11 
Yan
2022
17:32
123
42
3097
Virtual karabakh

Assol Mirmanova: “Təhlükəsizlik qüvvələrinin rəhbərliyi sabitliyin pozulmasına imkan yaradıb” - MÜSAHİBƏ

11 Yan, 2022
17:32
3097

Assol Mirmanova: “Təhlükəsizlik qüvvələrinin rəhbərliyi sabitliyin pozulmasına imkan yaradıb” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident Tokayevin sözlərinə görə, hücum edənlər “yaxşı təlim keçmiş peşəkarlar, o cümlədən xüsusi tüfəngli snayperlər” olub. Həmçinin Avropa Şurasının prezidenti danışıqlar zamanı bildirdi ki, cəmiyyətimizə qarşı zorakılıqda iştirak edənlərin sırasında Mərkəzi Asiya ölkələrindən, Əfqanıstandan və Yaxın Şərqdən olan əcnəbi döyüşçülər olub. Bundan əlavə, təhlükəsizlik qüvvələrinin rəhbərliyi tərəfindən Almatıda sabitliyinin pozulmasına səbəb olan hərəkətlər qeydə alınıb. Onların hamısını tribunal gözləyir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında qazaxıstanlı ekspert, “AIN Citadel” İctimai Fondunun prezidenti, Avropa və Beynəlxalq Siyasi Məsləhətçilər Assosiasiyasının üzvü, Peşəkar Siyasi Məsləhətçilər Assosiasiyasının Qazaxıstan üzrə nümayəndəsi Assol Mirmanova söyləyib.

Qazaxıstandakı iğtişaşları təhlil edən ekspert hesab edir ki, hücum edənlərin heç də hamısı xarici peşəkarlar olmayıb:

“Böyük utanc hissi ilə də olsa qeyd eyməliyəm ki, talançılar, quldurlar və təcavüzkarlar, ilk növbədə bizim öz marginal qruplardan ibarət vətəndaşlarımız olub. Ancaq bu kriminal ünsürlər təhlükəsizlik qüvvələrinə qarşı çıxmağa cürət etməzdi. Onlar yalnız digər qüvvələrin dəstəyi nəticəsində buna əl atıblar və bu şəxslərin sayı az deyildi. Bizim qanunvericiliyimizdə terror xarakterli cinayətlərə görə vətəndaşlıqdan məhrumetmə cəzası mövcuddur. Ümid edirəm ki, bu qayda bu terror aktında iştirak edən hər kəsə şamil olunacaq. Bundan əlavə, hesab edirəm ki, məsuliyyətə cəlb edilən minlərlə adamın adı açıqlanmalıdır. Bizim kimi kollektivist tipli cəmiyyətdə xalqın qınağı təsirli vasitədir”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri