İyn
2020
20:31
550
79
7042
Virtual karabakh

ABŞ ordusunda xidmət edən azərbaycanlı: “Xalqımın adət və ənənələrinə riayət edirəm”

3 İyn, 2020
20:31
7042

ABŞ ordusunda xidmət edən azərbaycanlı: “Xalqımın adət və ənənələrinə riayət edirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabir Şixəliyev – 13 il ərzində Amerika Birləşmiş Ştatlarının ordusunda rota komandiri kimi xidmət edən azərbaycanlıdır. O, Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edərək, kontuziya alan, amma buna baxmayaraq, sevimli işinə davam edən şəxslərdəndir.

Media.Az-a müsahibəsində S.Şixəliyev  özündən, ABŞ-a köçməsindən və hərbi xidmətindən danışıb.

- Özünüz haqqında qısaca danışın

- Mən 1983-cü ildə Bakıda anadan olmuşam. Daha sonra ailə vəziyyətinə görə Türkmənistana köçmüşük. Lakin buna baxmayaraq, mən tez-tez Bakıya, nənəmin yanına gəlirdim. İndi də Bakıda yaşayan nənəmi ziyarət etməyə çalışıram. Axırıncı dəfə Vətəndə 2019-cu ildə olmuşam.

- ABŞ-a nə vaxt köçmüsünüz?

- 1997-ci ildə “Green Card” udaraq ABŞ-a köçmüşük. O vaxta qədər bu ölkədə qohumlarım yaşayırdı.

- Belə çıxır ki, siz təhsilinizi Amerika məktəbində davam etdirmisiniz?

- Bəli, mən orada səkkizinci sinfə getdim. Eyni zamanda, işləməyə başladım. Çünki ABŞ-da uzun müddət işsiz qala bilməzsən.

- Hansı işdə çalışırdınız?

-  Hansı işlərdə işləməmişəm... Mağazada satıcı, restoranda ofisiant, tikintidə fəhlə... Həmçinin, mühafizəçi və sürücü kimi də çalışmışam.

- ABŞ ordusuna necə gedib çıxdız?

- ABŞ-dakı immiqrantlar yaşları imkan verirsə, orduda xidmət edə bilərlər. Mən özüm bunu istədim və 24 yaşında orduya yollandım.  

- Bəs ABŞ vətəndaşlığını nə vaxt aldınız?

- İki il sonra.

- Hərbi işə marağınız haradandır?

- Amerikada yaşasam da, Azərbaycanda doğulmuşam. Xalqımın adət və ənənələrinə riayət edirəm. Atam, babam orduda xidmət ediblər. Mən də bu ənənəni pozmaq istəmədim. Həmişə vətəndaşların müdafiə və köməyinə yönəlik sahədə çalışmaq istəmişəm.

Müsahibəni daha ətraflı Media.az saytından oxuya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri