12 
Yan
2021
15:09
496
16
3766
Virtual karabakh

Türkiyəli politoloq: “Ermənistan özünü normal dövlət kimi aparmır”

12 Yan, 2021
15:09
3766

Türkiyəli politoloq: “Ermənistan özünü normal dövlət kimi aparmır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin fəaliyyəti bir çoxlarında ciddi təşviş yaradır. Bəzi erməni ekspertlər isə ümumiyyətlə ölkə iqtisadiyyatının “türkləşdirilməsi” təhlükəsindən dəm vururlar.

Media.Az türkiyəli politoloq, “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayıl ilə Türkiyə - Ermənistan ticarət əlaqələrindən və bu “təhlükənin” nə dərəcədə real olmasından danışıb.

Politoloqun sözlərinə görə, Ermənistanın ölkə daxilində Türkiyə istehsalı olan hər hansı bir məhsulun satışına qadağa qoyması, ilk növbədə onun öz iqtisadiyyatına mənfi təsir edir. Türkiyəyə gəlincə isə o “erməni sanksiyalarını” ümumiyyətlə hiss etmir və gələcəkdə də hiss etməyəcək:

“Türkiyə ilə Ermənistan arasında birbaşa iqtisadi əlaqələr mövcud deyil. Siyasi və diplomatik əlaqələr də yoxdur. Türkiyə bu ölkəyə heç nə satmır. Lakin erməni iş adamları dolayı yollarla hansına türk mallarını alır və idxal edirlər. İki ölkə arasındakı ticarət əlaqələrində maraqlı tərəf Türkiyə deyil, məhz Ermənistandır. İndi türk mallarını İran məhsulları ilə əvəz etməyə çalışırlar. Bəs əvvəllər niyə bunu etmirdilər? Bəlkə keyfiyyət və qiymət baxımından sərfəli deyil?” - T.İsmayıl gülümsəyərək bildirib.

Politoloq Ermənistanın Türkiyəni Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi dəstək verdiyi üçün “cəzalandırmaq” istədiyini də qeyd edib.

“Əvvəla, Türkiyə Qarabağ savaşında iştirak etməyib, yalnız haqlı tərəfə mənəvi dəstək verib. İndi isə hərbi əməliyyatlar dayandırılıb və sülh bərqərar olub, əlaqələrin bərpası prosesi başlayır. Ermənistan isə keçmişlə yaşamaqda davam edir və özünü nəinki normal dövlət kimi aparmır, hətta bu davranışının dəyişəcəyi belə hiss olunmur. Halbuki rəsmi İrəvan aqressiv siyasəti ilə özü-ozünü böyük regional layihələrdən təcrid edib və etməkdə davam edir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri