Avq
2021
12:20
20
182
9144
Virtual karabakh

Aleksandr Çepurnov: Koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir

5 Avq, 2021
12:20
9144

Aleksandr Çepurnov: Koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Getdikcə daha çox yeni-yeni ştammlar görünə bilər. Əslində milyonlarla mutasiya var, onlar yönləndirilmiş deyil, təsadüfidirlər. Növbəti məsələ təkamülün hansı variantı seçməsindən asılıdır.

Bu barədə Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, Federal Fundamental və Translyasiya Tibb Araşdırma Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiya Laboratoriyasının rəhbəri, virusologiya üzrə professor, biologiya elmləri doktoru Aleksandr Çepurnov koronavirusla bağlı vəziyyəti Oxu.Az üçün şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu gün insanlıq üçün xoş olmayan dəyişikliklər iki istiqamətdə baş verir.

“Virusun üstünlüyü olan variantları ortaya çıxıb. Məsələn, daha az reseptora bağlanırlar, həmçinin bu və ya digər şəkildə immun cavabdan qaçırlar. Məhz onlar dominatlıq edirlər”.

Professor bildirib ki, bu, “Britaniya ştammı”nda, daha sonra isə “Hindistan ştammı”nda baş verdi. O, kifayət qədər sanitariya və intizam səviyyəsinin olmamasının virusu sürətlənmiş təkamülə sövq etdiyini vurğulayıb.

“Antigenik determinantlarda (immunitet sistemi tərəfindən tanınan antigen makromolekulunun bir hissəsi - red.) dəyişiklik oldu. “Uhan ştammları” ilə müqayisədə Hindistanda yayılan “delta ştammı”nda səkkiz belə əvəzetmə olub. Beləliklə, koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir”, - deyə Çepurnov sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri