24 
Dek
2019
16:25
66
542
15185
Virtual karabakh

Corc Qafarov: Anama görə yox, özümə görə seçilmişəm - MÜSAHİBƏ

24 Dek, 2019
16:25
15185

Corc Qafarov: Anama görə yox, özümə görə seçilmişəm - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Roza Zərgərlinin oğlu 23 dekabr Bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.

Corc Qafarov bu və digər məsələlərlə bağlı Azxeber.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik: 

- Corc, ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiniz...

- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyəyə namizəd oldum və qalib gəldim.

- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalib gəlmisiniz...

- Bunlar hamısı boş sözlərdir, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.

- Dediniz ki, aktyorsunuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətinizi davam edəcəksiniz?

- Bu barədə danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.

- Sizin rəqiblərdən biri tanınmış bloqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?

- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Açığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.

- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiniz?

- Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri