23 
Okt
2020
14:24
935
41
14728
Virtual karabakh

Rəsmləri ilə hər kəsi valeh edən 12 yaşlı qız: “Dahi rəssam olmaq istəyirəm” - MÜSAHİBƏ

23 Okt, 2020
14:24
14728

Rəsmləri ilə hər kəsi valeh edən 12 yaşlı qız: “Dahi rəssam olmaq istəyirəm” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaqların rəsmlərini görməzdən gəlmək olmur. Hətta bu cür cəvahirləri gizlətməyə çalışsaq belə, mümkün deyil. Bəlkə də bu səbəbdəndir ki, məktəbdə müəllimlər kiçik siniflərdəki uşaqları rəsm çəkməyə təşviq etməlidirlər. Onların arasında olan gələcəyin dahi rəssamlarını zamanında kəşf etmək üçün. Elə bu dəfəki müsahibimiz Mehriban Yusifli kimi.

Mehribanın anası Aygül Məmmədova deyir ki, qızı 3 yaşından karandaşlara, albomlara maraq göstərib.

Mehribanın 12 yaşı var. Bakıda yaşayan Mehriban Binəqədi rayonu 297 saylı orta məktəbin beşinci sinif şagirdidir. Sosial şəbəkədə çəkdiyi fotoları ilə dillər əzbəri olan bu balaca istedadlı qızın arzularını öz dilindən eşidək.

Oxu.Az 12 yaşlı istedadlı Mehriban Yusifli ilə müsahibəni təqdim edir:

- Rəsm çəkməyi kimdən öyrənmisən?

- Kiçik yaşlarımdan fotolara baxa-baxa rəsm çəkmişəm. Təbiət rəsmləri, portretlər çəkmişəm. Bilmirəm niyə, amma boş vaxtım olanda ağlıma ilk gələn qara qələm və rəsm albomum olur.

- İlk çəkdiyin rəsm hansı olub?

- Məktəbdə müəllim tapşırıq vermişdi. Su üzərində quş əks olunan təbiət rəsmi çəkməli idik. İlk dəfə çəkdiyim rəsm bu olub. Ondan sonra müəllimlərim də mənim yaxşı rəsm çəkdiyimi deməyə başladılar. Həmin rəsm, eləcə də digər bir neçə rəsmimi müəlliməm özündə saxlayıb.  

- Gələcəkdə rəsm sahəsində daha böyük uğurlar qazanmaq istərdin, yoxsa bu bir hobbidir?

- Xeyr, mən gələcəkdə tanınmış rəssam olmaq istəyirəm. Anama deyirəm ki, ən yaxşı universiteti qazanacam. Çəkdiyim rəsmləri toplayıb böyük sərgi keçirəcəm. Üzərimdə çalışıb, arzularıma çatacam.

- Çəkdiyin rəsmləri ilk kiminlə bölüşürsən, kimdən dəstək alırsan?

- Anamın fikirləri mənim üçün çox önəmlidir. Kənarda çəkdiyim rəsmlərə baxanda bəyənməsi mənə stimul verir. Hərdən bəzi rəsmlərimdə dəyişiklik etsəm daha qəşəng olar deyir. Mən də edirəm. Sonda baxıram ki, doğru deyir. Ailəm mənə dəstək olur.  

-Bu günə qədər çəkdiyin rəsmlərdən ibarət sərgi keçirmək istəyərsənmi?

-Bəli, istəyərəm.

Mehribanın anası Aygün xanım deyir ki, qızı Azərbaycan ordusuna dəstək olmaq üçün, şücaətli Azərbaycan əsgərinin rəsmini çəkib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri