12 
Okt
2020
11:06
870
86
6302
Virtual karabakh

Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi - MÜSAHİBƏ

12 Okt, 2020
11:06
6302

Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada Azərbaycan və Ermənistan tərəfi atəşkəs barədə razılığa gəlsə də, bu bir neçə saat belə davam etmədi. Artıq oktyabrın 10-da işğalçı Ermənistan qüvvələri Azərbaycanın cənubundakı mövqelərinə hücum etməyə başladılar. Daha sonra Gəncə şəhəri raket atəşinə məruz qaldı və bu çoxsaylı insan tələfatına səbəb oldu.

Mingəçevir istiqamətinə də raketlər atıldı və digər yaşayış məntəqələri atəşə məruz qaldı.

Qazaxıstanlı politoloq İslam Kurayev Media.Az-a verdiyi müsahibədə Ermənistan tərəfinin atəşkəsi pozduğunu söyləyib:

“Ermənistan silahlı qüvvələri elan olunan atəşkəs zamanı əks-hücuma cəhd etdilər və onlar Azərbaycan tərəfinin cavab tədbirlərinə hazır olmayacağına ümid edirdilər. Bakı humanitar atəşkəslə bağlı verdiyi vədləri pozmur.

Qeyd etmək istərdim ki, erməni qoşunları təkcə Azərbaycan ordusunun mövqelərini deyil, həm də Azərbaycanın dinc şəhərlərini hədəfə alırlar. Bu, erməni tərəfi üçün faydalı olan xaos yaratmaq cəhdidir. Ermənistan ordusu mülki obyektləri və yaşayış məntəqələrini öz hədəfləri hesab edir. Bu, əlbəttə ki, münaqişənin sülh yolu ilə həll olunmasına gətirib çıxarmayacaq”, - deyə İslam Kurayev vurğulayıb.

- Döyüş zonasından 100 kilometr məsafədə yerləşən Gəncə şəhərinə edilən hücum “Toçka-U” taktiki raket vasitəsilə həyata keçirilib. Yaşayış binası yerlə-yeksan olub. Və beynəlxalq ictimaiyyət tərəfindən buna açıq şəkildə bir reaksiya yoxdur.

- Hər şey informasiya qaynaqları ilə əlaqəlidir. Kimin bu imkanı varsa, məlumat qaynağını yaradır. Ermənistanın güclü və fəal lobbisi var. Azərbaycan müharibə meydanında olduğu kimi, informasiya sahəsində də daha ciddi çalışmalı və qalib olmalıdır. Azərbaycanın humanitar atəşkəslə bağlı razılığa gəlməsi ölkəniz üçün müsbət bir haldır. Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi.

- Son zamanlar ekspertlər Baş nazir Nikol Paşinyanla bağlı Ermənistanın aldığı hərbi məğlubiyyətin miqyasını nəzərə alaraq, səlahiyyət müddətinin sonuna qədər qalmayacağı barədə fikirlər irəli sürürlər. Siz bu barədə nə düşünürsünüz?

- Mənə elə gəlir ki, bu olduqca realdır. Əslində, hakimiyyətdə qalmasına kömək edəcək xarici qüvvələrin fəaliyyətinə arxalanaraq Qarabağ münaqişəsinin yeni mərhələsinə başlayan məhz Nikol Paşinyan oldu. Rusiyadan birbaşa dəstəyə ümid etdi, amma bu işə yaramadı. Ermənistanın daxilində və dünya birliyində nəyin baş verdiyini anlayanda, artıq onun taleyi həll olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri