19 
Noy
2020
16:51
408
21
5295
Virtual karabakh

Rusiyalı politoloq: “Tonoyan hərbçi deyil, o, silah alverçisidir” - VİDEOMÜSAHİBƏ

19 Noy, 2020
16:51
5295

Rusiyalı politoloq: “Tonoyan hərbçi deyil, o, silah alverçisidir” - VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. 

Putinin çıxışından əvvəl rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov da bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin Qarabağdakı mövqeyi barədə açıqlamasını Baku TV-nin qonağı politoloq Oleq Kuznetsov şərh edib. 

“Mən əminəm ki, o, bunu bacaracaq. Niyə? Çünki Paşinyan mitinqlərdə əhalini 80 faiz yığa bildi.

Paşinyan fikirləşir ki, onun həddən artıq dəstəyi vardı. Çünki ermənilər üçün Qarabağ erməniləri ayrıdır. Yeni hərbi məğlubiyyətə Qarabağ uğradı. Ermənistanda isə vəziyyət stabildir. Onlara bunun aidiyyəti yoxdur. Bu, qarabağlı ermənilərin məsələsidir.

Ermənistan üçün yaranan tək problem əlavə 50 min insanla nə etməkdir. Onları necə təmin etmək?! Paşinyan isə indi deyir ki, mən ölkəni bu çətin vəziyyətdən çıxarmağa, bütün savadsızları, axmaqları dövlət strukturundan təmizləyib, yeni kadrlar yığıb sıfırdan başlamağa hazıram. 

Necə ki bunu Koçaryanı, Qarabağ klanını devirərək etdik. Odur ki, mən düşünürəm ki, Paşinyanın elə məhz bu mental dalğası adı altında bu məsələdən çıxa bilməsi üçün böyük şansı var”. 

Paşinyanın islahat siyahısında Müdafiə naziri David Tonoyanın da adının olmasına O.Kuznetsov təəccüblənmədiyini bildirib. 

Politoloq Tonoyanı hərbçi yox, alverçi adlandırıb:

“Tonoyan axı hərbçi deyil, o heç vaxt hərbçi olmayıb. Tonoyan silah alverçisidir. O, elə bir dairələrdən təhkim olunub ki, onun vasitəsilə Ermənistanda silah alveri edirlər. Buna görə də onun bu vəzifədən getməsi Ermənistan ordusunun döyüş qabliyyətinə ciddi təsir etməyəcək. Çünki onun Ermənistan ordusuna heç bir aidiyyəti yox idi və yoxdur” 

O.Kuznetsovun sözlərinə görə, Ermənistan hakimiyyətinin apardığı islahatlar, dəyişikliklər, sadəcə, hakimiyyəti əldə saxlaya bilmək üçündür. 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri