Apr
2020
16:26
735
55
15275
Virtual karabakh

Yevgeni Mixaylov: “Ermənistanın dünya xəritəsində qalıb-qalmayacağı sual altındadır” - MÜSAHİBƏ

3 Apr, 2020
16:26
15275

Yevgeni Mixaylov: “Ermənistanın dünya xəritəsində qalıb-qalmayacağı sual altındadır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal olunmuş ərazilərində - Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən Aprel döyüşlərinin dördüncü ildönümü qeyd olunur. Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, əks hücuma keçib. Aprelin 5-dək davam edən döyüşlər zamanı Azərbaycan Ordusu bir sıra strateji məntəqələri, ümumilikdə, iki min hektardan çox ərazini işğaldan azad edib.

Ermənistan ordusu çoxlu sayda canlı qüvvə və texnika itirməsinə baxmayaraq, nədənsə, 2016-cı ilin aprelində qalib gəldiyinə inanır. Halbuki, Azərbaycan Ermənistan ordusunun işğal etdiyi ərazilərin bir hissəsinə nəzarəti geri qaytarıb.

Maraqlıdır ki, aprel döyüşlərinin ildönümü ərəfəsində həmin dövrlərdə parlamentin deputatı olan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan (terrorçu Monte Melkonyan kimi görünmək üçün hələ saqqal buraxmamışdı, “məxməri inqilab”dan əvvəl onun üçün məhz belə imic yaradılmışdı - red.) Rusiyanı günahlandırdı: “Mən Azərbaycanın müharibəni Rusiya Federasiyası ilə koordinasiya etməsində israrlıydım”.

Media.Az beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Youtube”da “Jurnalistskiye rassledovaniye” (“Jurnalist araşdırmaları”) kanalının aparıcısı Yevgeni Mixaylova şərh üçün müraciət edib.

- Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini azad etdiyinə baxmayaraq, Ermənistanın qələbə barədə danışması sizə qəribə gəlmir? Məntiq haradadır?

- Ermənistan rəhbərliyində heç məntiq görmüsünüz? Onu dünya birliyi də görmür. Azərbaycanın bütün işğal olunmuş ərazilərini təslim etsələr belə, yenə də qələbə barədə danışacaqlar. Guya, belə də olmalı imiş.

Axı onlara nəsə demək lazımdır?! Bəli, onlar məğlub oldular, amma etiraf edə bilmirlər. Yeri gəlmişkən, hərbi güc sərt şəkildə tətbiq edilsəydi, erməni işğalçı qüvvələri üçün bu, çox acınacaqlı və tez başa çatardı. Sadəcə, heç kimə qan tökmək lazım deyil. Azərbaycan gücünü göstərdi və Ermənistan “kömək edin”, “dayandırın” qışqırmaq məcburiyyətində qaldı.

- Nikol Paşinyanın Ermənistan parlamentində deputat olduğu vaxtla bağlı video yayılıb. Paşinyan deyir ki, Azərbaycan müharibəni Rusiya Federasiyası ilə razılaşdırıb. İndi Nikol Paşinyan Ermənistanın baş naziridir. Artıq bu cür açıqlamalar vermir, amma ikiüzlülüyü aşkardır.

- Həqiqətən riyakarlıq ortadadır. Hər halda bu tam cəfəngiyatdır. Ancaq Nikol Paşinyan indi də oxşar danışsa, təəccüblənmərəm. Qeyd etmək istəyirəm ki, hazırda koronavirus pandemiyası fonunda dünya düzəninin yenidən qurulması gedir. Ermənistanın burada hansı yeri tutacağı, ümumiyyətlə qalıb-qalmayacağı sual altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri