15 
Apr
2020
12:50
17
198
4526
Virtual karabakh

Valeri Tokar: “AES-də qəza baş verərsə, Azərbaycana da təsir edə bilər”

15 Apr, 2020
12:50
4526

Valeri Tokar: “AES-də qəza baş verərsə, Azərbaycana da təsir edə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının dünyada yayılması ilə əlaqədar xəbərlər axını arasında Çernobıl zonasında aprelin 4-də başlayan yanğınla bağlı məlumatlar nəzəri, demək olar ki, cəlb etmədi. Ukrayna hökumətinin bildirdiyinə görə, hazırda yanğın söndürülüb. Ancaq şahidlər Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında ot və ağacların yanmasının davam etdiyini bildirirlər. Yeni yanğınlar Parışivski meşə təsərrüfatının Krivaya Qora kəndində və Lubyanka meşə təsərrüfatının Yanov dəmir yolu stansiyasının yerləşdiyi ərazidə baş verib.

Yeri gəlmişkən, aprelin 14-də Ukraynanın Nazirlər Kabineti yanğının söndürülməsi üçün 45 milyon qrivna (2 808 000‬ AZN) ayırmışdı. Belaruslu mütəxəssislər köməklik göstərməyə hazırdırlar.

Keçmiş Leliv, Kopaçi, Polesskoye, Qrezlya, Rudnya-Qrezlyanskaya, Kovşilovka, Varoviçi, Buda-Varoviçi, Martınoviçi, İzumrudnı, Volxov və Çistoqalovka kəndlərinin əraziləri, həmçinin radioaktiv “Kürən meşə” və “Çernobıl-2” qapalı hərbi şəhərciyinin ərazisi yanıb.

Artıq aprelin 13-də alov Çernobıl AES-in 200 metrliyinə qədər yayılmışdı. Lakin sonra yağış yağmağa başladı və “Ukratomenerqo”nun baş direktoru Valeri Tokarın Media.Az-a verdiyi müsahibədə dediyi kimi, təbiət fəlakətin qarşısını almağa kömək etdi:

- Hazırda Çernobıl AES ilə əlaqəli heç bir təhlükə yoxdur. Aprelin ortalarında nəinki yağış - halbuki, bu, normal haldır - hətta qar yağdı. Bundan əlavə, Çernobılda işlənmiş nüvə yanacağı yoxdur.

Bununla belə, meşə yandığı üçün hadisə radiasiya fonunun artmasına səbəb ola bilərdi. Beləliklə də, sezium, stronsium kimi maddələr atmosferə düşə bilərdi. Ancaq bu, o qədər də kritik məsələ deyil.

Digər AES-lərə diqqət yetirilməlidir. Oralarda vəziyyət daha təhlükəlidir. Fəaliyyət göstərən dörd AES-də 15 enerji bloku var. Stansiyalardakı ehtiyatların necə yenilənməsi özlüyündə bir çox suallar doğurur. 38 metr yüksəklikdə yerləşən stansiyaların birində “fermalar” adlanan yer bəndlənməyib. Onlar isə turbogeneratorların yerləşdiyi plitələri tuturlar. Əgər bunlar düşərsə, qəza qaçılmazdır.

Bizim Ukrayna mediası bir çox “siqnallara” əhəmiyyət vermir. Məsələn, deyək ki, keçən il Xmelnitski AES-də təmirdən sonra kimsə havalandırma kanalını təmizləmək üçün bez tıxacını turbogeneratorda unutmuşdu: zərər 150 milyon dollar (255 000 000 manat) təşkil etmişdi. Sonra rotorun da sıradan çıxdığı məlum oldu. Bu isə daha bir itkidir.

Rovno stansiyasında transformator partlamışdı. AES-lərin istismar müddətinin uzadılması məsələlərinə, təmir işlərinə tamamilə laqeyd münasibətimiz var və bu, təhlükəsizliyə təsir göstərir. Bir çox AES-lərin istismar müddətinin uzadılması barədə hesabatlarda hər şeyin yaxşı olduğu yazılıb. Halbuki, oralarda bunları yoxlayan yoxdur. İndiyə qədər bir çox qəzalar baş verib. Allaha şükür, kiçikmiqyaslı olub, amma media, təkrar edirəm, bu barədə məlumat verməməyə çalışır.

- Kəmiyyətin keyfiyyətə çevrildiyi barədə heç bir anlayış yoxdurmu? Qlobal fəlakətin baş verəcəyi ehtimalı narahatlıq doğurmurmu?

- Gəlin əvvəlcə bu səhlənkar münasibətin səbəblərini izah edim. Səbəb korrupsiya və qohumbazlıqdır. Sadə dillə desək, “əl əli yuyur”. Bu, nəyə gətirib çıxaracaq? Biz qaydaları pozaraq, AES ehtiyatlarını genişləndiririk. Amerika yanacağı ilə yanacaq doldururuq, hansı ki, heç də həmişə nüvə stansiyalarımızın texniki parametrlərinə (xüsusən də, yükləmə və boşaltma prosesində) uyğun gəlmir. Beləliklə, atom elektrik stansiyalarımız ciddi təhlükə yaradır.

Təəssüflə qeyd etməliyəm ki, 1986-cı il Çernobıl fəlakətinin təkrarlanması Ukraynadakı istənilən AES-də tamamilə mümkündür. Mən bu barədə o vaxt “Enerqoatom” dövlət müəssisəsinin prezidenti Yuri Nedaşkovskiyə məlumat verdim.

Hər hansı stansiyada ciddi qəza baş verərsə (hər şey buna doğru gedir), bu, ən azı bütün Avropa ölkələrinə, həmçinin Azərbaycana təsir edəcək. Ümid edək ki, belə bir hadisə olmayacaq, lakin getdikcə ağırlaşan ciddi problemləri görürəm. Bütün AES-lərimiz, xüsusən Amerika yanacağına keçənlər problemlidir.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri