22 
İyl
2021
14:00
8
134
9377
Virtual karabakh

Şahmatçı Lev Aronov Ermənistanda necə Levon Aronyan olmaq məcburiyyətində qaldı?

22 İyl, 2021
14:00
9377

Şahmatçı Lev Aronov Ermənistanda necə Levon Aronyan olmaq məcburiyyətində qaldı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hökuməti yetkin yaşa çatmayan yəhudi Lev Aronovu tam və normal ailəsi olmasına baxmayaraq, ad və soyadını Levon Aronyana dəyişməsinə məcbur edib.

Bu barədə 16 yaşına qədər Bakıda, sonrakı 12 ili İrəvanda yaşayan, daha sonra isə İsrailə və ardınca da Kanadaya köçən bloqer Albert İsakov Caliber.Az-a verdiyi müsahibəsində bildirib.

“Müharibədən sonra məşhur erməni şahmatçısı Levon Aronyanın (hansı ki, Paşinyan hakimiyyətə gəldikdən sonra sıxışdırılmışdı və o, ABŞ-a yollanmışdı) anasının bir paylaşımına rast gəldim. Anası “Facebook”da kədərli bir şəkildə oğlunun vətənpərvər olduğunu, bir çox erməninin soyad sonluqlarını “-ov”, “-ev”, hətta “oğlu” və s. ilə dəyişdirdiyi vaxtda oğlunun yəhudi olmasına baxmayaraq birdən-birə erməni olmaq istədiyini və “Lev Aronov” soyadını “Levon Aronyana” dəyişdiyini yazırdı”, - deyə bloqer bildirib.

A.İsakovun sözlərinə görə, şahmatçının anası bu addımı oğlunun Ermənistan qarşısında xidmətlərindən biri kimi təqdim edib.

“Burada özümü saxlaya bilmədim. Bu şahmatçının atasını tanıyırdım, 90-cı illərin sonlarında onunla İrəvanda sinaqoqda daim ünsiyyət qururduq. Normal ailə idi: ata Belarusdan olan yəhudi Qriqori Aronov, ana erməni Seda Aronova. Atası bir dəfə mənə acı bir şəkildə dedi ki, oğlu Lev şahmat dünyasında ümid doğurduqda, Ermənistanda müəyyən strukturlar valideynlərdən uşağın soyadını dəyişdirmələrini “xahiş ediblər”. Bir uşağa valideynlərdən birinin adı verilməsinin əleyhinə deyiləm, ancaq burada tamamilə fərqli bir şey - tamamilə alçaldıcı və təhqiramiz bir şey baş verirdi. Hökumət yetkinlik yaşına çatmayan yəhudi Lev Aronovu atası sağ olduğu halda, tam və normal ailəsi olmasına baxmayaraq, Levon Aronyan etdi”, - deyə müsahib olanları xatırlayıb.

O, yeniyetmənin yalnız bundan – yəhudi soyadına “-yan” şəkilçisi qoşulduqdan sonra Ermənistanı təmsil etmək hüququna sahib olduğunu bildirdi.

“Mən “Facebook”da onun səhifəsində bir şərh yazdım. Baş verənləri millətçilik, nasizm adlandırdım və sonra “Youtube”da bütün bunlardan danışdım. Bu, başlanğıc oldu”, - deyə bloqer əlavə edib.

Qeyd edək ki, müharibəyə, həmçinin milli dözümsüzlüyə və düşmənçiliyə qarşı çıxan Albert İsakovun atası dağ yəhudisi, anası isə ermənidir. O, 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra “Youtube”da  “Albert Isakov” kanalını açıb, orada müxtəlif materiallar, erməni millətçilərin və daşnakların müxtəlif opuslarının erməni dilindən tərcümələrini yerləşdirir, Ermənistandan və Azərbaycandan qaçqınları dəvət edərək onlardan müsahibələr götürür, video şərhlər hazırlayır və vəziyyətlə bağlı fikirlərini bölüşür.

“Müasir erməni cəmiyyətinin əsas problemi hipertrofiyalı millətçilik və destruktiv ideologiyadır. Kanalımın əsas müzakirə mövzusu budur”, - deyə müsahib sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri