May
2021
13:30
15
230
6300
Virtual karabakh

Baş kardioloq: “COVID-19 kəskin miokard infarktına səbəb ola bilər”

4 May, 2021
13:30
6300

Baş kardioloq: “COVID-19 kəskin miokard infarktına səbəb ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir.

Bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev bildirib. 

Onun sözlərinə görə, virus infeksiyalarında qan təzyiqinin artması yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir:

“Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı bunlar qadağandır: kofein tərkibli dərmanlar (Panadol, Coldrex), fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları, antihistamin preparatlar, alkoqol spirtli içkilər, isti vanna. Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman preparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər”.

Həkim açıqlayıb ki, COVID-19 kəskin miokard zədələnməsinə və digər ürək fəsadlarına səbəb ola bilər: 

“COVID-19-da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir. COVID-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar”.

Y.Nağıyev ürək-damar xəstəlikləri olan insanların peyvəndləmə məsələsinə də münasibət bildirib:

“Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir.

Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri