10 
İyl
2021
12:32
263
14
5686
Virtual karabakh

İvan Lizan: “Revanşdan söhbət getmir, Qarabağ mövzusu bağlanıb”

10 İyl, 2021
12:32
5686

İvan Lizan: “Revanşdan söhbət getmir, Qarabağ mövzusu bağlanıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın ordudakı islahatlarla revanşa səy göstərdiyini düşünmürəm. Qarabağ mövzusu bağlanıb”.

Bunu rusiyalı politoloq, “SONAR-2050” layihəsinin analitik bürosunun rəhbəri İvan Lizan Caliber.Az-a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özü barədə tənqidləri minimuma endirməyə və hakimiyyətini gücləndirməyə çalışır.

“Elə bunun üçün də orduda islahatlar aparmaq istəyir. Bütün hekayə bundan ibarətdir”, - deyə o bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandanı Qriqori Xaçaturovun istefasından sonra digər işdən çıxarılmalar olacaq:

“Düşünürəm ki, istefalar seriyası Paşinyanın ordunu rəqiblərindən təmizləyənə qədər davam edəcək. Bundan sonra isə o, yeni bir ordu qurmağa çalışacaq. Məhdud heyəti, intellektual, maddi və digər resursların olmamasını nəzərə alaraq buna nə dərəcədə müvəffəq olacağı başqa məsələdir. İstefada olan hərbçilərin daha sonra nə edəcəkləri də onun kimi”.

Müsahib bu hərbçilərin siyasətə yönələ biləcəklərini də istisna etməyib.

“Nikol Paşinyan “biabırçı sülhün”, Robert Koçaryan isə Ermənistan üçün daha biabırçılıqla nəticələnəcək müharibənin təcəssümüdür. Ermənilər özləri üçün çox xoş olmayan bir seçim etdilər, amma indiki şərtlərdə yeganə doğru seçimdir”, - deyə o əlavə edib.

Rusiyalı analitik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub. Onun sözlərinə görə, ordu Nikol Paşinyanın nəzarətində olduqdan sonra belə bir razılaşmanın imzalana biləcəyi, həmçinin nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin demarkasiyası və delimitasiyası proseslərinin sürətlənəcəyi barədə ehtimal avtomatik olaraq artır.

“Nikol Paşinyanın rəqiblərini nə qədər “əzərsə”, hərtərəfli sülh sazişlərini imzalamaq şansı bir o qədər çoxdur. Ancaq vaxtı barədə danışmaq əlbəttə ki, çətindir”, - deyə politoloq vurğulayıb.

“Mənə elə gəlir ki, Nikol Paşinyana ölkəsindəki vəziyyəti sabitləşdirmək üçün fürsət vermək lazımdır. Bundan sonra Moskvanın vasitəçiliyi ilə Azərbaycanı maraqlandıran bütün məsələlər - sərhədlər, nəqliyyat dəhlizləri və s. həll olunacaq”, - deyə İvan Lizan sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri