23 
May
2020
15:09
29
296
7991
Virtual karabakh

Rumıniyalı futbolçudan gözlənilməz etiraf: “Xəzər Lənkəran” uduzmağımız üçün bizə 250 min dollar təklif etdi”

23 May, 2020
15:09
7991

Rumıniyalı futbolçudan gözlənilməz etiraf: “Xəzər Lənkəran” uduzmağımız üçün bizə 250 min dollar təklif etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyalı sabiq futbolçu Ketelin Likioyu Moldova mətbuatına müsahibə verib.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, 2005-ci ildə Moldova çempionatının bombardiri olmuş Likioyu UEFA kubokunun I təsnifat mərhələsində Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran”la görüşdə rüşvət təklifi ilə üzləşdiyini açıqlayıb.

“Nistru”nun “Xəzər”lə oyunları Moldova klublarının avrokubok tarixində ən qaranlıq məqamla yadda qalıb. Gəlin indi həmin vaxt baş verənlər ətrafındakı sirri açaq. Sizə həqiqətənmi pul təklif olunmuşdu?

– Bəli.

Nə qədər?

– Azərbaycanlılar moldovalı agentlər vasitəsilə bizim maaş və mükafatlarımızı öyrənmişdilər. Bundan sonra bizə 250 min dollar təklif etdilər ki, “Xəzər” – “Nistru” oyununda lazım olan hesabla məğlubiyyəti təşkil edək.

Bu məbləğ “Nistru” rəhbərliyinə, yəni Vasili Traqireyə təklif olundu, yoxsa oyunçulara? Ümumiyyətlə, bu, necə baş verdi?

– Moldovalı agentlərdən biri dedi ki, “Xəzər”dən bir nəfər sizinlə danışmaq istəyir. Biz onda hələ bilmirdik ki, hansı məsələdir. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Birbaşa işbirliyi təklif etdilər və 250 minlik məbləğ səsləndirdilər. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi.

– Belə çıxır ki, sizin seçiminiz var idi. Bu pulu götürüb aranızda bölə bilərdiniz. Hərəniz 80 min götürəcəkdiniz. Qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər”in qələbəsi üçün kifayət etməli idi. Siz üçünüz əsas heyətin daimi üzvləri idiniz və sizi heç kim də dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir...

– Bəli, biz bu pulu götürə bilərdik. Amma belə etmədik.

– Bu təklifi biləndən sonra nə etdiniz?

– Bütün komanda ilə toplaşıb, futbolçulara belə variantın olduğunu dedik. Biz bir ailə idik və qərarı birlikdə verdik. Oyunçular dedi ki, meydana çıxıb qələbəmizlə düzgün oynayacağıq.

– Bu pulu qardaş kimi 18 futbolçu arasında da bölsəydiniz, hərənizə 14 min düşərdi...

– Belə çıxır.

– Bəs rəhbərlik sizə “Xəzər”i keçmək üçün nə verdi?

– Dörd min dollar.

– Bu, azərbaycanlıların təklif etdiyindən təxminən üç dəfə azdır. Özü də siz həmin dörd mini almaya da bilər və heç nə olmadan qalardınız...

– Başa düşürəm. Amma imtina etdiyimiz üçün peşman deyiləm. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Mən oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədir. Bu, mənim futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət həyatımızın ən vacib hadisəsi idi. Uşağım olanadək.

– Təsəvvür edirsiniz, 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmaq nədir. Başqaları səhər 8-dən axşam 6-ya qədər həftədə 5-6 gün işləməklə bu məbləği üç ilə əldə edə bilmirdi...

– Biz öz karyeramızı korlamaq istəmirdik. Sonradan üzə çıxacaqdı. Onda heç bir normal kluba düşə bilməzdik. Bir anlıq 10-14 min üçün risk etməyə dəyməzdi. Gələcəyimizi korlaya bilməzdik. Həmin matçdan dərhal sonra “Xəzər” mənə ora keçməyi təklif etdi. Yaxşı şərtlər təklif olundu. On dəfələrlə artıq qazana bilərdim.

– Niyə keçmədiniz?

– Onlar üç nəfər – məni, Yançuku və Andrey Matsyuranı istəyirdi. Amma rəhbərlik buraxmadı.

– Niyə?

– Daha zəif çempionata və daha zəif kluba keçməyin mənasız olduğunu dedi. Biz onları iki dəfə udduq və aşkar güclü idik. Bu üzdən rəhbərlik daha güclü liqaya getməyimizi istəyirdi, nəinki Azərbaycan çempionatına.

– Bəlkə də düz idi. Həmin illərdə Moldova klubları Azərbaycan təmsilçilərini həmişə keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı...

– Bilirsiniz də, orda pula görə şərait var idi. “Xəzər”in prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni “BMW Х5” avtomobili vermişdi.

Qeyd: Keçmiş Ataki şəhərini (indiki Otaç) təmsil edən “Nistru” UEFA Kubokunun I təsnifat mərhələsi çərçivəsində keçirilən görüşdə öz meydanında “Xəzər Lənkəran”a 3:1, Lənkəranda isə 2:1 qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri