Okt
2020
14:57
1811
49
12043
Virtual karabakh

İsrail qalibin yanındadır, burada isə fikir birmənalıdır - Azərbaycan döyüş meydanında qalib gəlir – MÜSAHİBƏ

3 Okt, 2020
14:57
12043

İsrail qalibin yanındadır, burada isə fikir birmənalıdır - Azərbaycan döyüş meydanında qalib gəlir – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanın xəbər verdiyi kimi, İsrailin Azərbaycana silah tədarükü ilə əlaqədar səfirini Təl-Əvivdən məsləhətləşmələr üçün geri çağırması barədə qərarı İrəvanın axmaqlığı və isteriyasıdır. 

Bu barədə Ukrayna-İsrail məsələləri üzrə politoloq, Yaxın Şərq üzrə ekspert, Dövlət idarəçiliyi üzrə elmi doktor, “LLC Corporate Research and Consulting International Bureau” rəhbəri Denis Kislov Media.Az-a açıqlama verib.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda İsraildə səfirliyini açdığını elan etmişdi. Lakin Ermənistanla İsrail arasında münasibətlər olduqca sərin idi. Bu barədə İsrail politoloqu Avraham Şmuleviç “Stmegi” saytına verdiyi müsahibəsində “...heç bir xüsusi əlaqə olmayıb. İsrailin Qarabağ münaqişəsindəki mövqeyi ilə əlaqəli az əhəmiyyət kəsb edən iqtisadi əlaqələr quruldu. Bildiyiniz kimi, İsrail Azərbaycanı tanıyan ilk dövlətlərdən biri olub. Bundan əlavə, ASALA və digər erməni terror təşkilatlarının fələstinli terrorçularla fəal şəkildə əməkdaşlıq etdiklərini xatırlayırıq, bu da İsrailin İrəvana müəyyən qədər inamsızlığına səbəb olub”.

Avraham Şmuleviçin sözlərinə görə, Ermənistanda qəhrəman sayılan - Monte Melkonyan Qarabağdakı müharibədə iştirak etməzdən əvvəl Livandakı İsrail əsgərlərinə qarşı müharibədə iştirak edib. Bütün bunlar İsraildə müəyyən mənada inamsızlıq zəmini yaratdı. Azərbaycana silah tədarükünə gəlincə, Avraham Şmuleviçin fikrincə, İsrailin hərbi əməliyyatların başlaması səbəbindən qəfildən tədarükü dayandıracağını və bağlanmış müqavilələri pozacağını gözləmək qəribə olardı: “Hərbi əməliyyatlar bütün beynəlxalq təşkilatlar, həmçinin BMT tərəfindən tanınan Azərbaycanın ərazisində baş verir... Yəni, Ermənistanın İsrailə iddiaları olduqca qəribədir”.

Öz növbəsində Denis Kislov Media.Az-a verdiyi müsahibəsində Avraham Şmuleviçin fikri ilə razılaşıb. “Ermənistanda İsrailin rəsmi olaraq Azərbaycana silah satdığı üçün sizin ölkəni dəstəklədiyini güman edirlər və bu baxımdan İrəvan müvəqqəti olaraq səfirini geri çağırıb. Lakin bu, Ermənistan rəhbərliyinin yanlış strategiyasıdır. Ölkəniz üçün belə çətin anlarda özünüzə əlavə olaraq düşmən qazanmaq açıq şəkildə axmaqlıqdır. Üstəlik, İsrail ilə münasibətlərin canlanma prosesi artıq şübhə altına düşüb”. “İsraildə heç kim bunu faciə (Ermənistan səfirinin geri çağırılmasını - red.) kimi görmür. Çətin ki, Ermənistanı yəhudi dövlətinə dost ölkə adlandırmaq olar. Tel-Əvivdə və Qüdsdə ASALA və digər erməni terror təşkilatlarını yaxşı xatırlayırlar”, - deyə Denis Kislov qeyd edib. Bakıya gəlincə, həmsöhbətin qeyd etdiyi kimi, Azərbaycanın İranla və Türkiyə ilə sıx münasibətlərinə baxmayaraq, İsrail üçün işgüzar yanaşma və sinerji strategiya prioritetdir. “Üstəlik, İsrail qalibin yanındadır, burada isə fikir birmənalıdır - Azərbaycan döyüş meydanında qalib gəlir. Prinsipcə, bu artıq dəqiq şəkildə ifadə edilə bilər. Baxmayaraq ki, o (Azərbaycan - red.) informasiya məkanında daha aktiv olmalıdır”, - deyə müsahib vurğulayıb. 

- İsrail silahlarının Azərbaycana tədarükünə qayıdaq...

-…Axı, tədarük prosesi mövcud müharibədən əvvəl başlamayıb! Azərbaycan sanksiyaların altında deyil, İsrailin də silah tədarük etmək hüququ var. İsrailin tədarükü dayandıracağını və bununla əlaqədar bağlanmış müqavilələri pozacağını gözləmək qəribə olardı. Bu, baş verməyəcək. Ermənistan fəaliyyəti nəticəsində gözlədiyindən daha çox itirəcək və bu, İsrail ilə Azərbaycan arasındakı əməkdaşlığa təsir etməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri