11 
İyn
2020
13:14
14
121
1739
Virtual karabakh

Borislav Bereza: “Azərbaycanın diaspor fəaliyyəti etalondur” - MÜSAHİBƏ

11 İyn, 2020
13:14
1739

Borislav Bereza: “Azərbaycanın diaspor fəaliyyəti etalondur” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VIII çağırış Ukrayna Ali Radasının deputatı, siyasi xadim və ölkənin AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Borislav Bereza Azərbaycanı diasporla bacarıqla işləyən nümunə kimi göstərib.

Bundan əvvəl o, Azərbaycanın koronavirusla mübarizədə nümunəvi işi barədə danışmışdı.

“Ali Radada işləyərkən Ukrayna-Estoniya parlamentlərarası əlaqələr qrupuna rəhbərlik edirdim. Həmçinin, Ukrayna-İsrail qrupu rəhbərinin müavini idim. Necə qrup rəhbəri olduğumu bilmirəm, ancaq nəticədə, Estoniya prezidenti ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılmasına görə mənə orden verdi.

Mən bundan başqa bir neçə qrupun, o cümlədən, Ukrayna-Azərbaycan qrupunun üzvü idim. Səlahiyyət müddətim başa çatsa da, həmkarlarımla ünsiyyətim davam edir. Bu ölkələrdə dövlət səviyyəsində hansı işlərin edildiyini görürəm”, - deyə ukraynalı siyasətçi yazıb.

Diasporla işləməyə gəlincə, Borislav Berezanın fikrincə, burada xaricdə çox sayda vətəndaşı olan ölkə kimi Ukrayna və etnik ukraynalılar İsrail və Azərbaycandan nümunə götürməlidir. O, Azərbaycan vətəndaşlarının və ölkədə fəaliyyət göstərən ictimai təşkilatların xaricdə dövlətin maraqlarını müdafiə edən diaspor qurumları ilə həmrəyliyini vurğulayıb.

Media.Az Borislav Bereza ilə söhbət edib.

- Sosial şəbəkələrdə Azərbaycanı diasporla bacarıqla işləyən bir ölkə kimi nümunə göstərmisiniz. Bununla yanaşı, bəzən ölkə daxilində tənqid səslənir...

- Mükəmməl iş olmur, həmişə müqayisə olunmalı və düzəldilməli olan nöqsanlar var. Əgər onlar qeyd olunub, aradan qaldırılırsa, bu işi görənlərə əhsən. Hesab edirəm ki, Azərbaycan və İsrail təcrübəsi etalondur. Dövlətlərin istiqamət kimi götürdüyü real işləri, onların hansı alətlərdən istifadə etdiyini görürəm. Diasporlar bu qarşılıqlı əlaqəni axtarırlar. Tam sinerji yaranır. Dövlət bu işdə diasporla birlikdə qarşılıqlı nailiyyətlərdə maraqlı olmalıdır. Azərbaycanın necə işlədiyini izləmişəm. Bu təcrübəni mənimsəməyə dəyər. Təəssüf ki, Ukraynada belə deyil. Bəlkə də hökumətimiz hələ yetişməyib. Diasporla əməkdaşlıq Ukrayna maraqlarının lobbiçiliyinin vacib aləti ola bilər.

Yaxşı nəticələr nümunəsi var. Diasporların nümayəndələri zəruri məlumatların təbii bələdçiləridir, lazımi nəticələrə nail ola, yüksək vəzifələr tuta bilərlər. Bu, onların yaşadıqları ölkələrə zərər vermir. Onlar həm “çıxış ölkəsi”nin, həm də yaşadıqları dövlətin vətənpərvərləri olaraq qalırlar.

Kifayət qədər uzun müddət Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunda çalışmışam. Azərbaycan diasporunun nümayəndələri mənə müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Bu doğru addımdır! Ancaq əvvəllər Ukraynadakı Azərbaycan diasporunun parçalandığını da görmüşəm.

- Yeri gəlmişkən, Azərbaycanda da Ukraynanın böyük diasporu var. Söhbət təkcə etnik ukraynalılardan deyil, ölkə vətəndaşlarından da gedir. Bunlar həm də seçicilərdir...

- Sizə nümunələr göstərəcəyəm. Bu yaxınlarda Polşa, İsrail və Moldovadakı Ukrayna diasporunun nümayəndələri ilə söhbətlərim oldu. Təəssüf ki, onlar Ukrayna dövlətindən heç bir kömək hiss etmirlər. Bu isə zəruridir! Dövlət xaricdəki həmyerlilərinin ehtiyaclarını anlamayınca, bundan heç nə çıxmayacaq. Bu, yalnız seçicilərlə işləmək, fikirlərini çatdırmaq imkanı deyil, həmin insanlar sadəcə lobbiçi deyillər, onlar həmvətənlərimizdir. Azərbaycan bunu başa düşür. Ümid edirəm ki, Ukrayna da yetkinləşəcək və xaricdəki diasporla, o cümlədən qardaş Azərbaycanda da işləmək lazım olduğunu başa düşəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri