmışıq.

Şouda gözəl çıxış etdik. Çıxışımızı çox bəyəndilər. Hətta orda bir jüri var idi, heç kəsi bəyənmirdi. Bizim çıxışımızdan sonra “axır ki, qeyri-adi nəsə gördük” dedi. Dörd “hə” cavabı aldıq. Sonda münsiflər heyəti bizimlə xatirə fotosu da çəkdirdi. İkinci turda iştirak etmək üçün yenə də Fransaya gedəcəyik.

- Bundan öncə də böyük uğurlarınız olub. Bir çox ölkələrdə nüfuzlu yarışlara qatılmısınız.

- İlk dəfə 2014-cü ildə ANS-in layihəsi olan "Göstər özünü" proqramına çıxmışıq. Sonra Qafqaz Dünya Rekordlar Federasiyası tərəfindən təklif aldıq. Orada da rekordlar kitabına düşdük. Ukraynada bu rekordu təkrarladıq. ABŞ-a gedəndən sonra isə Avropaya da qapılar açıldı. Gürcüstanda da "Talant şou"ya dəvət aldıq. Orada finala çıxdıq. Daha sonra Kolumbiya, İtaliya, Rumıniya və Rusiyada yarışlara və televiziya verilişlərinə dəvətlər aldıq.

- Bilirik ki, atanız Əli Abdulhüseynov və əminiz də pəhləvan olublar. Siz də onların yolunu davam etdirirsiniz.

- Məqsədimiz bu sənəti yaşatmaqdır. Pəhləvanlıq sənəti Azərbaycanın rəmzi kimi tanınır. Həm atamızın və əmimizin sənətini davam etdiririk, davamçılar yetişdiririk, həm də ölkəmizi tanıdırıq. Biz artıq doqquzqat rəsmi dünya rekordçusuyuq.

- Dünyanın bir çox ölkələrində uğurlar qazansanız da, Azərbaycan televiziyalarında, efirlərində görünmürsünüz. Dəvət almırsınız, yoxsa dəvətləri qəbul etmirsiniz?

- Dəvət alırıq, həm də çox. 2015-ci ilə qədər efirlərə çıxırdıq. Bəzi televiziya kanallarına çıxmağımız isə yanlış idi.

- Bunun səbəbi nədir?

- Ona görə ki, bayramlar və ya hansısa tədbirlər olanda yada düşürük. Üstəlik, bizi hansısa efirə dəvət edəndə deyirlər ki, çoxlu nömrə göstərin. Bilirsiniz ki, bizim nömrələr riskli və ağırdır. Qorxunc nömrələrimizi efirdə göstərmək düz çıxmır. Bizim səhhətimiz üçün də təhlükəlidir. Biz xarici ölkələrə verilişlərə gedəndə onlar bizə qıymır. Deyirlər ki, nömrələrinizi internetdən götürüb göstərərik. Bizdə isə tam əksinədir. Bizimkilər ən ağır nömrələri istəyir və sayəmizdə reytinq qazanırlar.

Biz efirə çıxıb toy tutmuruq. Biz efir məkanından istifadə edib 20 faiz torpağı işğal altında olan ölkəmizin gənclərinə vətənpərvərlik hissi aşılayırıq, Vətənə sevgini təbliğ edirik.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri