23 
Noy
2021
12:14
47
47
1218
Virtual karabakh

Teodor Karasik: “Ermənistanın zərbə vura biləcəyi vasitələri mövcuddurmu?”

Ermənistanla Azərbaycan arasında mövcud vəziyyət bəzi ərazilər üzrə danışıqların davam etdirilməsinə gətirib çıxaracaq, hazırda söhbət qısamüddətli iqtisadi ehtiyaclardan gedir.

Bu barədə amerikalı analitik, “Gulf State Analytics”in aparıcı eksperti (geosiyasi risklərin qiymətləndirilməsi təşkilatı, Vaşinqtonda yerləşir) doktor Teodor Karasik Oxu.Az-ın suallarını cavablandırarkən bildirib.

“Ümumiyyətlə, yeni logistik marşrutlar çəkiləndə istər-istəməz mübahisələr yaranır. Mən bir faktı qeyd edim: İran və Ermənistan özlərinin nəqliyyat dəhlizlərinin reallaşmasını müzakirə edirlər. Hazırda biz marşrutlar arasında geosiyasi rəqabəti müşahidə edirik”, - deyə T.Karasik izah edib.

Ermənistan-Azərbaycan sərhədində baş vermiş son münaqişəyə toxunan amerikalı ekspert Ermənistanın hələ 1997-ci ildə İrəvanla Moskva arasında imzalanmış müqaviləyə müraciət edərək Rusiyadan kömək istəməsinə diqqət çəkib.

“Təbii ki, bu, Rusiya Federasiyasının İrəvan, Bakı və Ankara arasında vasitəçi kimi danışıqlar prosesində mövqeyini gücləndirdi”, - deyə ekspert bildirib.

Müsahibin fikrincə, davamlı mübahisələr bölgəyə zərər verir və eyni məntiqi xətt üzrə bir həll tapmaq, onların necə işləyəcəyini müəyyən etmək ümumi maraqlara uyğundur.

“Təbii ki, rəqabət əla bir şeydir. Amma geosiyasi ixtilaflar yarananda problemlər də ortaya çıxır. Bölgənizdəki vəziyyətin mürəkkəbliyi də bundadır”, - deyə o, əlavə edib.

Ekspert İrəvanda etiraz aksiyaları və hərbi revanşla bağlı deyilənlərə də münasibət bildirib.

“Suala suallarla cavab verəcəm: Bəs onların ssenarisində Ermənistanın zərbə vura biləcəyi vasitələr mövcuddurmu? Ermənistanın heç olmasa pilotsuz uçuş aparatlarının inkişafı ilə bağlı proqramı varmı? Cavab bəllidir”, - deyə Teodor Karasik sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri