12 
İyl
2021
14:52
520
12
6216
Virtual karabakh

İşxan Verdyan: “Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır”

Qarabağ Azərbaycanın tərkibində tanınan kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq.

Bu barədə tanınmış erməni fəal, bloqer İşxan Verdyan Caliber.Az-a verdiyi müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Qarabağın gələcəyi müəyyənləşmədən məsələ həllini tapmayacaq.

“Azərbaycan Qarabağı öz tərkibinə tam şəkildə qəbul etməlidir, bundan sonra sülh sazişindən danışa bilərik. Ermənistan da bu məsələni bağlamalıdır. Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qarabağ məsələsində ATƏT-in Minsk qrupuna istinad edir, özü isə siyasi təşəbbüskarlıq göstərmir. Ancaq mənim subyektiv fikrimcə məhz ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti qanlı müharibəyə gətirib çıxardı”.

Müsahibin fikrincə Nikol Paşinyan regionda siyasi impotent sayılan ATƏT-in Minsk Qrupu həmsədrlərinə baxmadan təşəbbüslərlə çıxış etməlidir.

“Nikol Paşinyanın necə davranacağını bilmirəm, bu, mənə aydın deyil. Ancaq sülh müqaviləsinin imzalanması birbaşa onun atacağı addımlardan asılıdır. Məsələ Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasından gedir. Bu baş verən kimi sülh müqaviləsi imzalanacaq. Ancaq bunun nə vaxt baş verəcəyini demək mənim üçün çətindir”, - deyə Verdyan sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri