Noy
2021
14:28
343
11
3157
Virtual karabakh

Vətən müharibəsi zamanı DSX-nın keçirdiyi “Açıq səma” əməliyyatı - VİDEO

Baku TV Dövlət Sərhəd Xidmətinin (DSX) aparat rəhbəri Elçin İbrahimovla müsahibə alıb.

DSX-nin 44 günlük Vətən müharibəsindəki rolu ilə bağlı sualları cavablandıran aparat rəhbəri qeyd edib ki, DSX bölmələri müharibənin ilk günlərindən döyüşlərə qatılıb, Xudafərin körpüsünü və Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edib. 

Elçin İbrahimov onu da bildirib ki, Azərbaycan sərhədçiləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında da qəhrəmanlıqlar göstəriblər. 

DSX-nin döyüş əməliyyatlarından danışan aparat rəhbərinin sözlərinə görə, müharibənin ilk günü 105 km ərazi sərhədçilərimiz tərəfindən azad edilib, Azərbaycan-İran dövlət sərhədinin 132 km-i tam nəzarətə götürülüb. O, həmçinin DSX-nin PUA-ları və AN-2 təyyarələrinin qələbənin əldə olunmasındakı rolundan danışıb.

Ətraflı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri