21 
Apr
2020
15:19
437
44
3613
Virtual karabakh

Rafiq Əliyev: “Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir” – MÜSAHİBƏ

21 Apr, 2020
15:19
3613

Rafiq Əliyev: “Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Ramazan ayı ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Rafiq müəllim, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, aprelin 25-də Azərbaycanda Ramazan ayı başlayır. Koronavirusun yayıldığı dövrdə oruc tutmaq vacibdir?

- Koronavirus, qrip və digər xəstəliklərə yoluxanlar varsa, onlar oruc tutmalı deyillər. Ancaq insan sağlamdırsa, qızdırması yoxdursa, normal şəkildə oruc tuta bilər. Oruc tutmaq İslamın əsas qaydalarından biridir. Ona görə, koronavirusdan asılı olmayaraq, hər bir sağlam müsəlman oruc tutmalıdır.

- Siz oruc tutursunuz?

- Bəli. Mən hələ 1968-ci ildə Yəməndə olanda ilk dəfə oruc tutmuşam. Sovet İttifaqından Yəmənə gedən ilk müsəlman tərcüməçi idim. Orada hamının gözləntisi də bu idi ki, mən mütləq oruc tutmalıyam.

- Ramazanda bəzi oruc tutan adamların əlinə fürsət düşür, eqolarını təbliğ edir, kobud desək, özlərini reklam etməklə məşğul olurlar. Belə hallar dinin mövqeyində günah sayılır?

- Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir. Oruc tutursansa, namaz qılırsansa, bu, sənin fərdi işindir, onu heç kəs bilməli deyil. İkincisi də, kim bilirsə, qoy bilsin, amma bunu reklam etməyin heç bir əsası yoxdur. Oruc tutmağı reklam etmək günahdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri