31 
May
2020
13:39
31
176
1605
Virtual karabakh

“SOCAR Energy Ukraine” şirkətinin baş direktoru: “Rəqiblərimizdən yaxşı mənada fərqlənirik”

“Mübaliğəsiz deyə bilərəm ki, SOCAR Ukraynanın yanacaq bazarında əhəmiyyətli oyunçudur. Bizim yanacaqdoldurma kompleksləri şəbəkəmiz kiçikdir - 57 stasionar yanacaqdoldurma məntəqəsi, həmçinin kiçik və orta həcmli gəmilərə yanacaq doldurmaq üçün iki neft dolduran bunker. Ancaq SOCAR premium sinifli yeganə yanacaqdoldurma məntəqələri şəbəkəsidir. Bu, bizi rəqiblərimizdən yaxşı mənada fərqləndirir”.

Bu barədə Media.Az-a müsahibəsində “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov bildirib.

- Bir çox ukraynalı mütəxəssis nəşrimizə verdiyi müsahibədə qeyd edib ki, SOCAR yanacaqdoldurma məntəqələrində həmişə növbələr olur. Bu, yüksək keyfiyyətli yanacağın və yaxşı işin göstəricisidir.

- Bizim qüsursuz xidmətimiz, yüksək keyfiyyətli yanacağımız, həmçinin qeyri-adi interyer dizaynımız var. Bazarda heç kimin təklif etmədiyi keyfiyyət və xidmətləri təqdim edirik.

SOCAR şəbəkəsində təmassız ödəniş üçün ən yeni terminal, “multi-touch” funksiyası olan interaktiv uşaq masası, ultramodern mikrodalğalı sobalar, müəssisənin daxilində və xaricində tam rəngli işıq-diod ekranları görə bilərsiniz. Bu ekranlar SOCAR-ın vizit kartıdır. Bu bahar mobil tətbiqetmə yolu ilə bazar məhsullarının əvvəlcədən sifariş funksiyasını işə saldıq: bu, indiki dövr üçün Ukraynanın yanacaq riteyli bazarında daha bir unikal təklifdir.

Bundan əlavə, avtomobil həvəskarlarına Şərq mətbəxindən yeməklər və məhsullar, o cümlədən eksklüziv təkliflər təqdim edə bilərik. SOCAR şəbəkəsi milli bayramları və adət-ənənələri unutmur: Nar həftəsi, Novruz bayramı, Respublika Günü… Bütün bunlar qonaqları daha çox cəlb edir və eyni zamanda, onları Azərbaycan mədəniyyəti ilə tanış edir.

Yaxın gələcəkdə bir milyondan çox əhalisi olan şəhərlərdə bir neçə yeni yanacaqdoldurma məntəqəsinin açılışı planlaşdırılıb. Pərakəndə ticarətlə yanaşı, topdansatış biznes istiqamətlərini də dinamik şəkildə inkişaf etdiririk. SOCAR-la əməkdaşlıq edən şirkətlər arasında nəhəng aqrar və sənaye müəssisələri, beynəlxalq təşkilatlar, Ukrayna Müdafiə Nazirliyi, Dəmir Yolları və s. var.

- Azərbaycan Ukraynaya əsas neft tədarükçülərindən biridir. Təchizat həcmi nə qədərdir və SOCAR bununla məşğul olurmu?

- Ukraynaya ümumi tədarük həcminin təxminən 82 faizi Azərbaycandan gəlir. Əsas idxalçı “Ukrtatnafta” neft emalı şirkətidir. SOCAR-ın Ukrayna bölməsi ölkəyə neft tədarükündə iştirak etmir.

- Ali Radanın Enerji və Mənzil-Kommunal Təsərrüfat Komitəsinin rəhbəri Andrey Qerus Media.Az-a verdiyi müsahibədə Ukraynanın dizel yanacağına çox ehtiyacının olduğunu söylədi. Dizel tədarükünün nə qədər həcmi SOCAR şirkətinin payına düşür? Ukraynanın ehtiyaclarını yalnız SOCAR-ın gücü ilə təmin etmək mümkündürmü?

- Həqiqətən, Ukraynaya idxal olunan dizel yanacağının həcmi daim artır. Müsbət dinamika ölkə daxilində dizel yanacağı istehsalında da müşahidə olunur. Karantin səbəbindən istehlakın ümumi həcminin azalmasına baxmayaraq, aprel ayında idxal daha da artıb. Yəni, xüsusilə əkin və biçin zamanı tələbat var. Bu, Müdafiə Nazirliyi, “Ukrzaliznitsa” (Ukrayna Dəmir Yolları - red.) və digər dövlət qurumları üçün əsas neft məhsuludur.

Digər tərəfdən, Ukraynanın dizel yanacağı bazarı kifayət qədər diversifikasiya edilib. Məsələn, “SOCAR Ukrayna Ticarət Evi” Belarus, İsrail, Türkmənistan, Litva və digər Aİ ölkələrindən resurs idxal edir. Bu gün bu, ayda təxminən 15 min ton dizeldir. Hansı ki, ümumi idxalın cəmi iki faizini təşkil edir. Biz tədarükü artırmaq istəyirik, amma obyektiv səbəblərə görə, hələlik edə bilmirik. Birincisi, bazar çox rəqabətli olaraq qalır, ikincisi, zəruri saxlama infrastrukturu yoxdur.

- Bəs karantin rejimi Ukraynanın neft bazarına necə təsir etdi? Canlanmaya dair proqnozlar necədir?

- Karantin məhdudiyyəti ən çox pərakəndə ticarətə təsir etdi. SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacaq istehlakında ciddi azalma qeydə alırıq. Lakin bu vəziyyət idxal sektoruna o qədər də pis təsir etməyib. Konsaltinq agentlərinin mütəxəssisləri son aylarda dizel tədarükünün daha da artdığını qeyd edirlər. Yerli istehsal da təxminən 30 faizdir.

Düşünürəm ki, satın alınan həcmlər (o cümlədən, minimum kotirovkalar dövründə) əlverişli qiymət konyunkturunu təmin edəcək. Buna görə də, neft bazarının canlanması ilə bağlı proqnozlar nikbindir.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri