17 
Avq
2020
14:36
49
134
3356
Virtual karabakh

Qurban Qurbanov: “Azarkeşsiz oynamağımız onların əsas üstünlüyüdür”

17 Avq, 2020
14:36
3356

Qurban Qurbanov: “Azarkeşsiz oynamağımız onların əsas üstünlüyüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin Şimali Makedoniyanın “Sileks” komandası ilə oyunu barədə fikirlərini bildirib. 

Oxu.Az mətbuat konfransında səslənən fikirləri təqdim edir: 

- Çox danışmağa ehtiyac yoxdur. Hər bir halda ÇL-nin ilk təsnifat mərhələsində oynayırıq, nəticə bir oyundan sonra bilinəcək. Buna görə də diqqətli, məsuliyyətli olmalıyıq. Futbolçular da pis hazırlaşmayıblar. Sabah meydanda motivasiya çox yüksək olmalıdır. 

- Rəqib haqqında nə düşünürsünüz?

- Rəqibin çempionatdakı son iki oyununa baxmışıq. Öz oyun üslubu var. Bizə hansı sürprizi hazırlayıblar, onu meydanda görəcəyik. Topla oynamağı sevən komandadır. Meydança ilə bağlı bəzi problemlərimiz var. Çalışırıq, oyuna kimi normal vəziyyətə gətirək. 

- Yeni transferlərin uyğunlaşma ilə bağlı məsələsi necədir? 

- Yeni gələn oyunçularda adaptasiya qaydasındadır. Qəbələdə komandaya alışmağa çalışdılar. Sabah meydanda özlərini yaxşı tərəfdən göstərəcəklərinə ümid edirik. 

- Siz nə qədər ehtiyatlı məşqçi olsanız da, əksər fikir belədir ki, rəqib zəif komandadır. Bu sizə motivasiya üçün problem olmayacaq? 

- ÇL-də zəif komanda olmur. Oyunçularım hamısı təcrübəli, işini bilən futbolçulardır. İnanmıram ki, öz işlərinə məsuliyyətsiz yanaşsınlar.

- “Sileks”in xeyrinə olacaq hansı amil var? 

- Üstünlük həmişə azarkeş amili olub. Bu da rəqib üçün böyük təhlükə sayılır. Bizim azarkeşsiz oynamağımız onların üstünlüyüdür. 

- Yeni transferlərlə bağlı vəziyyət necədir? Hansı meydana çıxa bilər? 

- Uroş Matiç sabah meydana çıxacaq. Digərləri də hər zaman meydana çıxmağa hazırdır.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri